» » Əhmədzadənin adı ölüm işində keçən kadrı fermerləri “tas”a oturdub - Sabirabadda...

Əhmədzadənin adı ölüm işində keçən kadrı fermerləri “tas”a oturdub - Sabirabadda...

Əhmədzadənin adı ölüm işində keçən kadrı fermerləri “tas”a oturdub - Sabirabadda...















Azərbaycanda aqrar sektorun inkişafını tormozlayan qurumlardan biri də Sabirabad rayon Mexaniki Suvarma İdarəsidir

Cahan.info media istinadla xəbər verir ki, idarənin rəhbəri Mirəlif Əliyev kəndləri Kərbəla çölünə çevirib.

Fermerlərin bildirdiyinə görə, Sabirabad Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əliyev Azərbaycan qanunlarını heçə sayaraq hər hektara suvarma suyunun pulunu bir neçə dəfə qaldırıb. Hər dəfə suvarmaya kəndlilərdən və fermerlərdən 10 manat tələb edən Mirəlif Əliyev həmçinin su pulunu fermerlərdən əvvəlcədən tələb edir.

Bostan əkilən sahələrdən isə Mirəlif Əliyev əkinçilərdən hər hektara görə 30 manat tələb edir. Pulu qabaqcadan verməyənlər isə sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur. Sonuncu ümid yerləri olan əkin sahələrini xilas etmək üçünsə kəndli və fermerlər Mirəlif Əliyevin çaldığı hər havaya oynamaq zorunda qalırlar.

Bir müddət əvvəl təqaüddə olan polis polkovniki, Qarabağ əlili Fərzəli Mehbalıyev bildirmişdi ki, Mirəlif Əliyev onun 100 hektardan artıq pambıq və taxıl sahəsini yandırıb.

Məcburən qrunt suları ilə torpağı suvaran keçmiş polis zabiti bildirirdi ki, Mirəlif Əliyevin rüşvətxorluğu səbəbindən onun hektarlarla əkin sahəsi sıradan çıxıb.

Buna görə isə heç kim məsuliyyət daşımır. Əksinə Mirəlif Əliyev heç kəsi saymayaraq bildirir ki, gedin dərdinizi hara deyirsinizsə, deyin. Mən lazım olan yerlərin pulunu-payını çatdırıram.

Mirəlif Əliyevin oğlunun altındakı maşın 120 min manatdan artıqdır. İdarə müdirinin oğlu isə maşının təkcə nömrəsini 10 min manata aldığını deyir.

Heç yerdə işləməyən və işi gücü 120 minlik BMW ilə avtoşluq edən Mirəlif Əliyevin oğlundan və atasından heç kim soruşmur ki, sən bu maşını hansı pulla almısan?

Cahan.info media üzərindən yada salır ki, rayonun Qaraqaşlı kənd sakini, Sabirabad rayon Mexaniki Suvarma İdarəsinin qaynaqçısı Faiq Aslan oğlu Ağayev iş başında tok vurmasından dünyasını dəyişib.

Sabirabad Mexaniki Suvarma İdarəsinin rəhbəri Mirəlif Əliyev müxtəlif yollara baş vuraraq idarənin qaynaqçısı Faiq Ağayevin ölumünü gizlətməyə, məsələnin ictimailəşdirilməsinin qarşısını almağa cəhd göstərmişdi.

Deyilənlərə görə, Sabirabad rayon Mexaniki Suvarma İdarəsinin qaynaqçısı Faiq Ağayev əvvəl üzən gəminin içərisində iş zamanı, yəni ona həvalə olunan işi yerinə yetirərkən tok vurması nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin nəzdində fəaliyyət göstərən Sabirabad rayon Mexaniki Suvarma İdarəsinin rəhbəri Mirəlif Əzizov texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verən bu hadisəni ört-basdır etmək niyyətinə nail olmuşdu.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət