» » Qarabağ veteranı BMCMİ-yə bir ailədən nələr yazdı? – Ağır ittihamlar

Qarabağ veteranı BMCMİ-yə bir ailədən nələr yazdı? – Ağır ittihamlar

Qarabağ veteranı BMCMİ-yə bir ailədən nələr yazdı? – Ağır ittihamlar














Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 10, mənzil 65 ünvanında yaşayan İsmayılov Mütalib Xaspolad oğlu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi, polis general-mayoru Seyfulla Əzimova müraciət edib.

Cahan.info-ya da müraciətin bir surətini göndərən M.İsmayılov yazıb ki, Laçının Hacıxanlı kənd nümayəndəliyinin Qovuşuq kənd sakini Mehman Cabbarov dövlət büdcəsini talamaqla məşğuldur.

Onun sözlərinə görə, M.Cabbarov saxta yolla öz yaşını 15 il böyüdərək (1971 təvəllüdlü olsa da, şəxsiyyət vəsiqəsinə 1956 yazdırıb) vaxtından tez özünü təqaüdə çıxarıb: “Bu yolla dövlətdən pul yeməkdədir.

Mehmanın atası 1941-ci ildir və 14 yaşında evlənməsi mümkün deyil. Bununla yanaşı qardaşı Ramil və oğlu Babəkə xəstə xəstəlik kağızlar düzəldib. Bu minvalla hər ay özü 170 manat, oğlu 80 manat, qardaşı 61 manat qanunsuz təqaüd alırlar.

Cabbarovlarin bu qanunsuzluqlarına bəzi məmurlar cavabdehdir. Ferması olan Mehman bəzi məmurlara qoyun, çəpiş hədiyyə etməklə dövlət orqanlarında əlaqələr qurur.

Bundan əlavə, əkiz oğlanları - Cabbar və Novruzu xəstəlik kağızı düzəldərək hərbi xidmətdən yayındırıb. Qardaşı Şamil Cabbarov isə qəbul imtahanlarının heç birində iştirak etməsə də, özünə saxta diplom düzəldərək Ağdamın 93 saylı məktəbində müavin işləyir.

Hörmətli Seyfulla müəllim, mən uzun müdət Daxili İşlər Nazirliyində işləmişəm, Qarabağ döyüşlərinin iştirakçısıyam, indi təqaüdə çıxmışam. Sizdən xahişim budur ki, dövlətin qanunlarını üstün tutaraq Cabbarovların əməlləri barədə araşdırma aparılmasına göstəriş verəsiniz”.

Bu məsələdə bir neçə sahə üzrə məmurlar təftiş oluna bilər. Həm qardaşını işə götürən Təhsil Nazirliyi, həm pensiya kəsən qurumlar, həm Səfərbərlik Xidmətinin yerli komissarlığı oğlanlarının əsgərlik işinə görə yoxlana bilər.

Bu ittihamlarla bağlı adıçəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət