» » Şəhid ailəsindən Rövşən Rzayevə ittiham: - “Dərk etməmisiniz...“

Şəhid ailəsindən Rövşən Rzayevə ittiham: - “Dərk etməmisiniz...“

Şəhid ailəsindən Rövşən Rzayevə ittiham: - “Dərk etməmisiniz...“














Şuşa rayon sakini, şəhid ailə başçısı və məcburi köçkün Şükufə Abbasova saytımız vasitəsi ilə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.

Şəhid ailə başçısının müraciətini təqdim edirik:

"Cənab Rövşən Rzayev!

Uzun illərdən bəri Bakı şəhərində məcburən kirayədə qaldığımla əlaqədar sizə müraciət edərək evlə təmin olunmağıma köməklik etməyinizi xahiş etmişdim. Ancaq sizə bir neçə dəfə yazılı və mətbuat vasitəsi ilə etdiyim şikayətlərə müsbət cavab verilməyib. Hörmətli Rövşən Rzayev, sizdən öncəki komitə sədri Əli Həəsnova evlə təmin olunmağımla bağlı bəlkə də yüzlərlə məktub yazıb, müraciət etmişdim. Hər bir müraciətin cavabı isə "hal hazırda komitənin balansında mənzil olmadığı üçün ailənizin mənzillə təmin edilməsinə köməklik göstərə bilmirik" olmuşdu.

Hörmətli Rövşən Rzayev, siz sələfiniz Əli Həsənovdan heçdə fərqlənmirsiniz. Sizə yazdığım yazılı müaciətlərə cavabında yazırsınız ki, "məcbui köçkün ailələrinin mənizil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respubilkası Prezidentinin müvafiq fərmanlarına, sərəncamlarına və bu sahədə qəbul olnmuş Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Başqalarına məxsus evlərdə (qohum evində, kirayə haqı ödəməklə və ya zəbt olunmuş) yaşayan məcburi köçkün ailələri üçün yeni qəsəbə inşa olunan zaman müraciətinizə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır".

Yəni sizin deməyinizdən belə çıxır ki, kirayələrdə yaşayan məcburi köçkün və şəhid ailələri üçün yeni inşa edilən qəsəbələrdə ev verilməsi uzun illər çəkə bilər. Çünki yeni inşa ediləcək qəsəbənin nə vaxt tikiləcəyini siz belə dəqiq bilmirsiniz.

Hörmətli komitə sədri, yəqin ki, əzab-əziyyətlə illərdir kirayədə yaşamağın nə demək olduğunu, hansı zülmlərə qatlaşdığımızı heç vaxt bilməmisiniz, bilsənizdə başa düşməyib, dərk etməmisiniz.

Bizim ümidimiz yalnız ölkə rəhbəri, prezident İlham Əliyev cənablarınadır. İnanıram ki, cənab prezidentin diqqət və qayğısı sayəsində biz məcburu köçkünlər, şəhid ailələri tezliklə bu zülmdən qurtulacağıq".

Şəhid ailəsindən Rövşən Rzayevə ittiham: - “Dərk etməmisiniz...“
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət