Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları » Bizimhedef.info
» » Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları

Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları

Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları















Gömrüyün sabiq "broker kralı" Əbülfəz Məlikovla bağlı redaksiyamıza yeni faktlar daxil olub. Belə ki, redaksiyamıza verilən xəbərə görə, zamanında gömrük sistemindən milyonlar əldə etmiş və hazırda "Gilan" Holdinqdə fəaliyyətini davam etdirən, lakin günü bu gün də böyük biznes şəbəkəsinə malik olan Əbülfəz Məlikov özünün biznes rəqiblərini sıradan çıxarmaqda pərgar olub.

Bu barədə məlumatlış mənbə redaksiyamıza danışır:

"Əbülfəz Məlikov iri gömrük məmurlarından bəzilərinə belə meydan oxuyacaq qədər qüdrətli idi. Onunla gömrükdə hesablaşmayan yox idi. Hətta vaxt olub ki, gömrüklə sıx təması olan sahibkarlardan bəziləri Əbülfəz Məlikovun qoçuları tərəfindən döyülüb də".

Mənbə bildirir ki, həmin sahibkarlar danışa bilmirlər: "Çünki bizneslərini davam etdirirlər. Amma iş hüquqi müstəviyə keçərsə, Akif Çovdarovun işi yalan olar. Əbülfəz Məlikov ondan da betər formada sahibkaralara divan tutub".

Qeyd edək ki, mənbə redaksiyamıza konkret adların yer aldığı məlumatları da təqdim edib. Həmin faktların əhatə olunduğu geniş materialımızı yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləyin...

Qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət