» » Aydəm İsmayılova ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə “Xəstəyəm“ deyir

Aydəm İsmayılova ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə “Xəstəyəm“ deyir

Aydəm İsmayılova ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə “Xəstəyəm“ deyirKənd Təsəürrüfatı Nazirliyinin tabeliyində olan "Green Park Azərbaycan” MMC-nin direktoru Aydəm İsmayılov işdən uzaqlaşdırılıb. Daha dəqiqi, onun işdən azad olunması ilə bağlı ərizəsi ikinci dəfə alınıb.

Bundan əvvəl də həmin şəxsin işdən uzaqlaşdırılması barədə mia.az-da xəbər getsə də, həmin vaxtı nazirlik bu məlumatı təkzib etmişdi.


Qeyd edək ki, o vaxt Ovqat.com-un baş redaktoru Heydər Oğuzun qələmə aldığı xəbərdə ad çəkmədən "Nazir öz yaxın dostunu mənimlə bir neçə dəfə çay içdiyi üçün işdən çıxardır. Bununla da kifayətlənməyib, onun cəmi bir neçə aylıq fəaliyyətini yoxlatmaq üçün komissiya təşkil etdirir. Halbuki, həmin şəxs məni onun barəsində tənqidi yazı yazmaqdan ən azı 3 ay ləngitmişdi...", - yazdığı ifadədə söhbətin Aydəm İsmayılovdan getdiyinə şübhə olmasa da, nazirlik qətiyyətlə belə bir halın olmadığını Mia.az-a bildirmişdi: "Aydəm İsmayılov yerindədir, o, işdən çıxarılmayıb".

Bundan sonra Mia.az öz kanalları vasitəsi ilə o zaman xəbəri dəqiqləşdirməyə çalışıb. Bizə verilən məlumata görə, həmin vaxtı həqiqətən Aydəm İsmayılovun ərizəsi alınıb. Lakin nazir onun ərizəsini təsdiq etməyib.

Məlumata görə, Aydəm İsmayılovdan könüllü vəzifədən getməsi ilə bağlı bu günlərdə yenidən - ikinci dəfə ərizə alınıb...

Məsələ ilə bağlı KTN-ə sorğu versək də, cavab ala bilmədik.

Aydəm İsmayılov isə Mia.az-ın əməkdaşının sualını dinləmədən belə cavab verərək, telefonu qapadıb: "Mən başqa yerdəyəm, xəstəyəm, sonra danışarıq".

Mia.az
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mədəniyyət