» » Gəncədə "peşə təhsili" BİZNESİ - İTTİHAM

Gəncədə "peşə təhsili" BİZNESİ - İTTİHAM

Gəncədə "peşə təhsili" BİZNESİ - İTTİHAM














20 aprel 2016-cı il tarixdə ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin fəaliyyəti ölkədə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili və əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasının təmin edilməsindən ibarətdir. Peşə təhsili sahəsində real bazarın tələblərinə uyğun daha çevik idarəetmə mexanizminin yaradılması məqsədilə ölkə rəhbərliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Qısa müddətdə prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiqləndi. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir.

Faktiki olaraq mövcud peşə təhsili sisteminin qeyri-səmərəliliyinin aradan qaldırılması üçün, Dövlət Peşə Agentliyi tərəfindən peşə təhsili müəssisələrinin rasionallaşdırılmasına başlanılıb. İlk olaraq Bakıda və Gəncədə yerləşən məktəblər monitorinq edildi, müxtəlif istiqamətlər üzrə məktəblərin ixtisaslaşmasının daha məqsədəmüvafiq olduğu qərara alındı. Bu gün Gəncədə 6 müəssisə rasionallaşıb və 6 ilk peşə-ixtisas təhsili (İPİT) müəssisəsinin bazasında 2 dövlət peşə təhsili mərkəzi yaradılıb. Peşə təhsilində əsas məqsəd müəssisələrin çevik idarə olunan, əmək bazarının tələblərinə cavab vermək qabiliyyətində olan idarəetmə sistemini yaratmaq və peşə təhsili müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunmasını həyata keçirməkdən ibarətdir. Bu istiqamətdə sənayenin və iqtisadiyyatın əsas sahələrini əhatə edən ixtisasların daxil olduğu təhsil müəssisələri yaradılıb.
Bu gün Gəncədəki 1saylı Peşə Təhsili Müəssisəsi qeyri-formal olsa belə, hələ ki, 3 məktəbi birləşdirib kompleks şəkildə fəaliyyət göstərməkdədir. Ölkə başcısının gənc nəslə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, bu gün əmək bazarında peşəkar kadr hazırlığına xidmət edəcək Dövlət Peşə Agentliyinin yaradılması, əslində müasir gəncliyə göstərilən qarantdır. “Gündəm Xəbər”ə daxil olan məlumatlardan məlum olur ki, ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə, cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiqləndiyi istiqamət üzrə deyil, yenə də köhnə üsullarla idarə olunmaqdadır.

Bu gün ölkə başçısı peşə təhsilinə diqqət və qayğısını artırır, o halda sual oluna bilər ki, görəsən 3 saylı Peşə Liseyində idarəçilik hansı qaydalarla həyata keçirilir? Düşündürücü hal odur ki, özündə 3 peşə məktəbini birləşdirən və gələcəkdə yaradılacaq peşə təhsili mərkəzinin direktoru olmağa indidən hazırlaşan və müvəqqəti olaraq 1 və 2 saylı peşə məktəblərinin direktoru vəzifəsini icra edən Fazil İsmayılov, bu gün idarəetməni lazımınca bacarırmı?
Hər üç peşə məktəbində baş verən hadisələrdən məlum olur ki, peşə təhsilinin inkişafına dair ölkə rəhbərinin 2016-cı ildə verdiyi fərman, Fazil İsmayılovun sayəsində bu gün də kağız üzərində qalmaqdadır. Sovet dönəmində peşə məktəbləri neçə fəaliyyət göstərirdisə, bu gün də oxşar qaydada fəaliyyət göstərməkdədir. "Gündəm Xəbər"ə daxil olan məlumatlardan məlum olur ki, hər üç məktəbə direktorluq edən Fazil İsmayılovun bugünkü rolu, rüşvət əldə etməkdən və qalmaqal yaratmaqdan başqa bir şey deyil. Görəsən təhsil naziri Ceyhun Bayramovun və Dövlət Peşə Agentliyinin rəisi Famil Mustafayevin, üç peşə təhsili müəssisəsində idarəetməni həyata keçirən Fazil İsmayılovun iş prinsipindən xəbərdardırlarmı?
2016-cı ildən GDU-nun müəllimi olmasına baxmayaraq, peşə təhsili sistemində özünə yer tapan Fazil İsmayılov, bu sahəyə gəldiyi ilk andan "köhnələr"dən yaxa qurtarmağa çalışır. Peşə təhsilinin ümumtəhsil məktəblərindəki təhsil sistemindən fərqli olmasına baxmayaraq, o, kadrlar şöbəsini “professional fırlada biləcək” Səbuhi Həsəncanova həvalə edir. Qısa arayış: S.Həsəncanov 3nömrəli Peşə Liseyinə təyinatından əvvəl, "ADY"QSC-də Gəncə Lokomotiv Deposunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışmış və adı hər zaman bir çox korrupsiya qalmaqallarında hallanmışdır. Bu şəxs çoxsaylı qanunsuzluqlara qol qoymasına baxmayaraq, canını Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən (Səbuhi Həsəncanovun həyat yoldaşının dayısı Nizami Əhmədovdur. Adı çəkilən bu şəxsin 67 yaşının olmasına baxmayaraq, hələ də o, DSMF-nun Kəpəz rayon şöbəsinin rəhbəri vəzifəsində çalışr. Bu gün o, çalışdığı nazirlikdə və Gəncə şəhərində “odda yanmaz, suda batmaz məmur”lardan biri hesab olunur) birtəhər qurtara bilir.
Fazil İsmayılov bir-bir köhnələrdən canını qurtardığı bir vaxtda “mən altmışminliyəm” deyərək, 3 nömrəli peşə liseyinin loborantı Lalə Əliyevanı və bir neçə nəfər işçini 2016-cı ilin fevral ayının 29-u tarixdə işdən azad edib kollektivi "təzələyir”. (Baxmayaraq ki, həmin il fevral ayı 28 gündən ibarət olub) Həmin vaxt sanki “daş qayaya rast gəlir” və çox keçmir ki, Lalə Əliyeva pozulmuş hüquqlarının bərpası məqsədilə Gəncə şəhəri, Nizami rayon Məhkəməsinə müraciət edir. Fazil İsmayılov keçirilən məhkəmə proseslərində özünün komandasına arxayın olsa da, o, məğlubiyyətə düçar olur və ədalət zəfər çalır. Çıxarılmış qərardan razı qalmayan Fazil İsmayılov çox keçmir ki, Gəncə Appelyasiya Məhkəməsinə müraciət edir. Bu məhkəmədə də uduzan Fazil İsmayılov, az sonra digər işçiləri işdən çıxartmağa başlayır. Lalə Əliyeva bütün məhkəmələrdə qalib olsa da, rəhbərliklə bir yerdə işləyə bilməyəcəyini dərk edib işindən uzaqlaşır.
"GündəmXəbər"ə daxil olan məlumatlarda o da bildirilir ki, bu gün peşə liseylərində davamiyyət olduqca aşağı səviyyədədir. Həm müəllimlərin, həm də şagirdlərin dərs buraxmaları adi hala çevrilib. Tədris ilinin başlanğıcından şagirdlərə təqaüd almaq məqsədilə verilən kartlar onlardan alınıb. Müəllimlər dərslərə ara-sıra gəlirlər və sinif jurnallarını ara-sıra yazıb doldurmağı özləri üçün borc bilirlər.
Əldə etdiyimiz başqa bir məlumatda o da vurğulanır ki, təqaüd üçün nəzərdə tutulan bank kartları hələ dərs ilinin başlanğıcında direktora yaxın şəxslər tərəfindən şagirdlərdən yığılmış və onlar ilin əvvəlindən sanki sərbəst dəazad buraxılmışlar. Onlar şagirdlərin çoxuna "2" almısınız, təqaüd kartını verin ki, qiymətinizi düzəldə bilək. O halda diplom ala biləcəksiniz” deməklə, belə bir yolla oyun oynamağa çalışırlar. Belə bir faktın doğruluğu 1 nömrəli Peşə Məktəbində “təhsil alan” şagirdlərdən alınmış kartlar hesabına təsdiqini tapır. Məsələn,
93 nömrəli bərbər qrupudan
Atakişiyeva Şəbnəm Bəhman qızı, Eyvazova Səadət İlqar qızı, Ələsova Maral Tağı qızı, Əliyeva Aytən Arzu qızı, Əsgərov Məcid Firduzi oğlu, Haqverdiyeva Şəhla Mübariz qızı, Hümbətova Nərmin Malik qızı, Xaratruz Səkinə Həsən qızı, İsmayılova Şöhlə Sahil qızı, İsmayılova Saidə Sahil qızı, Qarayeva Fatimə Ülfər qızı, Quliyeva Aynurə Abuzər qızı, Mehraliyeva Səkinə Musa qızı, Məmmədova Aytəkin İlqar oğlu, Rüstəmova Ellada Vaqif qızı
91 nömrəli dərzi qrupudan
Bədəlova Turanə Hidayət qızı, Əkbərov Muraz Qənbər oğlu, Həsənov Elyar Nicat oğlu, Həsənova Gülnarə Vahid qızı, Hüseynova Fəridə Rövşən qızı, Məmmədova Xəyalə Vaqif qızı, Məmmədova Nazilə Fayiq qızı, Musayeva Əfsanə Şahlar qızı, Novruzova Gültəkin Sakit qızı, Zeynalova Ülviyyə Telman qızı,
92 nömrəli tikiş qrupundan
Abbasov Nicat Sehran oğlu, Bədəlova Sücayət qızı, Əmiraslanov Nurlan Telman oğlu, Əliyeva Günay Teuf oğlu, Səlmanova Aynurə Elşən qızı, Kərimova Gözəl Yolçu qızı, Dünyamalıyeva Zəhra Rəfail qızı, İsmayılzadə Taleh Yaşar oğlu, İsayev Bilal Adil oğlu, Əliyeva Xumar Səməd qızı, Bağırov Feyruz Zakir oğlu, Kərimov Elduz İsrail oğlu, Paşayeva Ayşən Vahid qızı,
2 nömrəli kompyuter ustası qrupundan
Abbasov Eışən Rövşən oğlu, Bayramov Murad Eıduz oğlu, Bayramov Röyal Qabil oğlu, Ələkbərov Nəsir Vəli oğlu, Həsənov Elbar Ərəstun oğlu, Hüseynov Bəhlul Murad oğlu, Hüseynquliyeva Aysel Namiq qızı, Kazımzadə Nuranə Mayıl qızı, Quliyev Kamal Fərrux oğlu, Məmmədov Elcan Əli oğlu, Məmmədov Pünhan Bəhmən oğlu, Məmmədova Cehunə Eıçin qızı, Mustafazadə İsfəndiyar Fizuli oğlu, Nəbiyev Əmir Ramiz oğlu, Niyazov Qalib Elduz oğlu, Talıbov Elnur İsrail oğlu
1 nömrəli telekomunikasiya qrupundan
Abbasov Hüseyn Yusif oğlu, Bağırov Həzrət Azər oğlu, Cəfərova Sənubər Rauf oğlu, Əkbərov Asif Nəbi oğlu, Əliyev Orxan Natiq oğlu, Əlipur Yusif Zahid oğlu, Hacıyev Musa Bəhlul oğlu, Həsənov Fərid Vaqif oğlu, Hüseynov Rasim Raqif oğlu, Qarayeva Nərminə Məhərrəm qızı, Qurbanov Mürsəl Mübariz oğlu, Məmmədov Hüseyn Taleh oğlu, Məmmədova Əfsanə Elmir qızı, Novruzov Süleyman Rövşən oğlu, Rüstəmli Röyal Firidun oğlu, Yusifli Vüsal Vüqar oğlu
Başqa bir məlumatda o da bildirilir ki, şagirdlərdən diplom bahanəsi ilə ələ keçirilən bank kartları, sanki “reket üsulu” ilə direktorun yaxınları tərəfindən artıq yığılıb. Ötən ilin oktyabr-noyabr aylarında 2 nömrəli peşə məktəbinin şagirdlərinə məxsus bank kartlarının Fazil İsmayılov tərəfindən bloka salındığı da deyilir. Görəsən şagirdlərə məxsus bank kartlarının 5-6 ay müddətə bloka salınmasının arxasında nələr durur? Onu da vurğulayaq ki, Fazil İsmayılovun direktor olduğu hər üç məktəbdə şagirdlərə məxsus bank kartları ilə bağlı vəziyyət eynidir. Yəni, hər üç məktəbdə şagirdlərə məxsus bank kartları tədris ilinin əvvəlindən yığılıb.
3nömrəli Peşə Liseyində bank kartları yığılan şagirdlərin siyahısına diqqətlə nəzər saldıqda onu da müəyyən etmək olur ki, şagirdlərin çoxu Gəncədən uzaq məsafədə yaşayanlardır. Görəsən həmin şagirdlərin hər gün müxtəlif ünvanlardan Gəncəyə gəlmələri və yataqxanası olmayan peşə liseyində “təhsilə yiyələnmələri” inandırıcı haldırmı? Onlardan Yaqublu Türkan Ayaz qızı 1998-ci il təvəllüdlü Şəmkir rayonu, Könüllü kəndi, Abbasova Səriyyə Arif qızı 1996-ci il təvəllüdlü Gəncə şəhəri, Mustafayeva Sevinc Mahir qızı 1994-ci il təvəllüdlü Gəncə şəhəri, Rüstəmov Elvin Şöhrətoviç 2000-ci il təvəllüdlü Gəncə şəhəri, İsmayılova Türanə Ceyhun qızı 1996- ci il təvəllüdlü Samux rayonu, Əhmədbəyli kəndi, Səfərov Tural Asif oğlu 1996-ci il təvəllüdlü Şəmkir rayonu, Çənlibel kəndi, İsmayılova Aysel Heydər qızı 1995-ci il təvəllüdlü Gəncə şəhəri, Cəfərova Rahilə Oktay qızı 1991-ci il təvəllüdlü Gəncə şəhəri, Bayramov Xaliq Vidadi oğlu 1994-ci il təvəllüdlü Göygöl rayonu, Ələkbərova Maral Məhəmməd qızı 1989-ci il təvəllüdlü Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Natavan küçəsi ev-7, Müseyibli Sənan Qalib oğlu 1996-ci il təvəllüdlü Goranboy rayonu, Goranlı kəndi, Məmmədova Leyla Namiq qızı 2000-ci il təvəllüdlü Gəncə şəhəri, Babayeva Şəhla Şahlar qızı1992-ci il təvəllüdlü Gəncə şəhəri, Məhərrəmova Nurlana İlqar qızı1999-ci il təvəllüdlü Gəncə şəhəri, Həsənzadə Zeynəb Vahid qızı 1999-ci il təvəllüdlü Kəlbəcər rayonu, Quliyeva Esmira Hüseyn oğlu 1999-ci il təvəllüdlü Gəncə şəhəri, Qarayeva Güləndam Arif qızı 1996-ci il təvəllüdlü Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nağıyev Ülvi Malik oğlu1994-ci il təvəllüdlü Gəncə şəhəri, Həsənova Rəqsanə Rasim qızı 2000-ci il təvəllüdlü Gəncə şəhəri, Əhmədova Əsmər Rauf qızı1998- ci il təvəllüdlü Gəncə şəhəri, Qədimova Şəfa Etiram qızı 1999-ci il təvəllüdlü Gəncə şəhəri, Məmmədova Kəmalə Xosrov qızı 1998-ci il təvəllüdlü Göygöl rayonu, Yeni Qızılca kəndi, Əsgərova Səbinə Suliddin qızı 1999-ci il təvəllüdlü Şəmkir rayonu, Mahmudlu kəndi, Məmmədova Kəmalə Çingiz qızı1999-ci il təvəllüdlü Samux rayonu, Çobanabdallı kəndi, Alyarov Fərid Məzahir oğlu 1994-ci il təvəllüdlü Göygöl rayonu Haçaqaya kəndi, Səfərov Pərvin Canpolad oğlu 1995-ci il təvəllüdlü Gəncə şəhəri, Abdullayeva Aysel Azər qızı 2001- ci il təvəllüdlü Gədəbəy İnəkboğan kəndi, Cəlilova Aysu Eldəniz qızı 2000-ci il təvəllüdlü, Ələsgərova Xatirə Ceyhun qızı 2000- ci il təvəllüdlü Gəncə şəhəri, Ələsov Nürəddin Mahir oğlu 2001-ci il təvəllüdlü Şahsevənlər küçəsi, ev-71, Orucov Nail Namiq oğlu 2001- ci il təvəllüdlü T.Aranı küçəsi, ev-27 m-58 və s.
Bir başqa məlumatda o da bildirilir ki, Fazil İsmayılov 1 nömrəli Peşə Məktəbinin yataqxanası dövlət tərəfindən təmir olunmasına baxmayaraq, bu təhsil müəssisəsinə rəhbərlik edən direktor uzaqdan gələn şagirdlərin yataqxanada qalmaları üçün hər birindən 40 manat pul alır. 1 nömrəli Peşə Məktəbinin yataqxanası Azərbaycan Texnologiya Universitetinin yaxınlığında yerləşdiyindən, bu ali təhsil müəssisəsində təhsil alan və həmin yataqxanada qalmaq istəyən universitet tələbələrinə də, yataqxanaya məxsus otaqlar 40 manata icarəyə verir.
Sözsüz ki, Texnologiya Universitetinin tələbələrindən əldə olunan 40 manatlar, iqtisadiyyat sahəsindən elmi iş müdafiə edən Fazil İsmayılovun cibinə axır. Dövlət tərəfindən tam təmir olunan və müasir təchizatlarla təmin olunan yataqxana bu gün Təhsil Nazirliyinin, dövlətin aidiyyəti qurumlarının icazəsi olmadan şagirdlərə, ATU-nun tələbələrinə qeyri-qanuni əsaslarla icarəyə verilir. Görəsən Fazil İsmayılovun bu cür qanunsuzluqlara söykənən əməllərindən Dövlət Peşə Agentliyinin rəisi Famil Mustafayevin yoxdurmu?
2016-cı ildən ölkə rəhbəri cənab İlham Əliyevin peşə təhsilinin inkişafına göstərdiyi xüsusi diqqətin varlığına baxmayaraq, bu gün Gəncədə fəaliyyət göstərən 3 saylı Peşə liseyindən həddi-hüdudu bilinməyən məbləğdə gəlir götürən Fazil İsmayılovun oyunları, heç də bunlarla yekunlaşmır. O, yeni qruplar açılması adı ilə müəllimlərdən Famil Mustafayevin rəhbəri olduğu agentliyin adına pul yğması faktı da ortaya çıxıb.
Fazil İsmayılovun 3 nömrəli Peşə Liseyinin yardımçı binasının fərdi sahibkarlara mebel sexi kimi icarəyə verilməsi də, bu gün daha çox müzakirə olunan mövzulardandır. Onu da unutmaq olmaz ki, mebel sexində istifadə olunan elektrik enerjisi dövlət tərəfindən ödənilir. İcarə haqqından əldə olunan gəlirlər Fazil İsmayılova çatdığı, xərcləri isə dövlət tərəfindən ödənilən obyektlərdən biri də, liseyin idman zalıdır ki, bu gün həmin zallar da fərdi qaydada idmançılara icarəyə verilib.
Fazil İsmayılov direktor olmazdan əvvəl, Gəncədəki nəqliyyat vasitələrinə məxsus qarajda baş mühasib vəzifəsində çalışmışdır. Əgər bu şəxsin həmin illər ərzində qol qoyduğu saxtakarlıqlar araşdırılarsa, o halda onun dövlət əmlaklarını hansı yollarla taladığı aşkara çıxar. Maraqlı məlumatlardan biri də, Fazil İsmayılovun anasının 1993-cü və 2005-ci illər ərzində Gəncənin Kəpəz və Nizami rayonlarından, eyni zamanda Daşkəsən rayonundan eyni vaxtda aldığı təqaüdlərin məhkəmənin qərarı ilə dövlətə qaytarılmasıdır. GDU-da iqtisadiyyat fakultəsinin dekanı, gələcəkdə "Əməkdar müəllim" fəxri adı alacağına öncədən tam əmin olan Şahin Xurşudovun köməkliyi sayəsində dünənə qədər iqtisadiyyat fakultəsinin müəllimi olan Fazil İsmayılovun adı, bu gün peşə məktəblərindən birində bir ştat, digər ikisində isə 0,5 ştat vahidi ilə direktorluq etməkdədir. Bundan əlavə o, vəzifəsinin icraasına başladıqdan az sonra hər üç məktəbin maddi-texniki bazasında olan və istismara verilməmiş materialları, bir çox avadanlıqları və s. ilin sonunda yararsız adı ilə sənədləşdirdikdən sonra mənimsəmişdir.
Bütün bunlar hər kəsi düşünməyə sövq edir ki, bir tərəfən ölkə rəhbəri cənab İlham Əliyev peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırmaq, peşə məktəblərində kadr hazırlığının səviyyəsini yüksəltmək yöndə vermiş olduğu tapşırıqların əvəzinə, hazırda bu yöndə qol qoyduğu çoxsaylı qanunsuzluqları ilə adı dillər əzbəri olan Fazil İsmayılovun arxasında görəsən kimlər durur?
Daha ətraflı növbəti sayımızda. Bizi izləyin.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət