» » Vaqif Abdullayev müavinləriylə yola getmir

Vaqif Abdullayev müavinləriylə yola getmir

Vaqif Abdullayev müavinləriylə yola getmir


Beyləqanın icra başçısı Məhəmməd Qələndərovu və Telman Məstanovu işdən çıxarmaq istəyir Beyləqanın icra başçısı Vaqif Abdullayevlə müavinləri yola getmirlər. Politika.az-a verilən məlumata görə, icra başçısının düşmən kəsildiyi müavinlərindən biri Telman Məstanovdur. İddialara görə, Məstanov rayonda ciddi söz sahibi olmaqla yanaşı, həm də geniş maddi imkanlara sahibdir. Üstəlik, onun Vaqif Abdullayevi saymadığı da verilən məlumatlar sırasındadır. Məlumatlarda deyilir ki, Abdullayevin yola getmədiyi bir digər müavini isə Məhəmməd Qələndərovdur. Uzun müddət rayonda keçirilən tenderlərə nəzarət edən sözügedən şəxsin varlı olduğu, bir çox hallarda isə hesab məsələlərində icra başçısını aldatdığı deyilir. Politika.Az xəbər verir ki, hətta iş o yerə çatıb ki, Vaqif Abdullayev iclasların birində Qələndərovu sərt şəkildə tənqid edərək, onu işlərini bacarmamaqda günahlandırıb. Mənbələr bildirirlər ki, Beyləqanda yaşanan olaylardan dolayı İcra Hakimiyyətində ikitirəlik yaranıb. Bəzi müavinlər icra başçısının tərəfinə keçsə də, Telman Məstənov və Məhəmməd Qələndərovun tərəfini tutan da az deyil. Düzdür, Qələndərovla Məstanov da yola getmirlər. Hətta bir biriləri ilə bağlı kompromatları mətbuata çıxarmaqdan belə çəkinmirlər. Vəziyyətin belə şəkil alması isə təbii ki, icra başçısının işinə yarayır. Çatan məlumatlara görə, Vaqif Abdullayev adları çəkilən müavinlərindən xilas olmaq üçün yaxın günlərdə qərar verməli olacaq. Çünik hal hazırda onların əlindən işləyə bilmir. Üstəlik, ümumi hesab məsələsində ona pul «atıldığı»nı artıq bilir və itirilmiş məbləğlərin geri qaytarılmasının tək yolunu Məstanovla Qələndərovu işdən çıxarmaqda görür.


bizimhedef.info
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Mədəniyyət