» » Məşğulluq İdarəsi müdiri pul “silir” - Laçında

Məşğulluq İdarəsi müdiri pul “silir” - Laçında

Məşğulluq İdarəsi müdiri pul “silir” - Laçında




















Laçın rayon Məşğulluq İdarəsinin müdiri Balay Bəndəliyevdən şikayətlər səngimək bilmir

Politika.Az xəbər verir ki, artıq sosial şəbəkələrdə də idarə müdirinin qanunsuz əməlləri barəsində xəbərlər dərc olunur.

Bildirilir ki, Balay Bəndəliyev laçınlı köçkünlərin haqqını mənimsəyir. O, rəhbərlik etdiyi qurumu şəxsi biznesə çevirib. İddia olunur ki, Bəndəliyev müavinətlərə bənd olub və özündən ayırmaq istəmir.

Sakinlərin sözlərinə görə, idarə müdiri rayon sərhədlərini belə aşmağı bacarıb. O, Bakı, Sumqayıt, Abşeron və digər rayonlarda yaşayan laçınlı məcburi köçkünləri adına aylıq pul yazıb, sonra xımır-xımır mənimsəyir. Hətta Dövlət Neft Şirkətində işdən azad olunan şəxslərin də adına pul yazaraq özünə götürdüyü deyilir. Onun fəaliyyəti haqda artıq nazirliyə məlumat verilib.

Qeyd olunub ki, Bəndəliyev qaçqınların adına olan pulu mənimsəməklə cah-cəlal qurur. Köçkünün pulunu yeyərək oliqarxlaşmaq analoqsuz hadisədir. İddialara görə, idarə müdiri ilə bağlı yoxlama ola bilər. Nazir Səlim Müslümova artıq bu barədə müraciət olunduğu deyilir.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət