» » Arzu Rəhimovun işçisinin hərbi bilet və villa biznesi

Arzu Rəhimovun işçisinin hərbi bilet və villa biznesi

Arzu Rəhimovun işçisinin hərbi bilet və villa biznesi




















Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq milyoner "iş adamına" çevrilib

Hərbi bileti təxminən 4500 - 5000 manat arasında satan İlqar Əlimirzəyevin həmçinin Qəbələdə villa biznesi ilə də məşğul olduğu bildirilir.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabunçu rayon şöbəsinin rəisi İlqar Əlimirzəyevlə bağlı AzMedia.info-ya çox ilginc məlumat daxil olub. Adının açıqlanmasını istəməyən mənbənin bildirdiyinə görə Sabunçunun hərbi Komissarı müharibə şəraitində yaşamağımıza baxmayaraq varlı ailələrin uşaqlarını hərbi xidmətdən yayındırır. Belə ki, iddiaya əsasən İlqar Əlimirzəyev 4500 - 5000 manat pulun müqabilində hərbi xidmət yaşlarına çatan gənclərə saxta hərbi bilet satır. Yəni faktiki olaraq sağlam gənclər hərbi xidmətə yararsız elan olunur. Onların yerinə isə heç də hərbi xidmətə yararlı olmayan kasıb insanların uşaqları aparılır.

İlqar Əlimirzəyevin VİLLA və hərbi bilet biznesi

Qeyd edək ki, bu problem uzun illərdir ki, ağrılı problem olaraq qalmaqdadır. Tamamilə sağlam olan varlı ailələrin övladlarının əvəzinə hərbi xidmətə yararsız kasıb ailələrin hərbi xidmətə aparılması ordumuzun döyüş qabiliyyətinin aşağı salmaqla, həmçinin orduda dinc şəraitdə ölüm hallarını artırmaqla yanaşı, eyni zamanda cəmiyyətdə parçalayıcı faktor olaraq çıxış edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun bu kimi halların qarşısını almaması isə təəssüf hissi doğurur. Əgər bu gün ciddi şəkildə monitorinq keçirilərsə, o zaman məlum olacaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda xidmət edirlər. Xatırladaq ki, daha əvvəl səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında mətbuatda məlumat yayımlanmışdı. Qeyd edək ki, bu məsələ ilə bağlı AzMedia.info olaraq araşdırma aparırıq və araşdırmamızı yaxın günlərdə ictimaiyyətin diqqətinə cəlb edəcəyik.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabunçu rayon şöbəsinin rəisi İlqar Əlimirzəyevlə bağlı AzMedia.info daxil olan başqa bir məlumatda isə bildirilir ki, saxta hərbi bilet satan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabuncu rayon şöbəsinin rəisi İlqar Əlimirzəyev həmçinin Qəbələ rayonunda villalar tikdirərək icarəyə verir. Təbii ki, hər kəsə aydındır ki, İlqar Əlimirzəyev bu qədər pulu saxta hərbi bilet satmaqla qazanıb. Çünki Xidmət rəisi iddia edə bilməz ki, həmin villaları o, aldığı maaşla tikir. İlqar Əlimirzəvin 100 min manat dəyərində olan maşınları sürməsi də hər şeyi açıq-açığına ortaya qoymaqdadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mədəniyyət