» » Zəngilan köçkünləri icra başçısını görənə hədiyyə verəcək? - Şok təfərrüat

Zəngilan köçkünləri icra başçısını görənə hədiyyə verəcək? - Şok təfərrüat

Zəngilan köçkünləri icra başçısını görənə hədiyyə verəcək? - Şok təfərrüat















Ramiz Həsənov 2011-ci ildən Zəngilan rayon icra başçısıdır

FİA.Az-ın köçkün rayonların icra başçıları ilə bağlı rubrikasının bu dəfəki məmuru R.Həsənovdur.

Ağdam, Laçın, Füzuli, Kəlbəcər, Qubadlı icra hakimiyyətləri haqda araşdırmaların ardınca Zəngilan RİH-nə işıq salmışıq.

Növbədə Cəbrayıl, Şuşa, Xocavənd rayon icra hakimiyyətlərinin də olduğunu anons edərək bildirək ki, R.Həsənov ilginc bir məmurdur.

Baş nazirin müavini Əli Həsənovun qardaşı olan Ramiz Həsənov ondan şikayət getməməsinə çalışır.

Amma bu ilin fevralında Bağırova Aidə Yəhya qızı düşdükləri acınacaqlı durumla bağlı ölkə rəhbərliyindən kömək istəmişdi.

Məcburi köçkün olan xanım xüsusilə də, bir ana kimi ölkənin Birinci Vitse-ptezidenti Mehriban xanım Əliyevadan onların problemini nəzarətə götürməyi xahiş etmişdi.

Şikayətçilər bildirirdi ki, real yaşayış şəraitindən Zəngilan Rayon İcra Hakimiyyətinin məlumatı var. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, onların probleminə əncam çəkilməyib.

Ailənin isə çox istəyi yoxdur, normal şəraitli dörd divar arasında yaşamaq üçün mənzil verilsin.

İki il qabaq isə Ramiz Həsənovun iştirak etdiyi məclisdə qarşısına düzülmüş içkilərin fotosu yayılmışd.

Təkcə 3-nün qiyməti 2500 manata yaxın idi. Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır.

Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur.

Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.

Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub. Hətta toy olsa belə, icra başçısının bu qədər bahalı içkiləri qarşısına düzməsi heç bir şəkidə başadüşülən deyil.

FİA.Az xəbər verir ki, Zəngilanın köçkünləri icra başçısının onlarla sonuncu dəfə nə zaman görüşdüyünü xatırlamırlar.

Sakinlərin sözlərinə görə, müxtəlif bölgələrdə, əsasən də Sumqayıtda məskunlaşmış qaçqınların, şəhid ailələrinin problemləri R.Həsənovun yadına düşmür.

Onlar vəd edirlər ki, icra başçısı ilə görüşsələr hədiyyə paylayacaqlar, bayram edəcəklər.

Doğurdan da Ramazan bayramı ərəfəsində icra başçısı qaçqın-köçkünlərin qapısını aça bilər, aztəminatlı ailələrin, şəhid övladlarının problemi ilə maraqlana bilər.

Kabinetlərindən çıxmayan icra hakimlərini əhalinin sosial çətinliklərinə laqeyd qalması, Ramazanda bir qaçqın evinin qapısını döyüb ona iftar süfrəsi açması məmurlar üçün adi işdir. Amma R.Həsənov və digər bölgələrin əksər icra başçıları bunu etmirlər.

“İcra Hakimiyyətindən mənə 4 aydan bir mənə minnətlə iynə-dərman almaq üçün 100 manat pul verirlər ki, get yaşa.

Dəfələrlə icra başçısı Ramiz Həsənova ailəmizin ağır durumda olması barədə ərizə ilə müraciət etmişəm. O da bizim evə həkim briqadası və öz müavinini göndərib.

Həkimlər müavinə rəylərini bildiriblər ki, həqiqətən də bu ailəyə müalicə üçün güclü kömək lazımdır.

Ancaq bizə 4 aydan bir verilən 100 manatdan başqa heç bir kömək olunmur. Mən bu torpaqlar, vətən uğrunda düşmənlə üz-üzə savaşmışam, sağlamlığımı itirmişəm.

Amma indi bu vətəndə mənim ailəm, övladlarım günlərlə çörək almağa pul tapmır”,-deyə Zəngilan rayon sakini, hazırda Xətai rayonu Qaçaq Nəbi küçəsi 6 saylı yataqxanada məskunlaşan, keçmiş polis, müharibə veteranı, II-ci qrup əlil Elman İsmayılov bildirmişdi.

RİH-nin mövqeyini dərc edə bilərik.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət