» » Sevinc Abbasovaya atılan şər yapışmadı

Sevinc Abbasovaya atılan şər yapışmadı

Sevinc Abbasovaya atılan şər yapışmadı






Hər bir ölkənin təhsili onun gələcəyini müəyyənləşdirir. Təhsil gələcək, təhsil inkişafdır. Bu gün ölkəmizdə təhsilə yüksək diqqət göstərilir. Təhsilin yüksələn xətlə inkişafı buna əyani sübutdur. Hər il ölkə başçısının müxtəlif sərəncamları ilə yeni məktəb binaları tikilib istifadəyə verilir, əsaslı təmir olunur, müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür. Belə məktəblər sırasında Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən şəhid Etibar Əliyev adına162 saylı tam orta məktəb də var. Məlumat üçün qeyd edək ki, məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən qız məktəbi kimi inşa edilmişdir və məktəbin ilk direktoru da milyonçunun həyat yoldaşı Liza xanım Tuqanova - Muxtarova olmuşdur. 1918- ci ilin mart soyqırımında erməni quldurlarının törətdikləri qanlı qırğınlar zamanı məktəbə sığınan yerli əhali elə buradaca amansızlıqla qətlə yetirilmişdir. Erməni terrorunun şahidi olmuş məktəb İkinci Dünya müharibəsində qospital kimi fəaliyyət göstərmişdir. Sovet dövründə nədənsə şanlı tarixi unudulan məktəb SSRİ dağılana qədər rus məktəbi kimi fəaliyyət göstərmiş, müstəqillik illərində isə buradaa Azərbaycan bölməsi də açılmışdır. Şəhid Etibar Əliyev adına 162 saylı tam orta məktəb özünün ən gözəl çağı - ikinci qızıl dövrü son 3 ildə Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə direktorların təyini müsabiqəsində uğur qazanaraq bu məktəbə direktor kimi təyinat almış Sevinc Abbasovanın rəhbərlik etdiyi dövrə təsadüf edir. S.Abbasovanın ilk gördüyü iş sonsuz səxavət sahibi M.Muxtarovun xalqımıza əmanət qoyub getdiyi məktəbin unudulmuş tarixini bərpa edərək, xalqımızın olanı xalqımıza qaytarmaqdan ibarət olmuşdur. Prezident İlham Əliyevin tapşırığına əsasən 2017- ci ildə Səbail rayon İcra Hakumiyyəti tərəfindən modern şəkildə əsaslı təmir olunaraq, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Məktəbdə hal- hazırda hər cür əyani vəsaitlə təmin olunmuş fizika, kimya, biologiya, informatika kabinetləri, ekosinif, leqosinif, zəngin kitabxana və s.fəaliyyət göstərir, hərbi hazırlıq otağında isə mini kazarma yaradılmışdır. Sevinc Abbasovanın məktəbdə yaratdığı ciddi nizam - intizam və nümunəvi qayda - qanun şagirdlərin daha da yaxşı təhsil almasına şərait yaradır. Məhz məktəbdə şagirdlərin keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitin nəticəsidir ki, 162 nömrəli məktəb elə təkcə ötən il Səbail rayonu üzrə 2, Bakı şəhəri üzrə 18 pillə irəliləyərək, 71, 8% nəticə ilə Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üzrə reytinq cədvəlində " Yaxşı nəticəli məktəb"lər sırasına yüksəlmişdir. Burada ciddi intizamı müəllimlərin geyindiyi xüsusi uniformadan tutmuş məktəbin səliqə - səhmanına, şagirdlərin davamiyyətinə kimi hər yerdə görmək mümkündür. Məktəbdə "məktəb- valideyn - şagird üçbucağı" daim nəzarərdə saxlanılır. Bu məqsədlə məktəbdə mütəmadi olaraq " Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirilməkdədir. Yeri gəlmişkən məktəbdə TN- nin bir neçə pilot layihəsi; " LEQO education" (robotqayırma texnikası) " Rəqəmsal bacarıqlar- Alqoritmika" (online informatika dərsi) " Gələcəyin 8mühəndisləri" (kosmik mühəndislik) və s. həyata keçirilməkdədir. Yeni yaradılmış radio qovşağı nazir C.Bayramovun müvafiq əmrinə əsasən nəinki şagirdlər, həm də valideynlər arasında kütləvi şəkildə azərbaycançılıq ideyalarının təbliğ olunmasına xidmət edir. Bir az əvvəl məktəb video kameralarla təchiz olunmuşdur ki, bu da məktəb rəhbərliyinin dərs prosesinin gedişinə nəzarətini xeyli asanlaşdırır. Etibar Əliyev adına 162 nömrəli məktəb Azərbaycan təhsilinə hər zaman istedadlı şagirdlər vermişdir, lakin son 3 ilin uğurları daha ürəkaçandır, beləki 700 bal, gümüş medal, 9 və 11- ci siniflərdə nümunəvi attestatlar, olimpiada və " Sabahın alimləri" Respublika müsabiqələrində iştirak edən şagirdlərin qalibiyyəti məhz bu son 3 ilə təsadüf edir. 162 saylı məktəbdə şagirdlərə fərdi münasibət göstərilir; rəsm, musiqi, idman və s. sahələrdə fərqlənən şagirdlər önə çəkilir, onların uğurları məktəb saytı və sosial şəbəkələrdə mütəmadi işıqlandırılır. Yeri gəlmişkən qeyd edək ki, cənab prezidentin sərəncamı ilə Səbail rayonu ərzisində KİV-nümayəndələri üçün inşa edilmiş yaşayış binaları məktəbə yaxın ərazidə yerləşir və media nümayəndələri öz övladlarını məhz 162 nömrəli məktəbə əmanət edirlər. Ölkə mediasında kifayət qədər tanınmış KİV nümayəndələri olan valideynlər məktəblə sıx əlaqə saxlayır, vaxtaşırı valideyn iclaslarında və mühüm tədbirlərdə iştirak edirl, məktəbin nüfuzuna hörmətlə yanaşırlar. Ötən il məktəbin 100 illik yubileyi BŞTİ tərəfindən təntənəli şəkildə qeyd edilmiş və məktəbin bir qrup müəllimi Fəxri Fərmanla təltif olunmuşdur. Artıq 3 ildir ki, 162 nömrəli məktəb Ukraynanın Lvov şəhər 82 nömrəli məktəbi ilə "Qardaşlaşmış məktəb" layihəsinə qoşulmuşdur. Bu il 20- 28 iyul tarixində Bakı şəhərində keçiriləcək və respublika üzrə cəmi 49 məktəbin qoşulduğu XV Avroрa Olimрiya, İdman və Mədəniyyət festivalında məktəbö Litva Respublikası ilə " qardaşlaşmış məktəb" kimi iştirak edəcəkdir. 162 saylı məktəb vaxtilə burada təhsil almış Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Etibar Əliyevin adını daşıyır. Məhz direktor S.Abbasovanın təşəbbüsü ilə məktəbin həyətində şəhidin xatirə guşəsi yaradılmış və barelyefı vurulmuşdur. Bu gün 162 nömrəli məktəbin çalışqan kollektivi əzmkar direktor Sevinc Abbasovanın rəhbərliyi altında 102 yaşlı məktəbin yeni şanlı səhifəsini yazmaqdadırlar! Onların hədəfi cari dərs ilində 90 % nəticə göstərərək Təhsil Nazirliyinin reytinq cədvəlində " Yüksək nəticəki məktəb" nominasiyasına yüksəlməkdir. Ancaq bu inkişaf və yüksək keyfiyyətli təhsil bəzi insanları nədənsə çox narahat edir. Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin adına ləkə gətirmək üçün heç bir əsası olmayan şər və böhtan məlumat yaymaqla məşğul olan cılız insanlar öz istəklərinə nail ola bilməyəcəklər. Çünki " elin gözü tərəzidir" və " cidanı çuvalda gizlətmək olmaz". Bu işdə araşdırma aparmadan Azərbaycan təhsilinə zərbə vurmağa çalışan böhtançıları haqlı çıxarmağa çalışan bəzi KİV nümayəndələri bilməlidirlər ki, şər və böhtan tirajlamaqla sadəcə özlərini aldatmış olurlar. Araşdırma aparmaq üçün isə çox da uzağa getmək lazım deyildi, övladları 162 nömrəli məktəbdə təhsil alan elə öz kolleqalarımız olan 64 nəfər jurnalistdən məktəbdə rüşvətə imkan yaradılıb- yaradılmadığı haqda məlumat öyrənə bilərdiniz. O zaman əmin olacaqdınız ki, 162 saylı tam orta məktəbin kollektivi və ona rəhbərlik edən Sevinc Abbasova hər zaman Azərbaycan təhsilinə təmənnasız xidmət edən nəcib insanlardandır və inanaq ki, həmişə də belə olacaqdır! Bizə isə şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin çoxsaylı və çoxmillətli kollektivinə başda direktor Sevinc xanım Abbasova olmaqla zəhmətli işlərində uğurlar arzu edib, xeyir- dua vermək düşər! Uğurlarınız daimi olsun!
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Mədəniyyət