» » Tərtərçay Hidroqovşağı İdarəsində 344 “işçi” necə saxlanır? - Maxinasiya...

Tərtərçay Hidroqovşağı İdarəsində 344 “işçi” necə saxlanır? - Maxinasiya...

Tərtərçay Hidroqovşağı İdarəsində 344 “işçi” necə saxlanır? - Maxinasiya...













Tərtərin əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi

FİA.Az-ın məlumatına görə, Qarabağ müharibəsindən sonra idarənin işləri çətinləşdi. Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir. Necə etdiyi göz qabağındadır...

Belə ki, Cümşüdovun Tərtər çayının suyundan pul çıxardığını rayonda bilməyən yoxdur. İdarə rəisi “ölü can”lardan tutmuş, maaşı kartı mənimsəməyə qədər ittiham edilir.

Ölkədə kütləvi işsizlik olduğu halda Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin ştat cədvəli üzrə 344 işçisi göstərilir.

Onlardan dondurulmuş əmək haqqı alan işçilərin sayı 180 nəfərdir. İdarənin əsas fəaliyyət növü əkin sahələrinin suvarılmasını həyata keçirməkdir.

İdarənin su mənbəyi Tərtər çayıdır. Balans dəyəri 28.758.584 manat olan idarənin xidmət etdiyi rayonlar isə Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədidir.

Hidroqovşağa həcmi 600 milyon keb metr olan Sərsəng Su Anbarı, 6 milyon kub metr həcmi olan Madagiz Su Anbarı, 70,2 km uzunluğu olan Sağ Sahil M.K və 22,4 km uzunluğu olan Sol Sahil M.K-dır.

Rəsmi məlumatlara görə, idarənin hidrotexniki qurğularının sayı 433 ədəddir. Postlar isə 193 ədəd təşkil edir.

Körpü sayı 43, bağlar 43, mülki və inzibati binalar 11, maşın və mexanizmlər 22 ədəddir. Kanalların uzunluğu 391 km təşkil edir. İşğal altında olan əsas vəsaitlər isə 23086 min hektara bərabərdir.

Böyükağa Cümşüdov bunca imkanların böyük qisminin əldən çıxmasına rəğmən, yenə də pis qazanmayan idarə müdirlərindəndir.

Onun fermerlərdən, kasıb kəndlilərdən suvarma üçün aldığı pullar sonradan karxana yaradılmasına sərf olunub.

Hazırda onun Tərtər çay üzərində daş karxanasının olduğu bildirilir. Bundan başqa, Böyükağa Cümşüdov özünə heyvandarlıq kompleks idə yaradıb.

İdarə müdirinin obyektlərinin, villalarının, evlərinin sayını isə bilən yoxdur. Deyilənlərə görə, sadalananların böyük əksəriyyəti Bərdə və Bakıdadır.

Həmçinin Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin müdirinin möhkəm maşın həvəskarı olduğu da vurğulanır.

FİA.Az-ın məlumatına görə, ümumiyyətlə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarə və müəssisələrində qanun pozuntuları, məmur özbaşınalıqları bitmək bilmir ki, bilmir.

Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin müdiri Böyükkişi Cümşüdov və əksər məktəblərin direktorları Yevlaxdan gəlmədirlər.

Çünki Cümşüdov yuxarını da təmin etdiyini yaxın çevrəsində söylədiyi deyilir.Ona görə də idarə rəisi ilə ASC sədri bir-birini gözəl anlayır.

ASC-yə tabe olan Tərtərçay Hidroqovşağı İstismar İdarəsi rəisi Cümşüdov Böyükkişi İslam oğlu Əhməd Əhmədzadənin rayondakı korrupsiya maşını kimi tanınır.

Sözügedən qurum 1974-cü ildə yaradılıb. Hidroqovşağın xidmət etdiyi rayonlara Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədi daxildir.

Onun maaşı aylıq dolanışığa güclə yetir. Amma büdcədən ayrılan pulları elə çırpışdırır ki, B.Cümşüdov rayonda az qala biznesmenə çevrilir.

Əgər onun idarədəki maxinasiyaları araşdırılarsa, ciddi qanun pozuntuları aşkarlana bilər. İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir.

B.Cümşüdov texnikaları iş adamlarına aylıq icarəyə verib.

Qarşı tərəfi dinləməyə hazırıq.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət