» » “Yevlaxın başçısı 50 manat verib dedi ki...” - bir ailənin dram videosu...

“Yevlaxın başçısı 50 manat verib dedi ki...” - bir ailənin dram videosu...

“Yevlaxın başçısı 50 manat verib dedi ki...” - bir ailənin dram videosu...














Prezident dəfələrlə icra başçılarına tapşırıb ki, hər biri rəhbərlik etdiyi rayonda aztəminatlı ailələrə kömək eləsin, problemlərini araşdırsın.

Amma bunu qulardı edən bir çox məmurlar, icra başçıları var ki, vətəndaşları qapıdan qovurlar, müraciətinə baxmırlar. Onlar da məcbur qalıb prezidentə və mətbuata üz tutmalı olurlar.

Sensasiya TV-yə danışan Yevlaxın təzə məhəllə deyilən massivində yaşayan Rövşən bəy iki övladı ilə ağır vəziyyətdə olanlardan biridir.



Onun iki övladı var, yaşadığı ev gölməçənin içindədir, özü dəmir yığmaqla ailəsini dolandırır. Müharibə əlili olduğunu deyən Rövşən bəy nə işlə təmin edilir, nə sosial yardım verilir.

“Bu evin vəziyyətini görürsünüz. O vaxt “RTV”də bir veriliş varıydı, təmirinə onlar kömək elədi bir az, yarımçıq qaldı. Qapımız da yoxdur, olmayan qapımızı döyən də yoxdur.

Üç il əvvəl Yevlaxın icra başçısı Qoca Səmədov 40-50 manat verdi ki, gedin evə nəsə alın. Vəssalam. Yerdə gördüyünüz un kisəsini də dindar qardaşlar gətiriblər. Anamın pensiyası və dəmir yığmaqla sürünürük”.

Bu ailəyə sosial yardım ayrılması üçün nazir Sahil Babayevə müraciət edən Rövşən bəy və ailəsi Yevlax DSMF-nin gəlib araşdırma aparmasını xahiş elədi.

O, Yevlaxın icra başçısı Q.Səmədovdan da yardım istədi: “Mən inanclı adamam, namaz qılan qardaşlar arabir imkan daxilində kömək edirlər. Bu uşaqları məktəbə göndərə bilmirəm, imkansızlığın üzü qara olsun”.

Müstəqil jurnalist Xəyyam Salmanzadə də nazir S.Babayevdən, Yevlaxın başçısı Q.Səmədovdan bu ailəyə köməklik göstərilməsini xahiş edib.

Ailəyə sosial yardım verilərsə, Rövşənə ayda 300-400 manatlıq bir iş tapılarsa, birtəhər vəziyyətdən çıxarlar. Yevlaxın icra başçısının şəxsi imkanı da, İH-nin maliyyə fondunun da gücü çatar ki, ailəyə kömək olsun.

Q.Səmədovun rayonda obyektləri, restoranları fəaliyyət göstərdiyi deyilir. Ümidvarıq ki, cənab nazir S.Babayev də məsələyə münasibət bildirəcək.
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mədəniyyət