» » Kəndliləri təhqir edən deputat Adil Əliyevin menyusuna korrupsiya faktları - Şok təfərrüat

Kəndliləri təhqir edən deputat Adil Əliyevin menyusuna korrupsiya faktları - Şok təfərrüat

Kəndliləri təhqir edən deputat Adil Əliyevin menyusuna korrupsiya faktları - Şok təfərrüat














Deputat Adil Əliyev Almaniyada keçirdiyi görüşdə həmkarı Hadı Rəcəblisayağı çıxış edib

Millət vəkili kəndliləri tənbəllikdə günahlandırıb.

Onun sözlərinə görə, bəzən insanlar zəhmətə qatlaşmaq istəmir: “Kənddə yaşayanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmir.

Deyirlər ki, neft var biz də pulu verilsin. Halbuki, dövlət bu sahənin inkişafı üçün addımlar atır. İnsanlar bir az zəhmətə qatlaşmalıdır”.

A.Əliyev problemin kökünə toxunmaq əvəzinə, yoxsul kənd camaatını işləmək istəməməkdə, neft puluna göz dikmək ittiham edir.

Hərgah, deputat neft pullarına kimlərin göz dikdiyini, kimlərin sovurduğunu yaxşı bilir. A.Əliyev kəndlilərin qarşılaşdığı problemləri dilə gətirməliydi.

Keçmiş nazir Heydər Əsədovun dövründə mənimsənilən subsidiyalar, əkin sahələrinin və pay torpaqlarının məmurlara satılması, aqrolizinq sahəsində yeyintilər, fermerlərin üzləşdiyi çətinliklər, texnika və suvarma çatışmazlığı, artezian quyuların od qiymətinə satılması hələ də həllini tapmayıb.

Amma deyəsən, A.Əliyevin bu məsələlərdən ya xəbəri yoxdur, ya da digər həmkarları kimi günahı xalqda, vətəndaşlarda görməkdədir.

Azərbaycan iqtisadiyyatı bu gün demək olar ki, tamamilə neftdən asılı durumdadır. Dövlət səviyyəsində qeyri-neft sektorunun inkişafına dəstək üçün müxtəlif layihələr həyata keçirilməsinə, güzəştlər tətbiq olunmasına baxmayaraq bu sahədə ciddi bir dəyişiklik müşahidə olunmur.

Xüsusilə, tarixən kənd təsərrüfatının yaxşı inkişaf etdiyi ölkəmizdə indi vəziyyət heç də ürəkaçan deyil. Nə qədər güzəştlər tətbiq olunsa da kənd təsərrüfatı hələ ki, bərbad durumda qalmaqdadır.

Bunun əsas səbəbi isə bu sahədə hökm sürən dəhşətli korrupsiya faktlarının olmasıdır. Dövlət tərəfindən ayrılan subsidiyalar, yardımlar əksər hallarda əsl sahiblərinə çatmır, məmurlar tərəfindən mənimsənilir.

Heç kimə sirr deyil ki, ölkədə əkilən torpaq sahələrinin sahəsi heç də sənədlərdə göstərildiyi qədər deyil.

Yerlərdə əkilən torpaqlara ayrılan subsidiyaları mənimsəmək üçün əkilən torpaqların sahəsi şişirdilir, milyonlarla manat dövlət vəsaiti məmurlar tərəfindən talanır.

Fermerlərə təklif olunan güzəştli kreditlərin verilməsi prosesində şəffaflıq gözlənilmir, “şapka” prinsipi tətbiq olunur. Nəticədə kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu ildən-ilə aşağı düşür.

Kənd təsərrüfatı sektorunu çökdürən korrupsiya halları kəndlinin əlini torpaqdan soyudub, ölkə bazarları xaricdən gətirilən keyfiyyətsiz məhsullarla doldurulur.

Dəfələrlə dövlət tərəfindən korrupsiyaya qarşı mübarizə kampaniyası başladılsa da hələ ki, dəyirman bildiyini etməkdədir, çax-çax baş ağrıdır.

FİA.Az-ın verdiyi xəbərə görə, hələ iki il əvvəl "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu Ağcabədi və Beyləqan rayonlarında apardığı araşdırma zamanı bu sahədə ciddi maliyyə fırıldaqlarının üstünü aşmışdı.

O zaman məlum olmuşdu ki, subsidiya adı altında yerli məmurlar külli miqdarda büdcə vəsaitini mənimsəyirlər.

Hətta biznes və sahibkarlıq faəliyyəti qanunla qadağan edilən məmurların belə iri məbləğdə subsidiya aldıqları üzə çıxarılmışdı.

Təəssüf ki, o zaman həmin məlumatlar Kənd Təsərrüfatı Nazirliyinə göndərilsə də, heç bir xeyri olmadı.

Əksinə, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələri qalaq-qalaq sənədlə həmin araşdırmadakı məlumatları təkzib etməyə çalışdılar. Halbuki o zaman ciddi tədbirlər görülsəydi, vəziyyyət bu həddə çatmazdı.

"Aqrolizinq"in yerli bölmələrinin ilk saxtakarlığı və korrupsiya hallarına yol verməsi faktı deyil. “Aqrolizinq” ASC-nin bir sıra regional nümayəndəliklərinin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan rayon bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlar və çatışmazlıqlar var.

Təsadüfi deyil ki, hər il əkin-biçin mövsümündə fermrlər texnika və digər avadanlıqlar baxımından əziyyət çəkirlər, nəticədə məhsul elə tarladaca məhv olub gedir.

Məlumatlarda bildirilir ki, “Aqrolizinq” ASC-nin balansında 2500-dən çox kombayn var və onların əksəriyyəti köhnə olduğu üçün tələbatı ödəmir.

Mütəxəssislər bildirir ki, mövcud təlabata uyğun olaraq ölkədə ən azı 6 minədən çox kombayn olmalıdırsa, işin düzgün qurulmaması səbəbindən texnika çatışmamazlığı hər il özünü daha bariz göstərir.

Rüşvət və korrupsiya məskəninə çevrilən aqrolizinqlər kəndlilərə əlavə problem yaratmaqdan başqa bir işə yaramır.

Ölkəyə xaricdən gətirilən texnika və avadanlıqlar fantastik qiymətlərə sənədləşdirilir, fermerlər üçün əlçatmaz məbləğə təklif olunur.

Yarandığı vaxtdan xaricdən gübrə gətirilməsi ilə məşğul olan ”Aqrolizinq” hələ də təlabatın çox cüzi hissəsini təmin edir.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, təkcə bir rayonda “gübrə satışından” 1 milyon dollar vəsait mənimsənilir.

Fermerlərə baha, hətta bəzi hallarda məcburi qaydada satılan bu gübrələrin isə keyfiyyəti çox aşağı olduğu üçün istifadəyə yararsız olur.

Köhnə texnikanı, vaxtı keçmiş gübrələri yeni adı ilə almaq sahəsində “Aqrolizinq” ASC xüsusilə məharət sahibidir.

Ölkədə “Aqrolizinq” ASC-nin əhatəli struktur bölmələri fəaliyyət göstərsə də yerli sahibkarların fəaliyyətini stimullaşdırmaq istiqamətində işlər görülmür.

Bu gün 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri var.

Ancaq fermerlərə lizinq yolu ilə verilən və satılan texnika rüşvətlə təklif olunur, sahibkarlara süni maneələr yaradılır.

“Aqrolizinq” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsi üçün yanacaq və motor yağlarına görə ayrılan milyonlarla manat vəsaitin də mənimsənilməsində xüsusi strategiyaya malikdir.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət