» » Beyləqanda baş həkimin su maxinasiyası

Beyləqanda baş həkimin su maxinasiyası

Beyləqanda baş həkimin su maxinasiyası


Əli Məmmədov hər ay vətəndaşlardan qanunsuz 2000 manat pul toplayır

Baş həkim yığdığı vəsaitin yarsını rayon icra başçısı Vaqif Abdullayevə verdiyini iddia edir.

Beyləqan rayonundan göndərilən şikayət məktubunda bildirilir ki, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov artıq 2 ildir yaxşı qazanc yeri tapıb. Şikayət məktubunda qeyd edilir ki, rayon səhiyyəsinin baş həkimi xəstəxananın ətrafında yerləşən küçələrdəki evlərə su satır.

Belə ki, ətraf küşələrdə yerləşən 150-ə yaxın yaşayış evinə gedən su xətləri xəstəxananın həyətindəki artezandan çəkilib. Məlumata görə vətəndaşların evinə gedən su xəttinə görə baş həkim Əli Məmmədov hər ay onlardan məcburi 10 manat pul yığıdırır. Baş həkimin su pullarını isə xəstəxanada təcili yardım avtomobili sürücüsü kimi işləyən Rəhman adlı şəxs yığdığı bildirilir. Məlumatda qeyd olunur ki, Əli Məmmədov baş həkim vəzifəsindən sui istifadə edərək hər ay qanunsuz su pulu yığımından 2000 manata yaxın qazanc əldə edir. Baş həkim yığıdığı vəsaitin bir hissəsini rayon icra başçısı Vaqif Abdullayevə verdiyini açıq şəkildə bir neçə dəfə vətəndaşlara deyib.

Qeyd edək ki, Əli Məmmədovun təcili yardım sürücüsü Rəhmanın su pulu yığmasını sübut edən kadrlar və videoçəkiliş saytımıza göndərilib. Baş həkimin işçisinin su pulu yığımı kadrlarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Bizi izləməkdə davam edin..(anaxeber.az)

bizimhedef.info
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət