» » “Uşaqlarım quru çörəyə möhtacdır” - Bərdədən dəhşət doğuran kadrlar...

“Uşaqlarım quru çörəyə möhtacdır” - Bərdədən dəhşət doğuran kadrlar...














Bərdədə yaşayan Emin inanclı insandır. O, avtoyumada işləyərək 4 balasını güclə saxlayır və kirayədə yaşayır. Onun atası Rusiyada yaşayır və Eminə heç bir dəstək vermir.

O, oğlu Tunarı imkansızlıqdan məktəbə göndərə bilmir. Üç oğlu və bir qızı olan Emin kasıbçılıqdan oğlanları sünnət belə etdirə bilməyib.

Sensasiya TV-yə müraciət edən Emin deyir ki, nə sosial yardım, nə uşaq pulu alır. Göz yaşlarını saxlaya bilməyən gənc ata dövlətin dəstəyinə möhtacdır.



Çünki “moyka”da qazandığı pulun 120 manatını kirayəyə verir, uşaqlarına quru çörək almağa pul tapmır. Xanımı deyir ki, kirayədə qaldıqları evdə bütün əşyalar mənzil sahibinindir.

Emin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən xahiş edir ki, sosial yardım ayrılması üçün tapşırıq versin. Eyni zamanda xeyriyyəçi insanlardan, sahibkarlardan dəstək gözləyən Eminin normal maaşı olan işlə təmin edilməsinə ehtiyac var.

Övladını məktəbə göndərə bilməyən, sünnət etdirə, istədiklərini onlara ala bilməyən bir atanın hansı əzablar çəkdiyini təsəvvür edin.

Hər birimiz ailə başçısıyıq və evimizə gedəndə qapıda bizi əli dolu gözləyən balalarımız var. İmkanımız olmasa belə boğazımızdan kəsib onlara şokolad yaxud bir peçenye alıb sevindiririk ki, gözləri başqa yerdə olmasın.

Amma inanclı qardaşımız olan Eminin 4 balasına nəinki şirniyyat, gündəlik normal yemək, ət, toyuq almağa imkanı yoxdur. Axı bu evdə gələcəyin üç əsgəri, üç atası, gələcəyin anası yetişir.

Onlar sağlam yetişməli, normal təhsil almalı, qidalanmalı, cəmiyyətdə bir vətəndaşlar olaraq müstəqil addım atmağa hazır olmalıdırlar.

Emini başıaşağı edən, ailəsinin, övladlarının yanında gözü yaşlı qoyan məmurlar bu kadrlara bir baxsınlar, vicdanları sızlasın.

Görsünlər ki, hər gün restoranlarda kişilənib hesab verdikləri halda onların həmvətənləri nə vəziyyətdə yaşayırlar. Emin müraciətində ölkənin hacılarına, din xadimlərinə də üz tutub, onlardan dəstək istəyib.

Həmçinin, nazir Sahil Babayevin və mətbuat katibi Fazil Talıblının məsələyə həssas olmasını, reaksiya bildirməsini xahiş edirik. Bununla bir ailəni, vətənimizin övladlarını xilas etmiş olacaqsınız...
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Mədəniyyət