» » Bərdədə Bəylər Abdullayev zülmü: “Kaş erməni məni öldürəydi” - Video

Bərdədə Bəylər Abdullayev zülmü: “Kaş erməni məni öldürəydi” - Video

Bərdədə Bəylər Abdullayev zülmü: “Kaş erməni məni öldürəydi” - Video















Bərdənin Seyidyusifli kəndində məskunlaşmış Kəlbəcər köçkünü Əvəz Həşimov Əli oğlu fəlakət içində yaşayır

Sensasiya TV-yə danışan Ə.Həşimovun sözlərinə görə, kənd icra nümayəndəsi Bəylər Abdullayevin göstərişinə əsasən qazını və işığını kəsiblər. B.Abdullayev icra nümayəndəsi yox, vətəndaşların qənimidir.

Görün gözü necə qızıbsa, köçkün adamı qaz və işıq üzünə həsrət qoymaqdan da çəkinməyib. Hətta ermənilər Kəlbəcəri işğal edəndə qaz və işıq xətlərinə toxunmamışdılar.

B.Abdullayev isə məcburi köçkünün həyatını qara edib. Kolxozun inzibati binasında müvəqqəti məskunlaşmış qaçqın işığının kəsilməsi ilə bağlı “Azərişıq” ASC-nin Mingəçevir regional idarəsinə məktub yazıb, araşdırılır deyilsə də, nəticəsi olmayıb.

“Mənim 5 övladım var, ikisi əlildir, biri əsgərlikdədir. İcra başçısı Vidadi İsayevin yanına getmişəm, məndən qaçır.

Bəylər Abdullayevin fərari oğlu tövləmi yandırdı. Burda ev quşları saxlayırdım. Şikayətlər yazdım, xeyri olmadı. Tövləni kreditlə almışdım.

Hörmətli Cavid Qurbanov sağ olsun, transformatorumu, artezianımı düzəltdirmişdi. Mən xəstəxanada olduğum vaxt həbsimə nail oldular. Utanmadan bunu elədilər. Hər şeyi dağıdıblar. Kaş erməni məni öldürəydi, bu günü görməyəydim”.

Ə.Həşimova Hacallı bələdiyyəsindən torpaq verilib: “Amma icra nümayəndəsi Bəylər Abdullayev bizi sıxışırdı. Burdakı köçkünlərə gün verib, işıq vermirdi.

Bu torpaqda taxıl, pomidor əkirdim ki, dolanım. Amma torpağı əlimdən alır. İşığı kəsiblər ki, heç nə edə biləyim. Şəxsi mənafeyi üçün burdan istifadə edirlər.

Bütün bərdəlilər, kəlbəcərlilər, dövlət başçımız, müvafiq qurumların rəhbərləri, deputatlardan xahiş edirəm ki, səsimə səs versinlər”.
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mədəniyyət