» » Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! – Oqtay Şirəliyevə çağırış

Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! – Oqtay Şirəliyevə çağırış

Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! – Oqtay Şirəliyevə çağırış














Bu gün sahə üzrə poliklinikaya getdim – şəkərli diabet xəstəsiyəm. Endokrinoloqun qəbulunda oldum – dərmanlarımı almaq üçün resept yazmağını istədim. Həkim utana-utana «resept blankımız qurtarıb, ayın səkkizindən sonra olacaq» dedi. Anındaca, əsəblərim tarıma çəkildi və söz çuvalımda nə qədər aşağılayıcı kəlmələr var idisə, hamısını səhiyyə nazirinin ünvanına «perevod» elədim!

Görünür, həkim zavallı xəstənin belə reaksiyasını gözləmədiyi səbəbilə, bir anlığa çaşıb qaldı. Onu «ayıltmaq» üçün erməni artist Armen Cigərxanyandan, Salyan rayonunun Zılıx kəndindəki kafedən və içib də orada «yatıb» qalan «hörmətli qonaq»dan söhbət açmalı oldum, səhiyyə nazirinin kimlərlə qohum olduğundan və bu səbəbdən də öz işində heç bir məsuliyyət hiss etmədiyindən danışmalı oldum…

Həkim utana-utana, haradansa əzilmiş bir resept blankı tapdı – oraya iki dərmanın adını yazıb mənə verdi. Əzik kağızı götürüb 3-cü mərtəbəyə endim - axı Baş həkimin katibəsi resepti «kitaba salmalı» və ona möhür vurmalı idi. Oqtay Şirəliyevin qoyduğu qaydaya görə, gərək reseptin üstüntdə azı, iki möhür olsun (biri endokrinoloqun, biri də Baş həkimin!), yoxsa onun heç bir «hüquqi qüvvəsi» olmayacaq, yəni ki, onun əsasında sənə dərman verməyəcəklər…

Resepti burada «möhürlə bəzəyəndən» sonra, dərmanları almaq üçün başqa bir poliklinikaya getməli idim. Məlumat üçün onu da bildirim ki, poliklinikalardan biri Yeni Günəşlinin lap qurtaracağında, o biri isə Qaraçuxurun girişində yerləşir. Oqtay Şirəliyevin «qayğısı» sayəsində zavallı xəstə dövlətin vəd etdiyi pulsuz dərmanları almaq üçün bu iki poliklinika arasında «təpik döyməli»dir – belədə, uca səslə deyirəm: tüpürüm sizin dərmanınıza!

Əlqərəz, gəldim Qaraçuxurdakı poliklinikaya – reseptimi əczasıya göstərdim – məlum oldu ki, dərmanlardan biri qurtarıb, gələn həftənin çərşənbə günü bəlkə gətirdilər.

Gözüm «kəlləmə çıxdı» (indi özüm də bimirəm ki, sonra kəlləmdən hara yoxa çıxıb!) – qeyri-iradi, bağırdım: Bəs, mən dərman gələnə qədər ölməliyəm?! Dərman niyə yoxdur axı?

İndi bu sualı səhiyyə nazirinə ünvanlayıram: Oqtay Şirəliyev, dərman niyə yoxdur? Sən bacarıqsız nazir, kiminsə qohumusan deyə, biz ölməliyik?! Sən nazir postuna layiq deyilsən, kreslonu boşalt – üzüsulu çıx get! (azpolitika.info)
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət