» » Mingəçevir Məşğulluq Mərkəzində 30 faiz söhbəti

Mingəçevir Məşğulluq Mərkəzində 30 faiz söhbəti

Mingəçevir Məşğulluq Mərkəzində 30 faiz söhbəti


Direktor İsmayıl Məmmədov dövlətin işsiz vətəndaşlara ayırdığı müavinəti niyə onlara vermək istəmir? Dövlətimiz tərəfindən vətəndaşların işlə təmin edilməsi, işsizliyin azalması üçün mütəmadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirilsə də, etiraf edək ki, bu gün həm paytaxt Bakıda, həm də bölgələrimizdə kifayət qədər işsizlikdən əziyyət çəkən vətəndaş var. Qeyd edək ki, məşğulluq mərkəzlərinə ayrılan vəsaitlərin, daha sonra vətəndaşların niyə iş yerləri ilə təmin edilməməsi hər zaman müzakirə edilən məsələlərdən olub. Bu gün çox az sayda insan taparıq desin ki, mən, Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilmişəm. Bildiyiniz kimi, hər bir işsiz vətəndaş yaşadığı və qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilər. İşsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) məşğulluq mərkəzlərində iş axtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70 faizi məbləğində müəyyən edilir. Lakin bu gün məşğulluq mərkəzləri heç də öz işləri ilə məşğul olmur. Yəni icra etməli olduqları işin tam əksini edirlər. Gundelik-baku.com-a Mingəçevir şəhər Əmək və Məşğulluq Mərkəzindəki süründürməçiliklə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, mərkəzin direktoru İsmayıl Məmmədov səlahiyyətindəki işləri lazımi səviyyədə icra edə bilmir: «Mərkəz rəhbəri hesab edir ki, iş yerlərindən çıxan şəxslərə dövlət tərəfindən verilən pulun 20-30 %-i ona çatmalıdır. Əks halda onlara pulun verilməyəcəyini bildirir. Bu da vətəndaşların narazılığına səbəb olur. Hər gün yüzlərlə insan iş tapmaq, həmçinin müavinət almaq ümidi ilə mərkəzin qarşısında toplaşır. Onlar arasında gənclər daha çox üstünlük təşkil edir. Mingəçevirdən heç kimi işə götürmürlər. İşçiləri Gəncədən, Goranboydan gətirirlər. Niyə öz şəhərimizin işsizləri dura-dura başqa rayonlardan gətirilir işçilər? Niyə bizim kimi ehtiyacı olanlara verilmir həmin işlər? Heç hardan bir qəpik pul istəmirik. Bizi işlə təmin etsinlər, çörəyimizi əziyyət çəkib alın təriylə, zəhmətimizlə qazanaq. Biz pul yox, iş istəyirik. Şəhərimizdə geniş miqyaslı abadlıq quruculuq işləri gedir. Gözəl küçəli, gözəl şəhərdə yaşayırıq. Amma ac yaşayırıq. Hara gedirik, deyirlər iş yoxdu. Eşitdik ki, 6 ay ərzində işsizlər işlə təmin olunacaq, əgər təmin edə bilməsələr, həmin müddət üçün 60-70 manat məbləğində müavinət ödəyəcəklər. Ya müavinət versinlər, ya da bizi işlə təmin etsinlər. Əvvəllər zavodlar var idi. Göndərirdilər, işləyirdik. İndi bütün zavodlar bağlanıb. Son illər Mingəçevirdə işsizlərin sayı xeyli artıb». Bildirək ki, qanuna əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon və şəhər məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. Burda vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik göstərilmir. Həmçinin gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və vətəndaşların müvəqqəti məşğulluğunun təşkili də qanuna müvafiq qaydada aparılmır». Məlumata görə, mərkəz tərəfindən vətəndaşlara təklif olunan iş siyahısında ali savadlı, təcrübəli və peşəkar kadrlar üçün normal iş tapmaq mümkün deyil: «Mərkəzin direktoru qanunun tələblərindən üz çevirərək işsiz şəxslərə dövlət tərəfindən verilən müavinətlərdən özü üçün istifadə edir. Belə ki, işsiz statusu olan vətəndaş dövlətin ayırdığı müavinətin bir hissəsini mütləq direktora verməlidir. Əks təqdirdə, müavinət ala bilməz». Qarşı tərəfi də dinləyə bilərik.

bizimhedef.info
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət