» » Məşhur Ağayevlərə aid “Bərdə qum-çınqıl” ASC mühiti məhv edir – milyonluq zərər...

Məşhur Ağayevlərə aid “Bərdə qum-çınqıl” ASC mühiti məhv edir – milyonluq zərər...

Məşhur Ağayevlərə aid “Bərdə qum-çınqıl” ASC mühiti məhv edir – milyonluq zərər...















“Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manat ziyan vurublar. Bu siyahıda 56 karxananın adı keçir ki, zərər 8 milyon edir.

Cahan.info xəbər verir ki, bu sırada “Bərdə qum-çınqıl” ASC sədri Rəfayel İsa oğlu Ağayevin adı hallanır. “Yeni Sözçü” qəzeti yazıb ki, onun hüquqi ünvanı Bərdə şəhəri, Tərtərçay sahəsi kimi göstərilir və ASC-nin Nizamnamə kapitalı 1 094 280 manatdır.

Tərtərçayda böyük qum-çınqıl karxanası 15 il əvvəl, 2003-cü ilin yanvarında yaradılıb. ASC sədri Rəfayel Ağayev 2006-2011-ci illərdə Bərdənin icrabaşçısı olmuş İsa Ağayevin qardaşıdır.

Ağayev qardaşları prezidentin keçmiş köməkçisi Tariyel Ağayevin əmisi oğlanlarıdır. ASC-nin əslində T.Ağayevə məxsus olduğu iddia olunur. Bu iddialar qəfil gündəmə gəlməyib. Belə ki, “Bərdə qum-çınqıl” ASC yaradılan zaman T.Ağayevin yeznəsi, yəni bacısının həyat yoldaşı Elman Allahverdiyev müəssisəyə rəhbərlik edib.

Qəzet həmin obyektin əraf mühitə vurduğu ziyanla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməyə hazırlaşır. “Bərdə qum-çınqıl” ASC ətraf mühiti korlamaqla bərabər rayonun qum, çınqılını daşımaqla məşğuldur. Bundan başqa, Səhmdar Cəmiyyətləri rəhbərləri hər il cəmiyyətin ali orqanı olan illik ümumi yığıncaqlarını keçirməlidirlər.

Mülki Məcəllənin 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması maddəsinə əsasən,səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir.

Yəni, müəssisələr hər il iyun ayının 30-na qədər cəmiyyətin əvvəlki il üçün maliyyə hesabatını bu yığıncaqda səhmdarlarına təqdim etməlidirlər. Bu, qanunvericiliyin tələbidir. Lakin, müşahidələr və faktlar göstərir ki, bir çox ASC-lər qanunvericiliyə əməl etmirlər. Onlardan biri də “Bərdə Qum-çınqıl” ASC-dir.

Bu iddialara aydınlıq gətirmək Taryel Ağayevin, Bərdə rayonunda ətraf mühitə vurulan külli miqdarda ziyanda "Bərdə Qum-çınqıl” ASC-nin roluna aydınlıq gətirmək isə rəsmi qurumların vəzifəsidir. Bu ASC ətraf mühiti məhv edir, çay yataqlarını sıradan çıxarır, sərvətlərdən milyonlar qazanır və heç bir tədbir görülmür.

Bu gedişlə növbəti fəlakət yaşana bilər. Ağayevlərin biznesi ucbatından daha bir körpü uçması baş verməsini gözləyirlərsə, hansı məuliyyətsizliyi etdiklərini bilmirlər.

Məsələ ilə bağlı ASC rəhbərliyinin açıqlamasını işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət