» » “Yazığam, vallah yazığam…” - Körpəsiylə küçəyə atılan gənc anadan fəryad - Video

“Yazığam, vallah yazığam…” - Körpəsiylə küçəyə atılan gənc anadan fəryad - Video

“Yazığam, vallah yazığam…” - Körpəsiylə küçəyə atılan gənc anadan fəryad - Video















Salmanzadə TV tükürpədici bir olayı ictimailəşdirib

Cahan.info yazır ki, Bərdənin Həzi Aslanov küçəsində yaşayan Gülnar Fərzəliyeva körpəsi ilə ər evindən atılıb.

Gənc ana Bərdə rayon məhkəməsinin çıxardığı ədalətsiz qərarlardan şikayətçidir. Onun dediyinə görə, 1 yaşı tamam olmamış körpəsi ilə xəstə anasının himayəsində yaşamağa məcbur olub:

“Anamın böyrəyi xəstədir, cəmi 136 manat pensiya alır ki, o da dərmanlarına çatmır. Biz də onun üstünə yük olmuşuq, dolana bilmirik. Uşağın atası aliment vermir, məhkəmə onun tərəfini saxlayır”.

Məhkəmə atalığın müəyyən edilməsi və alimenti ödənilməsi barədə iddiaları sağdan sağa, soldan sola vurur, gənc ananı küçələr atanlara qahmar çıxır.

Gülnar xanım deyir ki, atasını itirib: “Yoldaşımla qaynatam məni döyüb qovdular, qaynanam evi dağıtdı. Mənə deyir ki, uşaq istəmirik, get, sən pulumuza göz dikmisən. Mən bu uşağı atam evindən gətirmişəm?

Biz el adəti ilə evlənmişik, hamiləliyimin üç aylığında məni evdən çıxardılar. Dəfələrlə deyitdim ki, rəsmi nikah edin, etmirlər.

Mənə qaynanam əxlaqsız sözlər deyir, uşaqdan imtina edir. Mən DNT analizi tələb edirəm, qoy uşağın atalığı müəyyən edilsin”.

Göz yaşlarını saxlayan bilməyən gənc qadın bildirib ki, ailəsinin dağılmasını istəmir: “İstəmərəm ki, ailəm dağılsın, əksinə, atası uşağıma baxsın.

Qaynanam evimizi dağıdır. O, oğlunu öyrədir, gəlir məni döyür.

Küt alətlə məni vurmuşdu, şikayət elədik, imkanları çoxdur deyə işi bağladılar. Yazığam, vallah yazığam… 136 manat pensiya anamın dərmanları, evin kommunal pulu eləmir”.

G.Fərzəliyeva prezidentə, Mehriban Əliyevaya, nazir Sahil Babayevə, ədliyyə naziri Fikrət Məmmədova, o cümlədən ATV kanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyevə müraciət edərək kömək göstərilməsini xahiş edib.

Çünki doğurdan da böyük bir vicdansızlıq edilib, gənc ana balası ilə tək-tənha buraxılıb, uşağın atası onların taleyini, gələcəyini fikirləşmir, məhkəmə isə nahaqqın yanındadır.

Jurnalist Xəyyam Salmanzadə də dövlət rəhbərliyinə, ədliyyə nazirinə müraciətində bildirib ki, prezidentin başlatdığı məhkəmə-hüquq sistemindəki islahatların davamı olaraq G.Fərzəliyeva ilə bağlı məsələyə ədalətli baxılacağına inanır.
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mədəniyyət