» » İcra başçısının arxasınca Laura Ağayeva da istefaya gedir

İcra başçısının arxasınca Laura Ağayeva da istefaya gedir

İcra başçısının arxasınca Laura Ağayeva da istefaya gedir


Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevanın təqaüdə göndəriləcəyi xəbərləri yayılıb.

Azerinfo.tv-nin verdiyi məlumata görə, kollecdə kollektiv az qala bayram edir.

L.Ağayevanın yaş senzi ilə əlaqədar işindən kənarlaşdırılacağı və yerinə Ağdamda kadrlardan birinin gətiriləcəyi xəbər verilir.
Ağdamın icra hakimiyyəti başçısı Raqub Məmmədovun gedişi L.Ağayevanın havadarını itirməsi ilə nəticələndiyi iddia olunur.
Kollec direktorunun fəaliyyətindəki xoşagəlməz hallara baxmayaraq, Ağdamın icra başçısına arxalanırdı. Ancaq R.Məmmədovun vəzifədən çıxarılması onu təşvişə salıb.
L.Ağayeva rayondə ən zəngin, dəbdəbəli, həyat tərzi sürən məmurlardandır. Yəni ölkənin bir neçə yerində danışmaz əmlaka sahib olan direktorun özünün olduğu kimi övladlarının da əmrində bahalı avtomobillər xidmətkardır.
Hələ bu azmış kimi yaxın zamanlarda KİV-lərin birində «Qaçınkom” tərəfindən evlə təmin olunan ağdamlı məmurlar sırasında adı hallanırdı.
Bunu Laura xanımın «yuxarılarla” yaxın əlaqəsi olan Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovanın təşəbbüsü olduğunu xüsusi qeyd edir.
Göründüyü kimi. R.Məmmədovun işdən çıxarılması onun vəziyyətinə ciddi təsir edib. Köçkün qəsəbələrində məcburi köçkünlərin haqqı olan evlərdən birinə də Laura Ağayeva sahibələnib.
Halbuki xanım direktor özünə Bərdə şəhərində həmin evlərinin ən azı beşinin simeta dəyərində ev tikdirib.
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət