» » Nəsimi rayon Məhkəməsinin hakimi niyə susur?

Nəsimi rayon Məhkəməsinin hakimi niyə susur?

Nəsimi rayon Məhkəməsinin hakimi niyə susur?














Son vaxtlar hakimiyyətin qollarından biri olan məhkəmələrə və onların hakimlərinə qarşı ictimai fikirdə fərqli yanaşmalar ortaya qoyulmaqdadır. Məsələnin düşündürücü tərəfi odur ki, ortaya qoyulan yanaşmalarda bəzən məhkəmə hakimləri ədalətsiz qərarlar çıxarmaqda, hansısa sifarişləri həyata keçirməkdə və s. ittiham olunurlar. Bu da ictimai rəydə məhkəmə hakimlərinin müstəqil olmaları yöndə formalaşan fikiri heçə endirir. Toxunacağımız mövzu da, mahiyyət etibarı ilə belə bir motivlərlə bağlı olduğundan, problemin varlığını ictimailəşdirmək qərarına gəldik. Çünki, redaksiyamıza daxil olan əsaslı məlumatlara görə, hələ bir müddət bundan öncə Bakı şəhəri,  Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə-2, ev-73 ünvanda yaşayan Əhmədov Vüqar Rza oğlu adlı şəxs həbs olunur. Həmin vaxt o, qaynı Mehdixanov Müşfiq Təvəkkül oğluna çatdıra bilir ki, onun azadlığa çıxması üçün bu işlə maraqlansın. Çox keçmir ki, saxlanılan şəxsin qaynı Müşfiq Mehdixanov Nəsimi rayon Məhkəməsinə gedir və məhkəmənin hakimi Babək Pənahovla görüşmək istəyir. O halda ona “Sən hakimlə deyil, yalnız onun köməkçisi Orxan adlı şəxslə görüşə bilərsən” deyə cavab verirlər. Çox keçmir ki, adı çəkilən bu şəxs köməkçi ilə görüşür və problemin mahiyyətini ona çatdırır. Hətta, o, məsələnin necə həll olunacağını da soruşur. O halda köməkçi “Mən hakimlə danışıb nəticəsini sənə deyə bilərəm” deyir. Bir-iki gündən sonra Müşfiq Mehdixanovla hakimin köməkçisi arasında növbəti görüş baş tutur və köməkçi Vüqar Əhmədovun azadlığı çıxması üçün, ondan 6 (altı) min manat pul istəyir. Hətta, o, onu da bildirir ki, “6 min manat pulu versəniz Vüqar 1000 manat cərimə olunub azadlığı çıxacaq və həmin pul verdiyiniz 6 min manat puldan çıxılacaq” deyə razılığa gəlirlər. Elə ki, həbs olunan şəxs 1000 manat cərimə olunub azadlığı buraxılır, çox keçmir ki, Nəsimi rayon Məhkəmə İcra şöbəsinin əməkdaşları azafdlığa buraxılmış Vüqar Əhmədovdan 1000 manat cərimə pulunun ödənilməsini tələb edirlər. Bu gün o, maddi imkansızlıq ucbatından həmin cəriməni ödəyə bilməyəcəyini, eyni zamanda razılaşdırıldıqdan sonra hakim Babək Pənahovun köməkçisi Orxan adlı şəxsə verilmiş 6 min manat pulun geri qaytarılmasını tələb edir. Çünki, əldə etdiyimiz məlumatlara görə, tərəflər Vüqar Əhmədovun azadlığa buraxılması üçün 1000 manat cərimə olunacağı və 1000 manatın hakimin köməkçisi Orxan adlı şəxsə verilmiş 6 min manatdan çıxılacağı yöndə razılığa gəlsələr də, sonra tərəflərdən biri razılaşma şərtlərini pozur.

 Redaksiyamıza bu yöndə məlumat daxil olduqdan sonra adı çəkilən hakimə məktubla müraciət edib, problemin varlığına münasibət bildirməsini xahiş etsək də, təəssüflər olsun ki, qarşı tərəf susmağa üstünlük verdi. Ona görə də, mövzuya qayıtmağa və problemin mahiyyətini ictimailəşdirməyə qərar verdik. Qarşı tərəfi bir daha dinləməyə və mövqeyini dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət