» » Binəqədi şefi yanan bina işində “yandırıldı”

Binəqədi şefi yanan bina işində “yandırıldı”

Binəqədi şefi yanan bina işində “yandırıldı”

















Binəqədi rayon icra başçısı üçün yolun sonu göründü; Xaləddin İsgəndərov Azadlıq prospektindəkui məşum faciənin əsl təqriskarı kimi ittiham edildi

“Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovun məhkəmədə icra başçısını hədəfə alıb.

Mahmudov deyib ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib.

Onun sözlərinə görə, bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib: “Hazırlıqlar da aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb.

Orada bina yandırıldı, “poliuretan” bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi ötürüldü. “Poliuretan” zəhər kimi təqdim olundu. Ardınca Veteranlar Şurasının binası yandırıldı.

Bundan da üç gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı”.

Məhkəmədə eyni ifadəni müavini Qəzənfər Novruzovun da verəcəyi gözləniləndir. Artıq ona kuratorluq edən vergi naziri Fazil Məmmədovun da sahib çıxacağı istisna edilir. İddialara görə, nazir icra başçısına qahmara çıxmaya bilər.

Onsuz da ölkə rəhbərliyinin gözündən düşmüş və yalnız nazirin himayədarlığı sayəsində yanğın olayından özünü sağ çıxarmış X.İsgəndərovun “vurulması” gündəmdədir.

Deyilənə görə, Binəqədiyə yeni icra başçısı təyin olunması ehtimalı var. Ona görə də məhkəmə verilən ifadələrin hər sətiri onun əleyhinə işləyir.

Bu gündən X.İsgəndərov üçün qara dövrə başlayıb. İcra başçısı nazirə arxayın olmadan özü vəziyyətdən çıxmaq üçün yuxarılara minnətçi düşməlidir.

Referendumdan sonra islahatlar paketində problemli icra başçılarının da sistemdən uzaqlaşdırılması nəzərdə tutulub ki, siyahıda Binəqədi rəhbərinin adı keçdiyi deyilir.

Ümumiyyətlə, 2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın ölkəni sarsıtmaqla yanaşı, “Günahkar kimdir?” sualını da indiyədək açıq saxlayır.

Ancaq göründüyü kimi, günahkarlardan biri kimi şirkət rəhbəri icra başçısını göstərir. Digər əsas təqsirkar kimi isə MTN vəzifəlilərini ittiham edir.

Binəqədi RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət