» » Taleh Qaraşov FHN zabitinin evini dağıdır: “Rayonu yeyib doymayıb…” - Video

Taleh Qaraşov FHN zabitinin evini dağıdır: “Rayonu yeyib doymayıb…” - Video

Taleh Qaraşov FHN zabitinin evini dağıdır: “Rayonu yeyib doymayıb…” - Video














“Bir qrup rüşvətə işləyən hakimlərdir ki, iddia ərizəsi olmadan zabitə qarşı şərəfsizlik edirlər, onun evini əlindən alıb sökdürməyə qərar verirlər”.

Cahan.info xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabiti, baş leytenant, sambo üzrə müəllim Yaşar Şükürov Lənkəranda yerli məmurların özbaşınalığı barədə danışarkən bildirib.

Y.Şükürov Rusiyada yaşayıb. Sonra vətənə qayıdaraq ölkəsinə xidmət etməyə başlayıb. Onun sözlərinə görə, Lənkəranın icra başçısı Taleh Qaraşov tərəfindən ona verilən 165 kvadrat sənədli torpağın üstündə tikdiyi evi indi dağıtmağa hazırlaşırlar.

“Mənim əlimdə çıxarışım var. Dövlət Reyestr Xidməti necə ölçübsə, elə də tikmişəm. Qanundan kənara çıxmamışam. Əvvəlcə bir qrup adam yaxınlaşdı ki, evin yerləşdiyi yer magistral yoldur, əlverişlidir, oranı sat. Mən razılaşmadım.

Sonra keçmiş torpaq şöbəsi Hənifə Babayev dedi ki, onu onsuz da səndən alacağıq. Bir az keçdi, tanımadığım qadın yaxınlaşdı ki, torpaq mənimdir, zəbt eləmisən.

Çox keçmədi ki, onun əmisi Şiraz Sadıqov bələdiyyə sədri təyin olundu, o da məsələni qurdalamağa başladı”.

Y.Şükürov bildirib ki, çıxarış olduğu üçün yeri ondan ala bilməyiblər: “Ekspertizadan rəy ala bilmədilər. Atam Şükürov Ələsgərin adına çıxarıb, məni oyuna saldılar.

Məni məhkəməyə çağırmayıblar, iddia ərizəsi yox, necə mülkümü dağıtmaq qərarı verə bilərsən?Bəzi məmurlar istəyir ki, biz səfirliklərin qapısında çadır qurub yataq.Biz ailəlikcə YAP üzvüdür.

Bulaq tikdirmişdim ki, həyətimizə tez-tez su üçün girirlər.Həmin bulaq Heydər Əliyev adını daşıyırdı, bayrağımızı üstünə vurmuşdum.Mən bir vətənpərvər insan kimi 1000 manata yaxın xərc çəkmişəm ki, insanlar o bulaqdan istifadə eləsin.

Heç bir əsas olmadan bələdiyyə sədri ilə icra başçısı Taleh Qaraşovl bulağı dağıtdılar.Biz indi uşaqlara necə dövlətçilikdən, Heydər Əliyev yolundan danışa bilərik?

Görəsən Türkiyədə Atatürkə qarşı eyni hərəkət olurmu?Biz hansı torpaqları qaytarmaqdan danışa bilərik ki, içimizdə özümüzə hörmətsizlik edirik.

Mənim başqa evim yoxdur.Yəqin Taleh Qaraşov evimi söküb, kafe tikəcək.İcra başçısı rayonu yeyib doymayıb, indi zabitin evinə göz dikir”.

Cahan.info xəbər verir ki, Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin parklarını satışa çıxardıb.

Məsələ burasındadır ki, Qaraşov ilk olaraq cibini doldurmaq üçün Lənkəran Dövlət Universitetinin qarşısında yerləşən parkı seçib.2015-ci ildə parkı məhv edib, yerində mağazalar tikdirən başçı üzləşdiyi təzyiqlərdən sonra fikrindən daşınıb.

Onu buna vadar edən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “İdeya” təşkilatının bəyanatı olub.Bundan başqa Qaraşovun əməllərinin mətbuat tərəfindən işıqlandırılması da, ona “dur” deyən səbəblərdəndir.

Lakin Taleh Qaraşov sonradan “işğalçı” siyasətini davam etdirib. Xocalı parkını satan icra başçısı, Lənkəranın məşhur memarlıq abidəsi olan Çay evinin qarşısındakı səkiyə də göz dikib.

Bununla kifayətlənməyən şəhər rəhbəri mərkəzi univermağın qarşısındakı səkiyə də göz dikib.Məlumata görə, Qaraşov həmin yerin 1 kv metrini 1700 manatdan satır.

Şəhərə gələn turistlər gəzmək üçün məhz Taleh Qaraşovun satdığı yerləri seçir.Abidələrin məhv edilməsi icra başçısının cibini doldursa da, Lənkəranın gözəlliyinə pərdə çəkir.

Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb

Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub.

Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub.

Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb.

Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Mədəniyyət