» » Ceyhun Cəfərov da gedir- KÜRDƏMİRDƏ MÜDHİŞ KORRUPSİYA PİRAMİDASI

Ceyhun Cəfərov da gedir- KÜRDƏMİRDƏ MÜDHİŞ KORRUPSİYA PİRAMİDASI

Ceyhun Cəfərov da gedir- KÜRDƏMİRDƏ MÜDHİŞ KORRUPSİYA PİRAMİDASI
















Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti dəfələrlə ölkə rəhbərliyi tərəfindən də ciddi tənqidlərə məruz qalıb. Prezident İlham Əliyev dəfələrlə toplantılarında icra başçılarının ünvanına ciddi iradlar bildirməsi bəzi məmurların bölgələrdə “padşahlıq” etdiyini bir daha təsdiqləyir.

Bir daha təsdiqləndi ki, ölkə başçısının etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər. Bir sözlə, məmurların bəziləri vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə... Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov kimi... Sadalanan hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır.Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları haqlı olaraq tez-tez hallandırılır.

Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?Onların çoxu insanlarla rəftar etmək, kütlə qarşısına çıxmaq, çətin durumlarda əsəbləri cilovlamaq qabiliyyətinə malik deyillər. Çox təssüflər olsun ki, onların bəziləri ancaq insanlığın bitdiyi yerdə yuxarı başda oturmağa layiqdirlər.

Məmurların, xüsusilə də yerli məmurların vətəndaşları aldatması cəmiyyətimizdə o qədər adiləşib ki, artıq bu haqda məlumatlarla insanları təccübləndirmək mümkün deyil. Ancaq deyəsən məmurlarımız bununla kifayətlənmək niyyətində deyillər. Artıq bir növ adətkar olan məmurlar qarşılarına gələn istənilən şəxsi aldatmaq niyyətinə düşürlər. Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər. Vətəndaşların icra başçısından şikayətləri kifayət qədərdir hətta bunu prezident aparatida təsdiqləyə bilər.Amma Kürdəmirdə artıq vəziyyət o yerə çatıb ki,rayonun yerli məmurları onun əlindən təngə gəlib, sadəcə yazıqlar qoruxularından dillənə bilmir çünki necə deyərlər, balalarının "çörəyinin" kəsilməsindən qorxurlar. Məhz Kürdəmirdə vəziyyət bu gün belədir.

Intertv.az-a etibarlı mənbənin bizə verdiyi məlumat və apardığımız araşdırmalardan belə məlum oldu ki, Ceyhun Cəfərovun özünün xüsusi menyusu yəni "tası" var. Bir növ Eldar Mahmudovun dəsti xətti ilə gedir. Buna da heç təəccüblənmirik çünki, Eldar Mahmudovun dəstəsinin bir üzvü Vidadi Zeynalov Ceyhun Cəfərovun qaynıdır.

Ceyhun Cəfərovun menyusunu sizə təqdim edirik: Hər ay Yerli mərkəzi xəstəxana 4000 Azn, Su melorasiya idarələri 10000 Azn, DSMF idarəsi 10000 Azn,Komxoz idarəsi 3000 Azn, Bələdiyyə idarəsi 5000 Azn və s. İcra nümayəndələrindən tutmuş, təhsil idarəsinə kimi bir sözlə "məmə" yeyəndən "pəpə" yeyənə kimi hərənin öz rüsumu var. Məmurlar cana yığilib...

Kim də bu haqqı ayın sonu çatdırmasa, icra başçısının hesabat iclasında söyüşlərə məruz qalır.Rayonda adi xadimədən tutmuş müəllimə kimi hər kəsi Ceyhun Səfərov işə təyin edir.Xadimə işə girib 120 Azn maaş alacaqsa, 1500 Azn pul verməlidir.

Hətta vəziyyət o yerə çatıb ki, uşaq bağçalarının müdirləri yazıq uşaqların yediklərini özləri yemələri azmış kimi, körpələrin üstünə örtülən "odeyalları"da satışa çıxarıblar. Axır necə olur olsun ayın sonu başçının haqqı çatsın. Hətta yaxın aylarda guya ki, maliyyə pozuntularına görə Kürdəmir Mərkəzi xəstəxanın baş həkimi dəyişdi, camaat sevindi ki, indən belə xəstəxana tam qanuni işləyəcək. Ancaq təzə baş həkim daha "böyük ciblərlə" gəldi. Çünki dəyişə bilməz, biçarə baş həkim həkimin 180 manat maaşı ilə ayda 4000 azn necə başçıya verib çatdıra bilər. Üstəlik işə girmək üçün əvvəlcədən 70 min verib.

Bütün bunları ictimayyətləşdirmək bizim jurnalist borcumuzdur.Biz öz növbəmizdə Prezidentdən xahiş edirik , aidiyyəti qrumlara tapşırıq versin ki, Ceyhun Cəfərovun iş fəaliyyətini nəzarətə götürüb,ciddi araşdırsınlar.

Redaksiyamızdan əməkdaşlarımız Ceyhun Cəfərovla dəfələrlə telefon əlaqəsi yartmaq və mövqeyini öyrənmək istəsədə zənglərimiz cavabsız qaldı...

Yazıda adı çəkilən Ceyhun Cəfərovun mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət