» » Dəf çalan, soğan-kartof satan baş həkim – Canpolad İmanov

Dəf çalan, soğan-kartof satan baş həkim – Canpolad İmanov

Dəf çalan, soğan-kartof satan baş həkim – Canpolad İmanov


«Doktor Canpolad Klinikası»nda vergidən yayınma hallarına yol verilir «Şah Məkan» şadlıq sarayı, kənd təsərrüfat mallarının satışı dükanının sahibi və Hidayət Mustafayev hansı əməllərə imza atır? 5 ildən artıqdır ki, fəaliyyət göstərən və bu müddət ərzində həm paytaxt sakinlərinin, həm də ölkənin digər vətəndaşlarının müayinə və müalicəsi zamanı insanların səhhətinin daha da ağırlaşmasına səbəb olan, külli miqdarda vəsaitin qarşılığından belə, lazımı tibbi xidmət göstərməyən «Doktor Canpolad Klinikası»nın fəaliyyəti müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Belə ki, bunun vacibliyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, adıçəkilən tibb müəssisəsinin sahibi, eyni zamanda baş həkimi Canpolad Teyuf oğlu İmanov tibb sahəsinə sonradan gəlib. Onun əvvəllər dəf çalan olduğunu, tibb sahəsinə sonradan baş vurduğunu iddia edən mənbənin sözlərinə görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68 ünvanında yerləşən «Doktor Canpolad Klinikası»nda indiyədək çoxlu sayda insanın ümidləri puç olub: «Deyilənlərə görə, müxtəlif telekanallarda durmadan özünü və sahibi olduğu klinikanı reklam edən, lakin bir o qədər də peşəkar tibb işçisi kimi xarakterizə olunmayan Canpolad İmanov əvvəllər dəf çalan olub, tibb sahəsinə sonradan baş vurub. Onu da nəzərinizə çatdırım ki, Canpolad İmanovun bundan əvvəl «Laçın» klinikasının baş həkimi olub. Eyni zamanda o, bir müddət öncəyə kimi «URUD» adlı klinikaya rəhbərlik edib. Lakin həmin klinikanın fəaliyyətinə son verildikdən sonra Canpolad İmanov «Doktor Canpolad Klinikası»nı açıb. Bildirilir ki, baş həkim həm «Laçın» klinikasında çalışdığı dönəmlərdə, həm də «URUD» və «Doktor Canpolad Klinikası»nda övlad həsrətilə ona müraciət edən insanlara kələk gəlib, onların etibarından sui-istifadə edib, vətəndaşları külli miqdarda ziyana salıb». Beləliklə, o zamanlar «URUD» Androloji Tibb Mərkəzinin müxtəlif telekanallar vasitəsilə durmadan reklam olunduğunu xatırladan məlumatlı şəxs qeyd edir ki, Canpolad İmanov sonsuzluğa qarşı mübarizədə sırf androloji aparatların köməyi ilə birbaşa infeksiya mərkəzinə dərmanların vurulasından, immun sisteminin bərpasına yönəlik tədbirlərdən, prostat vəzidə yaranan şirə durğunluğunun, sinirlimfa dövranının durğunluğunun götürülməsindən və digər mütəəqqi metodlardan ağızdolusu danışsa da, əslində o, ixtisasca terapevt-androloq deyil, yalnız terapevtdir: «Deyilənlərə görə, Canpolad İmanovun xidmətindən yararlanan pasientlər tibbi xidmətin nəticələrinə görə dünyaya gələn övladlarının həqiqətən də, onlara məxsus olub-olmadığına əmin olmaları üçün mütləq DNT testindən keçməlidirlər. Bildirilir ki, özünü şeyx nəslinin nümayəndəsi kimi təqdim edən Canpolad İmanovun fəaliyyətində şübhəli məqamların olması səbəbindən bu addımı atmaq olduqca zəruridir. Hə bu, harasıdır. O da qeyd olunur ki, «Doktor Canpolad Klinikası»nın nümunəvi vergi ödəyicisi olması da ciddi şübhə doğurur. Şübhələri artıran əsas səbəb isə baş həkim Canpolad İmanovun paytaxtın Rəsulzadə qəsəbəsindəki dəbdəbəli evi, bahalı xarici maşını və malik olduğu digər maddi sərvətlərdir». Bu arada, adıçəkilən klinikanın baş həkiminin mal varlığından söz düşmüşkən, əldə etdiyimiz bilgilərə görə, həmin tibb müəssisəsinin yaxınlığında yerləşən «Şah Məkan» şadlıq sarayı, eyni zamanda kənd təsərrüfat mallarının topdan və pərakəndə satışı dükanı da Canpolad İmanova məxsusdur: «Deyilənlərə görə, o, «Doktor Canpolad Klinikası»ndan əldə etdiyi vəsaiti biznesə yatırıb və vaxtının böyük bir hissəsini bu işə sərf edir. Belə ki, klinikanın yaxınlığındakı «Şah Məkan» şadlıq sarayı, həmçinin kənd təsərrüfat mallarının topdan və pərakəndə satışı dükanı Canpolad İmanova məxsusdur. Məhz elə bu səbəbdən də o, əsasən Bakıxanov qəsəbəsi sakinləri tərəfindən tibb işçisi, baş həkim kimi deyil, məhz soğan-kartof satan birisi kimi tanınır. Məsələnin maraqlı tərəfi ondadır ki, külli miqdarda aylıq gəliri olmasına baxmayaraq, Canpolad İmanov qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəmir». Yeri gəlmişkən, «Doktor Canpolad Klinikası»nın baş həkiminin müavini, androloq Hidayət Mustafayevin Canpolad İmanovun sağ əli olduğunu vurğulayan mənbə bildirir ki, baş həkim hansı tibb ocağına gedirsə onu da özü ilə birlikdə aparır: «Deyilənlərə görə, klinikanın baş həkiminin sonsuz etibar etdiyi Hidayət Mustafayev daha əvvəl çalışdı¬ğı təcili tibbi yardımda, QİCS-lə mübarizə mərkəzində, o cümlədən Qaradağ rayonundakı 32 saylı poliklinikada özünü doğrultmayıb. Bir sözlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Canpolad İmanov və onun ən etibarlı adamı olan Hidayət Mustafayev peşəkar, təcrübəli tibb işçisi olmadıqlarından pasiyentləri müalicə etmək barədə deyil, daha çox gəlir götürmək haqda düşünürlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

bizimhedef.info
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət