» » Ağdamda saxta diplomlu rəis kimdir....

Ağdamda saxta diplomlu rəis kimdir....

Ağdamda saxta diplomlu rəis kimdir....
















Saxta diplomlar Təhsil Nazirliyinin verdiyi dövlət sənədindən bir sıra işarələri ilə fərqlənir. Görünüş vasitəsilə diplom tam uyğun gələ bilər. Amma videoda gördüyünüz bu diplom blankının içərisində gizlədilmiş qoruyucu işarələr saxta diplomlarda olmur.

TN-nin Məxfi və Dövlət Nümunəli Sənədlərlə İş sektorunun vəzifəlisi deyir ki, : saxta dilomlar hazırlanarkən həmin bu qoruyucu nişanlar həmin kağızlarda olmur. Aparat vasitəsilə ultrabənövşəyi şuaların altında yoxlayırıq kağızda olan işarələrlə müəyyən olunur ki, bu diplom saxtadır, ya yox.

Ən etibarlı vasitə isə Təhsil Nazirliyinin müvafiq şöbəsində toplanmış dövlət nümunəli sənədlərin baza məlumatlarıdır.

Belə ki, Təhsil Nazirliyi təhsil müəssisələrinin sifarişi əsasında diplom blankları hazırlayaraq müəssisəyə təqdim edir. Əvvəlcə təhsil müəssisələri məzunların sayına müvafiq olan siyahıları Nazirliyə təqdim edir. Həmin siyahıların həqiqiliyi müvafiq ildə TQDK orta məktəbi bitirib ali məktəbə qəbul olunmuş tələbələrin siyahısı və nazirlikdəki digər sənədlərlə üzləşdirilir. Siyahnın dəqiqliyi müəyyən edildikdən sonra siyahıya uyğun sıra nömrəsilə diplom blnkları həmin təhsil müəssisəsinə təqdim olunur.

Onu da deyək ki, saxta diplomları, əsasən, keçid balını toplaya bilməyib xarici ölkələrin bir sıra universitetlərinə qeyri-leqal yolla qəbul olub sonra Azərbaycandakı dövlət universitetlərinə köçürülən şəxslər alır.
Sizinxeber.com-a verilən məlumata görə “Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsinin rəis əvəzi Qəhrəmanov Vüqar Bəylər oğlunun diplomu saxtadır. Belə ki, bu adam 1991-1994-cü illər aralığında hərbi xidmətdə olub. Hərbi xidmət zamanı da Ağdam Sosial İqtisad Kollecinin sabiq müdiri (hazırda rəhmətə gedib) Fəxrəddinin əli ilə Gürcüstandan saxta diplom alıb.
Bütün bu halların aşkar edilməsi üçün Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsində vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət işi açılıb, araşdıra aparılır.
Bu mövzu ilə bağlı araşdırmamız davam edəcək. “Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsinindəki “ölü canlar” haqda məlumat verəcəyik.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət