Bədən Tərbiyəsi və İdman Akademiyasında yeməkxana korrupsiyası - təfsilat » Bizimhedef.info
» » Bədən Tərbiyəsi və İdman Akademiyasında yeməkxana korrupsiyası - təfsilat

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeməkxana korrupsiyası - təfsilat

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeməkxana korrupsiyası - təfsilat


Yeni rektor təhsil ocağında kiçik bir yerin təmiri üçün 340 min manata yaxın pul silib

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıbmış. Politika.Az xəbər verir ki, rektor Fuad Hacıyev elə ilk gündən keçmiş rektor Ağacan Əbiyevin yolunu getməyə başlayıb.

Belə ki, yeni rektor qısa müddətdə dövlət büdcəsindən ayrılmış pulları elə şeylərə sərf edib ki, bu gün həmin işləri görməyə bir o qədər gərək yoxdur. Xüsusən də ayrılan vəsaitin həcmi onu deməyə əsas verir ki, məqsəd təkcə təmir deyil, həm də pul qazanmaq niyyəti güdüb. Məsələn, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pulun ayrılması kifayət qədər şübhəlidir. Politika.Az xəbər verir ki, birinci dəfə 119768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və prosesi «Kleon» MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci tranş ayrılıb. «Sapfir» MMC-nin qalibi olduğu tender üçün ayrılmış vəsait 117229 manat təşkil edib.

Amma Fuad Fuad Hacıyevin ürəyi bununla da soymayıb. Üçüncü dəfə eyni məqsədlər üçün pul ayrılmasına nail olub. «Puta-2015» MMC tərəfindən həyata keçirilən yeməkxananın təmir işlərinə 103479 manat ayrılıb. Aydın məsələdir ki, bir yeməkxananın təmiri üçün 340 min manatın ayrılması kifayət qədər şübhəlidir. Və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanası nə boydadır ki, bu qədər vəsaitə təmir olunub?

Politika.Az bildirir ki, akademiyada oxuyanlardan imtahanpulu yığılmasından əldə edilən gəlirlər görünür, rektora az gəlib. Ona görə də, belə bir varianta əl ataraq, daha böyük gəlir əldə etməyə çalışıb. Əks təqdirdə, həcmi elə də böyük olmayan yeməkxana üçün 340 min manata yaxın pulun ayrılmasına rəvac verməzdi.

Bəzi mənbələr isə bildirirlər ki, Fuad Hacıyevin belə bir addım atması ilk nağdlaşdırma əməliyyatıdır. Yəni, o, pul qazanmaq üçün yeməkxana təmiri adı altında büdcədən pul çıxarıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

bizimhedef.info
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət