» » "Doktor Canpolad Klinikası"nda fırıldaq - ŞİKAYƏT VAR

"Doktor Canpolad Klinikası"nda fırıldaq - ŞİKAYƏT VAR

"Doktor Canpolad Klinikası"nda fırıldaq - ŞİKAYƏT VAR


2011-ci ildə fəaliyyətə başlayan «Doktor Canpolad Klinikası» və onun baş həkimi androloq Canpolad Teyuf oğlu İmanovun adı müxtəlif vaxtlarda mətbuatın əsas tənqid hədəflərindən birinə çevrilib. Bunun əbəs yerə baş vermədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada qeyd olunur ki, Canpolad İmanov indiyədək çoxlu sayda insanın ümidlərini puça endirib, onları xeyli xərcə salsa da, dərdlərinə çarə ola bilməyib.

Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68 (Bakıxanov Ticarət Mərkəzi tərəf, «Arzu» şadlıq evinin arxası) ünvanında yerləşən «Doktor Canpolad Klinikası»nda qarın boşluğu orqanlarının, sidik-ifrazat sistemi orqanlarının, qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulometriya (transabdominal və transvaginal), süd vəzilərinin, kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayaların, endokrin sistem: süd vəzisinin, qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas, yumurtalıqların, ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumaların və exokardioqrafik ultrasəs müayinəsinin, o cümlədən dölün USM-inin həyata keçirildiyini bildirən mənbənin sözlərinə görə, təxminən 3 il bundan əvvəl həkim səhlənkarlığının qurbanı olduğunu iddia edən İsmayıllı rayonu, Kürdmaşı kənd sakini Tünzalə İsmayılova qeyd edib ki, telekanallardakı reklamları görəndən sonra sonsuzluq problemi ilə bağlı «Laçın» klinikasına müraciət edib: «Məlumat üçün bildirək ki, Canpolad İmanov o zaman adıçəkilən tibb müəssisəsinin baş həkimi olub. O, Tünzalə İsmayılovanı qəbul edib və deyib ki, müayinədən sonra problemin həll olub-olunmadığını dəqiq biləcək. Deyilənlərə görə, ilkin müayinə 800 manata başa gəlib. Ondan sonra baş həkim uşağın olacağına tam zəmanət verib. 02.05.2011-ci tarixindən 30.06.2011-ci il tarixədək Tünzalə İsmayılova klinikada təyin olunmuş bütün müalicələri qəbul edib. Arada klinikanın genekoloqu Lalə xanıma xəstənin qohumları xəbərdarlıq edir ki, başqa xəstəxanada «UZİ» müayinəsi zamanı Tünzalənin süd vəzlərində kiçik şişlər aşkarlanıb. Bəs sonsuzluqdan müalicə fəsad verə bilərmi? Lalə xanım xəstənin qohumlarını sakitləşdirir ki, bu adi haldı, heç bir fəsad ola bilməz. Nəticədə sonsuzluğa görə müalicə İsmayılovlar ailəsinə 5 min manatdan yuxarı başa gəlir. Bu pulun 2580 manatı klinikanın kassasına ödənilib. Qalanı isə reseptlərə və həkimlərə verilib. Lakin müalicənin heç bir xeyri olmayıb. Məsələnin maraqlı tərəfi ondadır ki, Canpolad İmanov Tünzalə İsmayılovaya övladının olacağına dair söz versə də sonda «Allah vermədi, olmadı da» deməklə kifayətlənib». Məlumatlı şəxs qeyd edir ki, uşaq olmaması bir yana, klinika həkimlərinin səhlənkarlığı ağır nəticə verib: «Belə ki, xəstənin süd vəzlərindəki şişlər fəsad verməyə başlayıb. Nəticədə Tünzalə İsmayılova 08.07.2011-ci il tarixdə Milli Onkologiya İnstitutunda əməliyyat olunub. Canpolad İmanov isə xəstəyə dəymiş maddi və mənəvi ziyanı ödəməkdən boyun qaçırıb».
//Gundelik-baku.com

bizimhedef.info
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət