» » Əhmədzadənin Ceyrançöldə oliqarx kadrı: ferma, kafe, çörək sexi necə açıb? - Talan...

Əhmədzadənin Ceyrançöldə oliqarx kadrı: ferma, kafe, çörək sexi necə açıb? - Talan...

Əhmədzadənin Ceyrançöldə oliqarx kadrı: ferma, kafe, çörək sexi necə açıb? - Talan...















“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin balansındakı idarələr haqda hər həftə bir məlumat görməsək, göz kor olar

Cahan.info xəbər verir ki, ötən həftə narazılıq Tovuzda yerləşən Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsindən idi.

Sözügedən idarə sovet dönəmindən fəaliyyət göstərir. Hazırda Ceyrançöl ərazisi öz keçmişindən onunla fərqlənir ki, su boruları qara metal kimi sökülərək neçə il əvvəl satılıb. Qışda otlaqların suvarması ilə bağlı heç bir iş görülmür.

Bu da fermerləri, mal-qara saxlayanları narazı salıb. Onlar susuzluqdan əziyyət çəkdiklərini bildirirlər.

Ancaq idarənin rəisi Nizami Vəliyevi isti otağından heç kəs ayıra bilməz. N.Vəliyevin Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsində fəaliyyəti elə fəaliyyətsizlikdir. Heç nə eləmirsən, qazanırsan.

Hələ neçə il əvvəl Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsi "NHQNS Hüquq MMC” ilə rus və gürcü dilində gözdən pərdə asmaq xətrinə müqavilə bağlamışdı.

Müqavilənin 3-cü bəndində göstərilir ki, 1-ci tərəf borunun 1 tonunu 45 dollara alacaq. Ümumi nəticədə müqaviləyə əsasən 46 800 metr dəmir boru 54 000 manata Gürcüstana satılmışdı.

Nizami Vəliyev isə danaraq bildirmişdi ki, boru satılsa da ona pay düşməyib. Boru doğranaraq maşınlara yüklənəndə, görəsən idarə rəisi hara baxırmış?

Cumhuriyyet.net yazmışdı ki, Ceyrançöl Qış Otlaqlarının Su təminatı sistemləri İdarəsinə 1 milyon manata yaxın vəsait ayrılmışdı. N.Vəliyevin yarısından çoxunu mənimsədiyi iddia olunur.

Medaz.info isə yazıb ki, N.Vəliyevin talançılıq işlərində sağ əli pensiya yaşı çoxdan keçmiş Əsgər Əsgərovdur. Əsgərov baş mühasib olmaqla bərabər idarənin mal-materialını sənədləşdirib talayır. Ceyrançölün suvarılması üçün heç bir iş görülmür.

Buna bəhanə kimi müqavilə bağlanmadığını göstərirlər. Saxta qaimələrlə idarəyə çatan vəsaitləri mənimsədiyi iddia edilən Ə.Əsgərov N.Vəliyevi çox məmnun etməkdədir.

Sayt bildirir ki, N.Vəliyev idarəyə rəis gələr-gəlməz təcrübəli kadrları ordan uzaqlaşdırdı, texnikanı satışa qoydu, su vuran nasosların motorlarını təmir adı ilə peşkəş elədi və böyük pullar qazandı.

Hətta idarənin qarajını yaxın birinə verib, qalan hissəsini isə şəxsi torpaq sahəsi edib. Bu qanunsuzluqlar barədə ASC sədri Əhməd Əhmədzadəyə məlumat verildiyi deyilir.

İddialardan biri də budur ki, N.Vəliyev Ceyrançöldə şəxsi ferma yaradıb, mal-heyvanını Ağdaşda satışa göndərir. Bundan əlavə, Tovuzda Ağsaqqallar Şurasına aid binanı restoran edib, kafeni neft idarəsində işləyən oğlunun adına rəsmiləşdirib.

İdarənin balansında olan binaları icarəyə verib, idarəyə yaxın yerdə isə şəxsi çörək sexini açıb. Habelə, idarənin yanacağını, texnikasını istifadə edir, fermasına yönəldir.

Sayt onu da əlavə eləmişdi ki, Ceyrançöl Qış Otlaq Suvarma Sistemləri İdarəsində işçi sayı azdır, N.Vəliyev isə məmurların ənənəsinə sadiq qalaraq “ölü can”lar saxlayır, maaş kartlarını özündə gəzdirir.

Bu məlumatlar və iddialarla bağlı N.Vəliyevlə əlaqə saxlamaq mümkün olmadı. Həm idarənin, həm ASC-nin mövqeyini işıqlandırmağa hazırq.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət