» » Ağdaşın icra başçısı özünü necə "yandırdı"... - İDDİA

Ağdaşın icra başçısı özünü necə "yandırdı"... - İDDİA

A
Ağdaşın icra başçısı özünü necə "yandırdı"... - İDDİA


zərbaycanda bəzi məmurların respublika qanunlarına tabe olmadıqları sirr deyil. Şəxsi mənafeləri naminə vəzifələrindən sui-istifadə edərək korrupsiya və rüşvətxorluqla yığdıqları milyonların hesabına özlərinə və qohum əqrabalarına biznes imperiyası quran bu məmurlar hətta bəzən dövlətin yürütdüyü siyasətə qarşı çıxırlar. Dövlətin yürütdüyü ideoloji siyasətə qarşı meydan oxuyan məmurlardan biri də Ağdaş RİH-nin başçısı Tofiq İbrahimovdu.

Qlobal.az-a verilən məlumata görə, Tofiq İbrahimov uzun illərdən bəri dövlətin büdcəsindən çırpışdırdığı milyonların hesabına respublikanın bir çox rayonlarında, o cümlədən paytaxt Bakıda özünə geniş biznes imperiyası yaradıbdır. Başçısı olduğu Ağdaş rayonunda bütün idarə müdirlərini aylıq hesaba otuzduran Tofiq ibrahimov vaxtının əksər hissəsini rayondan kənarda olur. Sözün əsl mənasında baş(çı)sız qalan Ağdaş isə problemlərin caynağında inildəyir.

Redaksiyamıza verilən məlumata görə, Tofiq İbrahimovun təyin etdiyi "summa”nı vaxtında çatdıra bilməyən idarə müdirlərinin həyatı "göy əskiyə bükülür”. Rayon rəhbərliyi tərəfindən daim ciddi təziqə məruz qalan "ərköyün” idarə və müəssisə rəhbərlərinin üzərinə "komissiyalar” axışmağa başlayır. Və beləliklə həmin "ərköyün” idarə müdirləri sonucda Tofiq İbrahimova "ləbbeyk” deməyə məcbur olurlar.

Ancaq deyəsən bu dəfə Ağdaş rayonunda "daş" "qaya"ya rast gəlib. Belə ki, rayonun bütün idarə müdirlərini ram eləməyi bacarmış Tofiq İbrahimov indi də rayonun Təhsil şöbəsinin müdiri Hürü Əliyevaya savaş açıb. Redaksiyamıza verilən informasiyaya görə, məsələnin ilginc tərəfi ondadır ki, Tofiq İbrahimovun göstərişi ilə Hürü Əliyeva Ağdaşda "persona non qrata” elan olunub. Deyilənə görə, Hürü Əliyavanın rayonda keçirdiyi heç bir tədbirlərdə nə başçının özü nə də RİH-nin nümayəndələri iştirak etmir.

Əldə etdiyimiz məlumata görə, dövlət maraqlarını daim şəxsi prionsiplərinə qurban verən Tofiq İbrahimov may ayının 7-də bütün karyerasını bitirəcək qədər ciddi siyasi səhvə yol verib.

Belə ki, may ayının 7-də Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Ancaq bu tədbirdə nə RİH-nin başçısı Tofiq İbrahimov nə də RİH-nin yuxarl vəzifəliləri iştirak etməyib. Deyilənə görə, Tofiq İbrahimovun göstərişi ilə Ulu Öndərin 93-cü ildönümü boykot olunub. RİH-nin rəsmiləri bu tədbirdə iştirak etməsələr də məlumata görə, tədbir baş tutub.

Redaksiyamızın əldə etdiyi məlumata görə, Tofiq İbrahimov sonrada çox böyük siyasi səhvə yol verdiyini anlayıb. Daim ətadfındakı insanlara hədsiz şübhə bəsləyən başçı deyilənə görə bu dəfə daha da gərgin vəziyyətdədir. Yol verdiyi bu siyasi səhvin ölkənin ali rəhbərliyinə çatdırılacağından ciddi narahatçılıq keçirir.

Sonda onu da qeyd edək ki, Azərbaycanın ən yaxın siyasi tarixində Tofiq İbrahimov kimi dövlət maraqlarını şəxsi prinsiplərinə qurban verən məmurlar az olmayıb. Bunları bir-bir sadalamağa ehtiyac görmürük. Görünən isə odur ki, bu siyahıya Tofiq İbrahimovun simasında daha biri əlavə olundu...

Mövzunu diqqətdə saxlayacağıq.

bizimhedef.info
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mədəniyyət