Arzu Rəhimovun daha bir adamına ittiham » Bizimhedef.info
» » Arzu Rəhimovun daha bir adamına ittiham

Arzu Rəhimovun daha bir adamına ittiham

Arzu Rəhimovun daha bir adamına ittiham


SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyev şəxsi maraqları üçün işləyir Hərbi Prokurorluğun əməkdaşları burda yoxlama aparsalar, korrupsiya faktlarının üstü açıla bilər Müharibə şəraitində olan bir ölkədə hərbi sahədə rüşvətxorluq və korrupsiya hallarının olması ən acınacaqlı durum hesab olunmalıdır. Dövlət başçısının əsas hədəfinin işğal altında olan torpaqların azad olunması olduğu halda, bəzi məmurlar hərbi sahəni şəxsi gəlir mənbəyinə çeviriblər. Qanuna zidd işlərin cərəyan etdiyi qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir (SHXÇDX). Qeyd edək ki, hərbi komissarlıqların ləğvindən sonra bu sahədə müsbət dəyişikliklərin olacağına ümidlər var idi. Lakin yeni yaradılan xidmətin rəhbərliyi ümidləri doğrulda bilmədi. Məsələ burasındadır ki, dövlət xidmətinin yaradılmasından 4 il keçsə də, xidmət rəisi, general-leytenant Arzu Rəhimov bu günə qədər rəhbəri olduğu qurumun fəaliyyətində hələ ciddi nizam-intizam, dönüş yarada bilməyib. Mətbuatda yazılanlara görə, yaradıldığı dövrdən indiyə qədər dövlət xidməti onlarla xəstə gəncin ölümünə səbəb olub. Dəfələrlə müxtəlif məlumatlarda bildirildiyi kimi, dövlət xidmətinin yerlərdəki şöbələrində hərbi-həkim komissiyasından keçən gənc çağırışçılar xəstəlikləri olduqları halda, sağlam kimi qeydiyyatdan keçiriliblər. Çağırışçılar hərbi xidmətə yollanandan sonra onların bir çoxunda ağır xəstəliklər özünü büruzə verib. Elə buna görədir ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları xidmətin yerli şöbə və idarələrində tez-tez yoxlama aparır, korrupsiya faktlarını aşkara çıxarırlar. Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, xidmətin Kürdəmir rayon şöbəsində də araşdırılması vacib olan hallar mövcuddur. İddialara əsasən, şöbənin rəisi, polkovnik Həbib Əliyev rayonda hərbi çağırış sistemini bərbad vəziyyətə salıb: «Şöbə rəhbərliyi və digər vəzifəli işçilər hərbi xidmətdən yayınmağa meylli olan gənclərə saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çeviriblər. Xidmətin Kürdəmir rayon şöbəsində sağlam çağırışçıların müxtəlif yollarla ordudan yayındırılması halları adiləşib. Hazırda sözüedən qurumda hərbi bilet əldə etmək, sağlam gənclərin həqiqi hərbi xidmətdən uzaqlaşdırılması, yaxud hərbi xidmətdən möhlət hüququ alması o qədər də çətin məsələ deyil. Bunun üçün sadəcə Həbib Əliyevin maraqlarını təmin etmək kifayətdir. Şöbədə hər işin öz qiyməti var. Məsələn, çağırışçı bir çağırış möhlət hüququ almaq istəyirsə, bunun üçün şöbə rəhbərliyinə 500 dəfə minnətdarlığını bildirməlidir. Hərbi xidmətdən 1 il möhlət hüququ almaq istəyənlər isə rəisə 2000 dəfə minnətdarlıq etməlidir». Qeyd edək ki, iyul ayının 1-dən etibarən çağırış gününədək 18 yaşı tamam olmuş, habelə sərəncamda nəzərdə tutulmuş Azərbaycan Respublikasının digər vətəndaşları müddətli həqiqi hərbi xidmətə yollanacaqlar. Bizə verilən məlumata görə, çağırışçılar artıq indidən hərbi-həkim komissiyasından müayinədən keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə üz tuturlar: «Bəzi çağırışçılar artıq işlərini həll ediblər. Tam sağlam olan, lakin Vətənin keşiyində dayanmaq istəməyən gənclərin valideynləri rəislə və ya bu işə təhkim olunmuş vəzifəli şəxslə danışaraq müəyyən «tələb»lərin müqabilində istəklərinə nail olurlar. Şöbə rəisinin özbaşına əməlləri sayəsində bu günə kimi yüzlərlə çağırışçı müxtəlif bəhanələrlə həqiqi hərbi xidmətdən yayındırılıb. Rəis hərbi xidmətə yararsız çıxarmaq istədiyi çağırışçıları öncədən əlaqə yaratdığı xəstəxanalara göndərir. Həmin tibb müəssisələrində şöbənin hərbi-həkim komissiyasının müəyyənləşdirdiyi «xəstəlik» eynilə təsdiqlənir. Həmin diaqnoz əsasında isə sağlam çağırışçılar «niqodnıy» hərbi biletə sahiblənirlər. Şöbə rəisi həmin çağırışçıların əvəzinə isə həqiqətən xəstə və imkansız gəncləri ordu sıralarına göndərir». Göründüyü kimi, SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin rəisi ilə bağlı kifayət qədər ciddi ittihamlar səsləndirilir. Odur ki, xidmətin rəhbərliyi, eləcə də Hərbi Prokurorluğun əməkdaşları vaxt itirmədən bu şöbədə yoxlamalara başlamalıdır. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
bizimhedef.info
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət