» » Mingəçevirdə rüşvət piramidası: kolleclərdən başçıya uzanan yay yığımı - Detallar

Mingəçevirdə rüşvət piramidası: kolleclərdən başçıya uzanan yay yığımı - Detallar

Mingəçevirdə rüşvət piramidası: kolleclərdən başçıya uzanan yay yığımı - Detallar














Mingəçevir kollec, liseylərində yay yığımı başa çatmaq üzrədir

FİA.Az-ın feysbukdan aldığı məlumatlarda deyilir ki, kollec tələbələrini necə lazımdır “tərlədir”lər.

Bu işlər zəncirvaridir və Mingəçevir Şəhər Təhsil İdarəsi rəhbərliyinin nəzarətindən kənarda həyata keçirilmir. Həmçinin, şəhərin icra hakimiyyəti də öz payını götürür.

Ona görə də bütün qurumlar bir-biri ilə dil taparaq aşağıdan yuxarıya qədər rüşvət şəbəkəsi yaradıblar.

Mingəçevirini icra başçısı Niyazi Bayramov, şəhər təhsil idarəsi rəisi, kolleclərin direktorları bu mexanizmi quraraq tələbələri soğan qabığı kimi soyurlar.

Məsələn, feysbukda yazırlar ki, Mingəçevir Turizm Kollecində korrupsiya ilə məşğuliyyət vərdişə çevrilib.

Əyyub Əyyubovun korrupsiya mexanizmi, mərkəzləşdirilmiş qaydada işləyir. O, bu təhsil müəssisəsini “ailə şirkətinə” çevirib.

Xanım Məmmədova 1955-ci ildə Ağdam rayonunun İlxıçı kəndində anadan olub. O, Əyyub müəllimin həyat yoldaşıdır. Mingəçevir Turizm Kollecində “Dillər” fənn birliyinin sədri işləyir.

Buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. Əyyub Əyyubov kollecdə islahatlar adı altında, rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işdə Xanım Məmmədovanın də rolu az deyil.

FİA.Az mediaya istinadla yazır ki, Mingəçevir Dövlət Universitetindəki vəziyyətlə bağlı bu günə qədər mətbuatda dəfələrlə yazılsa da, bu təhsil ocağında yenə də vəziyyət acınacaqlı olaraq qalır.

Bütün təhsil ocaqlarında olduğu kimi Mingəçevir Dövlət Universitetində də yay imtahan sessiyası pul mövsümüdür. Bu isə yeni "rüşvət mövsümü"nün açılması deməkdir.

Əksər ali təhsil müəssislərində olduğu kimi Mingəçevir Dövlət Universitetindəki rüşvət faktları ilə bağlı bu günə qədər mətbuatda dəfələrlə yazalıb. Buna baxmayaraq, vəziyyət düzəlmək əvəzinə, günü-gündən pisləşir.

Rektor Akif Hacıyev imtahan mövsümü üçün xüsusi qiymət cədvəli hazırlayıb. Həmin cədvələ əsasən imtahanlardan 3 almaq istəyən tələbələr 60-80, 4 almaq istəyənlər 80-100, imtahanı əla qiymətlə bitirmək istəyənlər isə 150-200 manatdan keçməlidir.

Həmçinin, rüşvət yuvası kimi Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kolleci göstərilir. Hər iki kollecdəki özbaşınalıq, rüşvətxorluq, tələbələrin şəxsiyyətini alçatmaq, tələbələrə ancaq pul kisəsi kimi baxmaq, təhsilin ancaq pul üzərində qurulması və.s kimi problemlər var.

Mingəçevir Tibb Kollecində demək olar ki, hər imtahan sessiyasında xoşagəlməz hadisələr qeydə alınır. Buna rəğmən, müəllimlər və şöbə müdirləri tez-tez imtahanlara hazırlıqla bağlı tələbələri “təlimatlandırırlar”.

Tələbələrin əksəriyyəti imtahanlardan direktorun müəyyən “prinsip”lərini qarşıladıqdan sonra keçirlər. Öz biliyi hesabına qiymət almaq istəyən tələbələrə isə süni əngəl yaradılır.

Müəllimlər, eləcə də şöbə rəhbərləri bu cür tələbələri əsassız yerə incidirlər. Nəhayətdə, həmin tələbə bezərək imtahandan hamının keçdiyi qayda ilə keçir. Məhz belə işlər üzündən kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb”.

Kollec Mingəçevirin, ümumiyyətlə, ölkəmizin səhiyyə sektoruna savadlı kadrlar hazırlaya bilmir.

Bir məsələni xüsusi vurğulayaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il kollecə müəyyən sayda plan yeri ayırır. Yəni kollecə həmin plandan artıq tələbə qəbul edilə bilməz.

Buna baxmayaraq, direktor qəbul imtahanları başa çatandan sonra yüksək nəticə göstərə bilməyən abituriyentləri testdənkənar yollarla bura qəbul edir.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət