» » Qazini dələduz adlandıran Əhəd Abıyevin milyonluq villalarının fotoları

Qazini dələduz adlandıran Əhəd Abıyevin milyonluq villalarının fotoları

Qazini dələduz adlandıran Əhəd Abıyevin milyonluq villalarının fotoları














Daşkəsənin icra başçısı Əhəd Abıyevin villalarının fotoları yayılıb

Cahan.info xəbər verir ki, aprel qazisi Arzu Məmmədov şəkilləri sosial şəbəkədə paylaşıb.

Həmin malikanənin dəbdəbəliyindən görünür ki, böyük pullar xərclənib. İcra başçılarının villalarının olduğu heç kəsə sirr deyil.

Bu saraylar qeyri-şəffaf gəlirlər hesabına tikilib. Lakin Ə.Abıyev Qarabağ qazisini mənzil dələduzluğunda ittiham edir, özü villalara sahiblənir.

Hər bir kəs əvvəlcə özünə baxmalıdır, sonra qarşısındakını təqsirləndirməlidir. Amma bəzi məmurlarda bu xüsusiyyət olmadığı üçün başqalarını asanlıqla ittiham edirlər.

İllah da ittiham olunan qazidirsə, dəhşətə gəlməmək olmur. Ə.Abıyev bu qədər sərvətlərə yiyələndiyi halda vətən üçün canını verən və əlil olan adama ev dələduzu adını qoyur.

Üstəlik, Daşkəsən Ağsaqqallar Şurası adından qazi A.Məmmədov əleyhinə mediaya müraciət yollanmışdı. Qarabağda hər birimizin, həmin ağsaqqalların, onların ailə üzvlərinin, Ə.Abıyevin təhlükəsizliyi uğrunda döyüşmüş, şikəst olmuş qazimizi dələduz, saxtakar, fırıldaqçı, pulgir çıxarmağa çalışıblar.

Sanki A.Məmmədov aprel döyüşlərinə 4 otaqlı ev almaq məqsədi ilə gedib özünü odun-alovun içinə atıb. Ancaq Ə.Abıyev kimi məmurların villaları onlara vətənə xidmət üçün verilməyib, büdcədən silinən pullar və qurulan biznesdən qazanılan vəsaitlər hesabına tikilib.

Aprel qazisi isə həyatında bir gün belə villada yaşamayıb.Hərçənd ki, özü buna layiqdir və vətənə xidmət edən hər bir əsgərimiz, qazimiz ən yüksək həyat yaşamalıdır. Lakin fotolardan da göründüyü kimi, lüks həyatı aprel qazisini mənzil dələduzu çıxardan icra başçısı yaşamaqdadır.

Cahan.info xəbər verir ki, adları açıqlanmayan “Qırğılar Şurası”nın imzası ilə mətbuata göndərilən müraciətdə Daşkəsən RİH-nə və Ə.Abıyevə yarınmaq üçün ucuz, bayağı sözlərdən istifadə ediblər.

Həmin Şura üzvlərinin adları yox, məktubun altında imzaları yox və belə çıxır ki, müaciət Daşkəsən RİH-nin otaqlarından birində hazırlanaraq saytlara ünvanlanıb.

Ə.Abıyevin villalarından əlavə biznes imperiyası var. Amma şura üzvləri bu varidata bir məmurun necə sahibləndiyinə dair sual verməzlər, qazini suçlayarlar. Mediada gedən yazılara görə, Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb.

İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz.

Salyanın icra başçısı Tahir Kərimovun Daşkəsəndəki obyektləri, daş karxanaları Əhəd Abıyev tərəfindən idarə olunur. T.Kərimov Daşkəsənə rəhbərlik edərkən bu rayonda bir neçə daş karxanası olub.

Vəzifəsini dəyişəndən sonra təbii ki, obyektlərini özü ilə aparası deyildi. Əhəd Abıyevlə “dostcasına” razılığa gəliblər. T.Kərimovun yeni başçıya “haqq” verməsi müqabilində.

Müraciətdə deyilir ki, xeyriyyəçi Füzuli Məmmədov qaziyə ev bağışlayıb. Söhbət “Alkopone” ləqəbli məşhur iş adamından gedir. Bunu etiraf etdikləri halda aprel qazisini dələduz adlandırmaqdan da çəkinmirlər.

Sitat: “Arzu Məmmədov ilə İlhamə Bayramova arasında yaranmış mübahisə Gəncə şəhərində əlillər üçün tikilməkdə olan çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi ilə əlaqədar deyil, İlhamə Bayramovanın Arzu Məmmədovun arvadının əmisi qızı kimi hər ay 10 faiz sələm ödəmək şərti ilə 6000 (altı min) manat məbləğində götürdüyü borcla bağlı olmuşdur. Onlar arasında mübahisə isə uzun müddət sələm borclarının vaxtında qaytarılmamasından sonra yaranmışdır.

Həmin xüsusat istintaq zamanı əldə edilmiş sübutlar, o cümlədən telefon və digər texniki qurğular vasitəsi ilə ötürülmüş məlumatların məhkəmə qərarına əsasən əldə edilməsi zamanı tam təsdiqini tapıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Qazini dələduz adlandıran Əhəd Abıyevin milyonluq villalarının fotoları
Qazini dələduz adlandıran Əhəd Abıyevin milyonluq villalarının fotoları
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət