» » Həsən Bayramov Dəmir Yolu Liseyində sertifikat satışı ilə məşğuldur

Həsən Bayramov Dəmir Yolu Liseyində sertifikat satışı ilə məşğuldur

Həsən Bayramov Dəmir Yolu Liseyində sertifikat satışı ilə məşğuldur








Həsən Bayramov metropoliten işçilərinə qanunsuz olaraq təqdim etdiyi hər belə sertifikatın müqabilində 1000 manat pul alır

Məlum olduğu kimi 2014-cü ildə Dövlət Dəmir Yolu Liseyinin keçmiş direktoru öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən vəzifədən alınmış, onun yerinə isə, həmin vəzifəyə Həsən Bayramov təyin edilmişdir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu dəyişikliyin liseyin fəaliyyətinə heç bir müsbət təsiri olmadığı bildirilir. Əldə etdiyimiz məlumatlar yeni direktorun ötən müddət ərzində ona göstərilən etimadı doğrulda bilmədiyini deməyə əsas verir.

Məlumat üçün bildirək ki, Dövlət Dəmir Yolu Liseyi 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlayıb. Tədris ocağı 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. 1969-cu ildən Dövlət Dəmir Yolu Liseyində şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. Həmin ildən bu günə kimi liseydə elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi, metropoliten elektrik qatarlarının maşinist köməkçisi ixtisasları üzrə minlərlə ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Təhsil müəssisəsi dəmir yolları və Bakı Metropoliteni üçün kadrlar hazırlayır.

Redaksiyamıza daxil olan məlumatlarda isə, Liseyin direktoru Həsən Bayramova qarşı ciddi ittihamlar irəli sürülür. İlk növbədə bildirilir ki, direktor metropolitenin işçilərinə qanunsuz olaraq xüsusi sertifikatlar təqdim edir və hər belə sertifikatın müqabilində 1000 manat pul alır. Liseydə təhsilin səviyyəsi ilə bağlı açıqlamalarda isə qeyd olunur ki, Həsən Bayramov direktor təyin olunandan sonra, bu təhsil müəssisəsində mövcud olan köhnə problemləri həll etmək əvəzinə, daha ciddi qanun pozuntularına imza atıb: "Dövlət Dəmir Yolu Liseyində dövlətin ayırdığı plan yeri ilə liseyə qəbul olan şagirdlərin sayı uyğun gəlmir. Sonuncu qəbul imtahanları başa çatandan dərhal sonra, minimum keçid balını yığa bilməyən şəxslər direktorun yardımı sayəsində bura qəbul ediliblər. Təhsil ocağında elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi ixtisasları üzrə təhsil aparılır. Testdənkənar qəbul edilən uşaqları məhz bu ixtisaslara yerləşdiriblər. Müvafiq araşdırmalar aparıb bu məqamlara aydınlıq gətirmək olar. Dəmir Yolu Liseyində təhsil alan şagirdlərin ümumi sayı 500 nəfərdən çoxdur. Hər il 100-dən çox şagird məzun olur. Liseydə tədris mühiti çox bərbad vəziyyətdədir. Hər şeyə görə şagirdlərdən pul tələb olunur. Dərs ili təzə başlayıb, amma lisey rəhbərliyi indidən öz "şərt"lərini irəli sürür. Dövlət Dəmir Yolu Liseyində biliyə qətiyyən qiymət verilmir. Heç olmasa, əvvəllər şagirdlərin bir hissəsi oxuyub imtahandan keçirdi. Həsən müəllimin gəlişindən sonra heç bir şagirdə güzəşt olunmur. Hamı bir nəfər kimi lisey rəhbərliyinin istədiyini verməlidir...” Bundan başqa isə, aldığımız məlumatlarda Həsən Bayramov tərəfindən, arzu edən şagirdlərə ümumiyyətlə dərslərə gəlməmək "hüququnun” da təqdim olunduğu bildirilir. Mənbə iddia edir ki, bunun üçün şagird hər ay dövlət tərəfindən 32 manat köçürülən təqaüd kartını direktora verməlidir...
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət