Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM » Bizimhedef.info
» » Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM

Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM

Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM















Artıq xeyli müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Arzu Rəhimovun yarıtmaz fəaliyyətindən bəhs edən məqalələr, bir çox media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Belə ki, dərc olunan məqalələrdə sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıların həqiqi hərbi xidmətə yola salınmaları, kifayət qədər elmili, bacarıqlı, hərbi sahənin sirlərini mükəmməl bilən zabit heyyətinin müəyyən adlar adı altında daşıdıqları vəzifələrindən azad olunmaları və s. haqda məlumatların yayımlanması onu göstərir ki, hal-hazırda adı çəkilən qurumda “bezpredel” mühit hökm sürməkdədir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bəzən Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun yerli şöbələri tərəfindən hərbi xidmətə yola salınan əsgərləri Müdafə Nazirliyi geri qaytarmalı olur. Bu da ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Əslində Müdafiə Nazirliyinin şəxsi heyyəti sağlam hərbiçilərdən ibarət olmalıdır və ordu sıralarında sağlam gənclər hərbi xidmət keçməlidirlər. Belə olan təqdirdə hərbçilər arasında xəstəliklərin sayı az olar və onlar öz xidməti borclarını daha sağlam şəkildə də yerinə yetirərlər.
Onu da bildirək ki, dərc olunan məqalələrdə daha çox xəstə çağırışçıların hərbi xidmətə çağırılmaları ilə bağlı məsələlərə toxunularkən, çox zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən faktların göstərilməsini israr edirlər. Odur ki, qarşı tərəfin israrlı tələbini nəzərə alaraq bəzi məqamlara toxunmağı özümüz üçün borc bildik. Məsələn, adicə bir faktı qeyd edək ki, GundemXeber.az-ın əldə etdiyi məlumatlara görə 2012-2013-cü illər ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Füzuli rayon idarəsində Şaiq Məmmədov rəis olarkən nə az, nə də ki, çox düz 28 nəfərdən çox şəxs müxtəlif maddələr əsasında “xəstə” çıxarılır və həqiqi hərbi xidmətdən yayındırılır. Onu da unutmaq olmaz ki, hər bir çağrışçı ilə bağlı addımlar atılarkən, qarşı tərəfin hər birindən 3 min manat “haqq-hesab” da alınır. Aşağıda isə, çoxsaylı oxucularımıza həqiqi hərbi xidmətdən yayındırılmış çağırışçılırın ümumi siyahısını təqdim edirik.

Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM














Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı belə bir məlumat da əldə etmişik ki, adı çəkilən qurumun hüquqşünası Rəşad Qasımov adlı şəxsdir. Hansı ki, bu şəxs vaxtilə Qaradağ rayonu ərazisində qarovulçu işləmiş və “Sanmarino” institundan (fəaliyyəti dayandırılmış) saxta yolla diplom almağa da müyəssər olmuşdur. Hal-hazırda o, SHXÇDX-nin hüquq şöbəsinə rəhbərlik edir. O da hər kəsə gün təki aydındır ki, bir çox məsələlərlə bağlı Müdafiə Naziri Zakir Həsənovla, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov arasında münasibətlər hələ də gərgin olaraq qalmaqdadır. Bunun da bir çox özəl səbəbləri var.
Bütün bunlardan əlavə onu da vurğulayaq ki, dəfələrlə dövrü mətbuatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun övladının həqiqi hərbi xidmətdə olmaması mövzusuna da toxunulub. Elə ki, belə bir mövzuya da toxunuldu, o halda cənab Generalın 1994-cü il təvəllüdlü övladı Murad Rəhimov hərbi xidmətə yola salınır. Məsələnin maraqlı tərəfi o olur ki, Murad Rəhimovun xidməti yeri Bakıda, özü də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birində müəyyənləşir. Belə bir addımın atılması, əslində çağırış qaydalarında nəzərdə tutulmuş “əxz ərazi prinsipi” ilə ziddiyyət təşkil edir. Çünki, həmin prinsipə görə çağırışçının hərbi xidmət yeri onun yaşadığı, qeydiyyatda olduğu ünvandan təqribən 100-120 km aralı olmalıdır.
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin olunduqdan sonra, adı çəkilən qurumdan uzaqlaşdırılan peşəkar zabitlərin müxtəlif yollarla bir çox vəzifələrə təyin olunmaları haqda da məlumatlar əldə etmişik. Məsələn, əldə etdiyimiz başqa bir məlumatlara görə Aydın Namazov heç bir səbəb olmadan Səfərbərlik Xidmətinin Qəbələ rayon idarəsindən azad olunur və həmin vəzifəyə Arzu Rəhimova olduqca yaxınlığı ilə seçilən şəxs təyin olunur. Belə bir təyinatdan sonra, dövrü mətbuatda bir çox açıqlamalar işıq üzü görür və əsas da o qeyd olunur ki, Xidmət rəisinin Qəbələ rayonunda tez-tez istirahət etməsi, məhz belə bir təyinatın verilməsində əsas rol oynayır. Başqa bir məlumatda o da qeyd olunur ki, Arzu Rəhimovun yaxın qohumu mayor Rəşad Kazımov xidməti uyğunsuzluqla bağlı Müdafiə Nazirliyindən təxris olunsa da, çox keçmir ki, o, Səfərbərlik Xidmətində işə götürülür. Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə təxris olunmuş digər bir şəxs, mayor rütbəli Mədət Abbasquliyev də baş idarədə işə götürülür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Şaiq Məmmədovun xidməti fəaliyyətinin yoxlanıldığı bir zamanda qəflətən onun baş idarəyə yüksək vəzifəyə təyin olunması isə, olduqca düşündürücü məsələlərdən biri olur.
Bir faktı da qeyd edək ki, ayrı-ayrı media qurumlarında son bir neçə aydır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə, Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev-3, m-14 ünvanda yaşayan məcburi köçkün İsmayilov Anar Süleyman oğlu tərəfindən ünvanlanan müraciətlər dərc olunmaqdadır. Həmin müraciətlərdə o, SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərindən bəhs edir. Məsələn, adı çəkilən şəxs qeyd edir ki, “Bu gün Arzu Rəhimov və onun müavini Zaur Abdullayev məni məhkəmə və digər orqanlarla təhdid edirlər ki, ayrı-ayrı instansiyalara ünvanladığım müraciətlərimə son qoyum. Mən heç cür başa düşə bilmirəm ki, ölkə rəhbəri cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə müraciət ünvanlamaq bəyəm cinayətdir? Çünki, hər iki vəzifə sahibi müraciətlərimi davam etdirəcəyim təqdirdə, məni həbs etdirəcəkləri ilə hədələyirlər”. Müraciət müəllifi onu da qeyd edir ki, “13 fevral 2012-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı və 2012-ci ilin may ayında şəxsi heyyət Müdafiə Nazirliyinin siyahsından çıxarıldı. Həmin vaxtlarda Müdafiə Nazirliyi tərəfindən Xidmətin şəxsi heyyətinə ödənilmiş pulları, məhz Arzu Rəhimov mühasibi Namiq Nuriyevlə əlbir olaraq mənimsədi. O, hətta bizə məxsus əmək haqqı kartlarına müdaxilə etdi və “Pinkod” olan hissəsini açığ şəkildə paylayaraq, bizə verilmiş pulları da mənimsədilər. İndi mən sual edirəm ki, görəsən Arzu Rəhimovun əmək haqqı nə qədərdir ki, o, son beş-altı il ərzində dəyəri milyonllarla ölçülən var-dövlətə sahib olub. Məsələn, bu şəxsin “Audio-8” son model olan avtomobilinin qiyməti 230.000 manatdır, Nərmanovdakı evinin, Teymur Əliyevdəki villasının, Fatmeyidəki qoşa bağlarının və digər mülklərinin hər birinin dəyəri, hətta milyon manatlarla qiymətləndirilir.

Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM










Görəsən bu şəxs son beş-altı ildə hansı işləri görüb ki, maliyyə yeyintisi olduqca çox göstərilir. Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin büdcə hesabatında qeyd olunur ki, səfərbərlik xidmətinin ştatdankənar işçilərinin əmək haqları 22.500 manatdır. O halda sual oluna bilər ki, həmin şəxslər kimlərdir? Yəqin ki, həmin vəsaitlər Arzu Rəhimovun bağ evinin gözətçilərinə, bağbanlarına ayrılan vəsaitlərdir. Yəqin ki, Səfərbərlik xidmətinin ştatdankənar işçillərinin siyahısı açıqlanarsa hər kəs, o cümlədən biz də ətraflı məlumat əldə edə bilərik”.
GundemXeber.az-a təqdim olunmuş hesabatda bildirilir ki, qurum tərəfindən ərzaq məhsullarının alınmasına 362.368 manat vəsait xərclənib. Görəsən həmin ərzaq məsulları kimlərə alınıb? Maraqlı deyilmi? Əldə etdiyimiz məlumatlara görə Arzu Rəhimovun mühasibi zəif olsa da, onun özü ayrılan vəsaitləri mənimsəməkdə hər zaman olduqca “ustalıq” nümayiş etdirib. Hesabatda o da qeyd olunur ki, vəsair xərslər üçün 350.000 manat, qeyri maddi aktivlər üçün 389.500 manat, invertarlar alınması üçün 230.000 manat, avadanlıqlar alınması üçün 100.000 manat, dəftərxana və təsərrufat xərcləri üçün 480.000 manat, məətbə xərcləri üçün 580.000 manat, dərman-sarğı ləvazımatları və materialları alınması üçün 761.646 manat və s. məbləğdə vəsaitlərin xərcləndiyi qeyd olunur. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, dövlət büdcəsindən Səfərbərlik Xidmətinə ayrılan vəsaitlərin hara, hansı məqsədlər üçün xərclənməsi aidiyyəti qurumlar tərəfindən dəqiq araşdırılsın, invertarlar hansı firmalardan alınır və alınan malların bugünkü bazar qiymətləri yoxlanılsın. Çatdırılan məlumatlarda o da qeyd olunur ki, Sumqayıt şəhər idarəsinin və Bakı şəhəri, Nizami rayon idarəsinin inzibati binalarına xərclənən vəsaitlər hesabına, bəlkə də 18 mərtəbəli bina tikmək olardı. İsmayıllı rayon idarəsinə məxsus inzibati binanın dam örtüyü, RİH-nin vəsaiti hesabına təmir olunsa da, baş idarədə belə bir fürsəti əldən vermirlər və külli miqdarda vəsaiti də mənimsəyirlər. Düz altı ildir ki, toplanış məntəqəsi tikilməkdədir, amma hələ də tikilib başa çatdırılmır. Tikilməkdə olan baş idarənin inzibati binası “bermud üçbucağı”na oxşasa da, hələ ki, bu tikintinin də başa çatdırılmasından söhbət gedə bilməz. Yəqin ki, sadaladıqlarımızın hər biri faktlara əsaslanır.
Bu günlərdə isə, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 12-ci küçə, ev-82 ünvanda yaşayan Qarayeva Rəmziyyə Əliş qızının media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə ünvanladığı müraciəti yayımlanıb. Şikayətçi müraciətində qeyd edir ki, “1998-ci il təvəllüdlü övladım Xankişiyev Elşən Vüqar oğlu 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Adı çəkilən qurumda oğlumun ayağındakı qüsura görə (sağ ayağının çeçələ barmağı dördüncü barmağın üstə bitmişdir) ona hər altı aydanbir hərbi-həkim komissiyasında müayinədən keçmək şərtilə möhlət vaxtı verilir. Oğlum hər il ona verilmiş möhlət hüququndan istifadə edirdi. Buna baxmayaraq, hər dəfə onun komissiyadan keçmək vaxtı çatarkən Abşeron rayon idarəsi rəisinin (şöbə rəsinin-red.) müavini Xəyyam Babayev bizdən müxtəlif məbləğlərdə, sonuncu dəfə isə 3 (üç) min manat məbləğində pul tələb etdi. Ona istənilən məbləği verməyəcəyimiz təqdirdə, o, bizimlə prinsipə girərək ovladımı hansı yolla olursa-olsun belə əsgərliyə göndərəcəyini bildirdi. Məsələnin maraqlı tərəfi o oldu ki, biz istənilən məbləği ona verə bilmədik, o halda oğlumu başqa bir həkimin müayinəsinə göndərdilər. Həmin həkim də oğlumun şikəstliyini təsdiq etmək üçün bizdən 1500 (bir min beş yüz) manat məbləğində pul istədi. İmkansızlıq ucbatından 1500 manatı da verə bilmədik və belə olan halda Elşən Xankişiyevi hərbi xidmətə yolla saldılar. Hazırda o, “N” saylı hərbi hissədə xidmət edir və ayağındakı şikəstlik səbəbindən əzab-əziyyət çəkməkdədir…”


Arzu Rəhimov ona göstərilən etimadı belə doğruldur... - İTTİHAM












Əslində Rəmziyyə Qarayeva üz-üzə qaldığı problemin varlığını KİV vasitəsilə ictimailəşdirməklə ona ümid edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsində yaşananlar aidiyyəti qurum rəhbərlərinin diqqətini cəlb edəcək və problemlərin həlli istiqamətində əməli addımlar da atılacaq. Düzdür, bu problemin mahiyyəti haqda lazımınca məlumatlı olmasaq da, ümumi söylənilənlər əsasında belə bir qənaətə gəlmişik ki, bu gün nəinki SHXÇDX Abşeron rayon idarəsində, hətta digər idarələrdə də oxşar ab-hava yaşanmaqdadır. Bütün bunlar da onu söyləməyə əsas verir ki, hazırda Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda rüşvətxorluq və korrupsiya halları tüğyan etməkdədir. Onu da bildirək ki, xəstə çağırışçılar hesabına ümumi siyahını dolduran SHXÇDX ilə bağlı artıq əməli addımların atılması üçün zaman çoxdan çatıb. Yoxsa...
GundemXeber.Az
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət