» » Vidadi İsayevin baş mühasibini və oğlunu “Lotu Quli”yə nə bağlayır? - Sensasion məktub...

Vidadi İsayevin baş mühasibini və oğlunu “Lotu Quli”yə nə bağlayır? - Sensasion məktub...

Vidadi İsayevin baş mühasibini və oğlunu “Lotu Quli”yə nə bağlayır? - Sensasion məktub...














Bərdənin Kətəlparaq kənd sakini, ferma sahibi Tural Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib

Cahan.info-nun verdiyi xəbərə görə, təsərrüfat sahibi tezadlar.az-a ölümlə təhdid olunduğunu açıqlayıb.

Vidadi İsayevin kriminal dəstəsi...

Hətta Ukraynada yaşayan qardaşı Sərdar Məmmədov da hədələnir. Onun sözlərinə görə, özünü “qanuni oğru” kimi təqdim edərək təhdid edən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) baş mühasibi Əsgər Əsayevin oğlu Qəlbinur Əsayevlə yaxındır.

Şikayətdə deyilir ki, məmur oğlu onun 40 min manatını və 120 qram qızılını mənimsəyib. T.Məmmədov pulu geri istəyəndə “vor zakon”un hədələrinə məruz qalıb.

Görəsən, Bərdənin icra başçısı Vidadi İsayev yanında kriminal aləmlə əlaqəli məmurları niyə saxlayır? Vətəndaşların problemlərinin həll etməyən icra hakimi hələ bir yanında kriminal adamlara yaxın şəxslər işlədir.

T.Məmmədov bildirib ki, vatsap nömrəsində ona göndərilən ağır hədələr, söyüş və təhqirlər var:

“Özünü “Lotu Quli”nin nümayəndəsi kimi təqdim edən Roma adlı həmin şəxs dilə gətirilməsi mümkünsüz olan həmin söyüşlərlə məni hədələyir.

Əgər Tural, Qəlbinurdan həmin pulu istəsən, sənin Ukraynada olan qardaşın Sərdarın meyitini «upakovka» edib üstünə göndərəcəyəm...”

Məzahir Pənahova fakt: “Lotu Quli”yə 20 min?

Bu azmış kimi, Roma fermerdən “Lotu Quli”nin hesabına 20 min dollar göndərməyi tələb edir. Əks təqdirdə, onu ağzından güllələməklə təhdid edir.

T.Məmmədov baş mühasibini oğlu, keçmiş dostu olan Qəlbinurdan soruşanda ki, “Niyə “vor zakon”ları üstümə göndərirsən?”, cavabı belə olub:

“Allaha and olsun, mən onlara elə deməmişəm. Demişəm ki, bir az pul göndərsinlər, sənin borcunu verə bilim…” (Səs yazısı redaksiyada - Tezadlar)

Bu faktın özü təsdiq edir ki, Qəlbinur Əsayev Tural Məmmədova borcludur və qaytarmaq istəmir. Sual yaranır ki, dövlət qulluqçusu olan Əsgər Əsayevin seçki dairəsində işləyən oğlu Qəlbinur Əsayevin “vor zakon”larla nə əlaqəsi?

Bildirilir ki, bu faktlar Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahova göndəriləcək. M.Pənahov şübhəsiz ki, bu məsələdən məlumatsızdır və qoy bilsin!

Ata Bərdə RİH-də mühasib, oğul MSK-nın nümayəndəsi və Əsayevlər kriminal avtoritetlərlə əlaqələrə malikdirlər, fermerin pulunu qaytarmayıb, hədələyirlər.

Baş mühasib: “Vidadi İsayev bilməsin, biabır olarıq”

Ə.Əsayev isə açıqlamasında iftira olduğunu, oğlunun heç bir borcunun olmadığını bildirib: “Həmin adamları bütün Bərdə tanıyır. Oğlum da necə tora düşüb, bilmirəm. Amma bizim onlara heç bir borcumuz yoxdur”.

T.Məmmədovla təkrar əlaqə saxlayan saytın əməkdaşı məsələni dəqiqləşdirməyə çalışıb. Şikayətçi Ə.Əsayevi yalan danışmaqda suçlayıb:

“Ağsaqqal adamdır, niyə yalan danışır? Oğlu həm icra hakimiyyətində, həm Seçki Dairəsində işləyir. Bunu hamı bilir.

Bu günlərdə icra başçısının müavini İlham müəllimin yanında birlikdə olmuşuq. Orada Əsgər müəllim yalvararaq dedi ki, mənim 5 hektar torpağım və 4 min manat da nağd pulum var.

Bunları indi verə bilərəm. Qalan pulu da ayda hissə-hissə ödəyərəm. Belə olan surətdə o sizə necə deyə bilər ki, bizim onlara heç bir borcumuz yoxdur?

Mənim pullarımın hesabına oğlu Bakıdan 90 HU 018 dövlət nömrə nişanlı “Range-Rover” markalı maşın gətirmişdi. Əsgər müəllim özü dedi ki, a bala, o maşını burdan rədd elə, yoxsa bizi zibilə salacaqsan.

Qəlbinur 120 qaram qızılımı da etibarımdan sui-istifadə etməklə mənimsəyib. Həmin qızılları banka girov qoyaraq pul götürüb”.

Bunun ardınca Ə.Əsayevlə yenidən danışan jurnalist məsələnin ciddi olduğunu bildirib, işə hüquq-mühafizə orqanları qarışarsa, vəziyyət çətinləşə bilər söyləyib.

Bir az yumşalan mühasib etiraf edib: “Çox sağ olun ki, elə ağsaqqalcasına məsləhət verirsiniz, rayonumuzun ağsaqqalı Hacı Qabili götürüb onlara gedərək məsələni həll etməyə çalışacağam, nə borc varsa, həll edək qurtarsın… Bir də bunu icra başçısı Vidadi İsayev bilməsin, biabır olarıq…”.

Q.Əsayev isə bildirib ki, onların mətbuata, hüquq-mühafizə orqanlarına müraciət etməsi özünə ziyandır: “Qoy hara lazımdır müraciət etsinlər.

Onların itirəcəyi xalqın zəhməti hesabına yığdıqları kiflənmiş sələm pulları, qızılları, həyətlərində saxladıqları yüz başdan çox mal-qarası və başqa sərvətləri olacaq.

Mənim itirəcəyim nəyimsə yoxdur. Mənim sadəlövhlüyümdən istifadə edib valideynlərimdən xəbərsiz mənə maddi və mənəvi ziyan vurublar”.

Başçının ətrafı kriminal, Bərdə sakinləri xofda...

Bütün bu cəncəllər, məktubdakı məqamlar, tərəflərin açıqlamaları bir nəticə hasil edir ki, Bərdə RİH-də işləyən ata-oğul Əsayevlər dövlət qulluqçusundan daha çox, dövlət qanunlarını tanımayan şəxslər kimi hərəkət edirlər. Sözsüz ki, bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir.

Lakin şikayətçinin dediklərindən sonra, qarşı tərəfin də etiraf eləməsi belə qənaət yaradır ki, V.İsayev icra başçısı kimi ətrafında olanlardan ya bixəbərdir, ya da kriminal adamlarla əlaqəli komandası var. Bu da Bərdə sakinlərində bir xof, narahatlıq yaradır.

Çünki rayon rəhbərliyinin işçiləri “qanuni oğru” dünyasına bağlı şəxslərlə işləyirsə, onların vasitəsi ilə vətəndaşı ölümlə təhdid edirsə, hansı güvən, etibar, təhlükəsizlikdən söhbət gedə bilər? Bərdə sakini RİH rəhbərliyinə necə arxayın olsun?

Bu, V.İsayevin haqqında ilk belə hadisə deyil. Sonra medianı qərəzli olmaqda günahlandırmasın. Hər həftə barəsində bir xoşagəlməz hadisə, şikayət yayılır.

Eyni zamanda MSK sədri M.Pənahovun da məsələdən agah olub seçki dairəsində işləyən Q.Əsayevlə bağlı ölçü götürəcəyi istisna deyil.

Vətəndaşlar kriminal şəxslərdən özünü qorumaq üçün dövlət məmurlarına etibar edir, onların isə əksinə olaraq, “oğru”larla əlaqələri üzə çıxır, vətəndaşı təhdid edirlər.

Hər halda V.İsayevin tezliklə məsələni köklü şəkildə həll edəcəyinə ümid var. Əks halda “Lotu Quli”nin adamı kimi təqdim olunan Roma adlı şəxsin Bərdə RİH-də adamları olduğu fikri formalaşacaq.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət