» » Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? – Rektor öz vədinə xilaf çıxdı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? – Rektor öz vədinə xilaf çıxdı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? – Rektor öz vədinə xilaf çıxdı
















19 iyun 2018-ci il tarixində Rubrika.az saytında “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kütləvi narazılıq” başlığı ilə çap edilən yazı geniş rezonans doğurub. Bir daha xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının bir qrup müəlliminin müraciəti əsasında hazırlanmış yazıda kafedra müdiri Sevinc Babayeva barəsində tənqidi fikirlər yer alıb.
Rubrika.az saytına müraciət edən şikayətçilər Sevinc Babayevanın kafedraya düzgün rəhbərlik etmədiyini, öz əməlləri ilə kütləvi narazılıqlar formalaşdırdığını bildirirməklə onu öz işinin mahiyyətini dəqiq bilməməkdə, nəticədə onun rəhbərliyinin kafedranın bütün fəaliyyətini iflic etdiyini göstəriblər. Şikayətçilər S. Babayevanı ümumi işin ziyanına addımlar atmaqda, müəllimlərin fikirlərinə məhəl qoymamaqda, yalnız öz bildiyini etməkdə ittiham edirlər.
Şikayətdə həmçinin bildirilir ki, S. Babayevanın təyinatının ilk günlərindən kütləvi narazılıqlar başlanmasına, kafedranın demək olar ki, bütün müəllimlıəri ayağa qalxaraq bu təyinata etiraz etməsinə rəğmən indiyə qədər rektor Mustafa Babanlı tərəfindən dəfələrlə vəd verilməsinə baxmayaraq heç bir tədbir görülməyib.
Şikayət Rubrika.az saytında dərc olunandan dərhal sonra-21 iyun tarixində S. Babayeva redaksiyamıza zəng edərək guya yazıya mövqe bildirmiş, əslində isə əməkdaşlarımızı təhdid edərək özünün şərəf və ləyaqətinin alçaldıldığını iddia etmişdi. ? Sevinc xanıma öz mövqeyini ifadə etmək təklif olunsa da əsəbi halda bundan imtina edərək “sizinlə polemikaya getməyəcəyəm” deyərək bizi məhkəmə ilə hədələdi.
Yuxarıda bəhs etdiyimiz yazılardan sonra redaksiyamıza Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən yenidən çoxsaylı şikayətlər daxil olub. S. Babayeva bizə zəng edərək iddia edirdi ki, kafedranın əməkdaşları ayağa qalxaraq redaksiyamızı az qala daş-qalaq etmək həddindədirlər. Amma redaksiyamıza universitetdə-konkret olaraq "İstilik energetikası mühəndisliyi" kafedrasında baş verənlərlə bağlı yeni-yeni faktlar daxil olub.
Rubrika.az saytına müraciət edən şikayətçilər bildirirlər ki, S. Babayeva kafedranın fəaliyyətini öz yarıtmaz işi nəticəsində tamamilə iflic edib. Kafedranın əməkdaşı olan elmlər namizədi Rəşidə xanıma heç bir əsas olmadan nədənsə dərs tapılmır. 3 xarici dil bilən Rəşidə xanımı kafedradan uzaqlaşdırmağa müvəffəq olan S. Babayeva onun müraciətlərinə cavab vermir. Ümumiyyətlə S. Babayevanın “kriteryalarına” cavab verməyənlərə kafedrada dərs tapılmır. Cahan müəllimə də S. Babayevanın “dərs bölgüsündən” kənarda qalıb. Kafedrada onun ixtisasına uyğun dərs olduğu halda kafedra müduru Cahan xanımı da kənarlaşdırmağa müvəffəq olub.
Şikayətçilər bildirirlər ki, təcrübəli müəllimləri kafedradan uzaqlaşdıran S. Babayeva onun “maraqlarına cavab verən” gənc magistrləri ətrafına toplayır. Nazim və Rəşad adlı magistrlər S. Babayevanın kafedrada ən “inanılmış” adamlarıdır. Kafedrada illərlə çalışan, püxtələşən təcrübəli müəllimlər, alimlər olmasına baxmayaraq magistrlər diplom yoxlamalarında, digər vacib işlərdə əsas rol oynayırlar. Ümumiyyətlə kafedrada çalışan müəllimlərin böyük əksəriyyəti S. Babayeva tərəfindən sıxışdırılır, digər kafedralara keçməyə məcbur edilirlər.
Şikayətçilər bildirirlər ki, bu barədə ilk dəfə universitetin rektoru M. Babanlıya müraciət edəndə o, S. Babayevaya “ikinci dəfə belə hal baş verərsə işdən çıxarılacaqsan” deyə tapşırıq vermişdi. Maraqlıdır ki, belə hallar ikinci, üçüncü, dördüncü... dəfə baş versə də M. Babanlı verdiyi vədi yerinə yetirməyib. Nədənsə rektor S. Babayevaya toxunmasa da kimya kafedrasında bir il ərzində 3 dəfə dekan dəyişdirilib. Analoqu olmayan belə idarəetmə nəticəsində informatika kafedrasında da bir ildə 3 dəfə kafedra müdiri dəyişdirilib. Bir ildə digər kafedralarda 3 dəfə dekan, kafedra müdiri dəyişildiyi halda "İstilik energetikası mühəndisliyi" kafedrasında 3 ildə bir kafedra müdiri dəyişmək mümkün olmayıb. Bütün kafedra əməkdaşlarının şikayətlərini nəzərə almayan M. Babanlı universitetin nüfuzunu nəzərə almırmı? Beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edən bir universitetin maraqlarının bir nəfərə qurban verilməsi böyük narahatlıq doğurur.
Şikayətçilər ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova müraciət edərək vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər. Universitetin rektoru M. Babanlı bütün tələblərə, etirazlara baxmayaraq S. Babayevanı müdafiə etməkdə davam edir. Savadlı kadrlar, müəllimlər digər universitetlərə, ən yaxşı halda isə başqa kafedralara keçməyə məcbur qalırlar. Müraciət müəllifləri bildirirlər ki, onların tələblərinə məhəl qoyulmazsa, yeganə çıxış yolu kimi mətbuat konfransı keçirərək Prezidentə müraciət edəcəklər. Çünki illərdir ki, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinin alimlərinin müraciətlərinə, şikayətlərinə məhəl qoyan yoxdur. Təhsil naziri C. Bayramovun tezliklə məsələyə müdaxilə edəcəyinə inanan şikayətçilər nəhayət ki, onların da haqq səsinin eşidiləcəyi günü gözləyirlər.
Rubrika.Az
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət