» » Saatlının icra başçısı haqda şok iddia... - Belə deyirlər...

Saatlının icra başçısı haqda şok iddia... - Belə deyirlər...

Saatlının icra başçısı haqda şok iddia... - Belə deyirlər...














Mayın 15-də Saatlı Rayon İcra Hakimiyyətində (RİH) qəbulu günü insident yaşanıb

Cumhuriyyet.net-ə verilən xəbərə görə,Saatlı rayonunun Mollavazlı kəndinin Vüsal adlı sakini işsizlik problemi ilə əlaqədar icra başçısı Siraqəddin Cabbarovun qəbuluna gedib.
Lakin qəbul günü icra başçısı ilə onu görüşdürməyiblər, şöbə müdirlərindən birinə yönəldiblər. Bu zaman rayon sakini S.Cabbarovla görüşmək istədiyini bildirib, icra başçısına dərdini danışmaq niyyətində olduğunu söyləyib.
Mənbənin cumhuriyyet.net-ə verdiyi məlumata görə, Vüsalın tələbinə cavab olaraq onu RİH-də otaqlardan birinə salaraq döyməyə başlayıblar. Rayon sakini icra məmurlarının əlindən canını qurtarmaq üçün özünü pəncərədən atıb.
Amma bununla qəzəbi soyumayan rayon rəhbərliyi polisə məlumat verib və onun tutublar. Saatlı rayon məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.Məsələ ilə bağlı Bolgexeber.com olaraq Saatlı Rayon İcra Hakimiyyətinə zəng edərək münasibət öyrənmək istəsək də buna müvəffəq ola bilmədik.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mədəniyyət