» » Asif Əsgərovun taladığl milyonlar

Asif Əsgərovun taladığl milyonlar

Asif Əsgərovun taladığl milyonlar


Nəsimi icra başçısı xalqa necə xidmət edir?

AzFakt.com xəbər verir ki, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov özünün əməlləri və oğlu İlham Əsgərlinin hərəkətlərilə ölkə mətbuatının gündəmini zəbt edib. Əslində mətbuatın "sevimli personalına" çevrilən Asif Əsgərov bir müddət əvvəl "Mc Donald`s"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzasından sonra daha da "populyar" olub. Xatırladaq ki, o dövrdə Səbail rayonunun icra başçıs olmuş Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda törətdiyi qəza nəticəsində Sənan Mirzəyev dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yol nəqliyyat ekspertizasının rəyi elan olunarkən məlum olub ki, hadisə İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500"ün sürət həddini aşmasının və ötmə qaydasını pozması nəticəsində baş verib. Lakin bunlara baxmayaraq Asif Əsgərovun "avtoş" oğlu heç bir hadisə baş verməmiş kimi, tam arxayın azadlıqda gəzib dolanır. Maraqlısı odur ki, əgər sıravi Azərbaycan vətəndaşının övladı belə bir qəza törətsəydi onu dərhal həbs edib məhbəsə salardılar. Asif Əsgərov kimi məmurlara gəlincə, onların övladları istədikləri qanunsuzluqları törədə bilərlər buna görə isə onlara gözün üstə qaşın var deyən olmayacaq.

Bunlar azmış kimi Bakının Səbail rayonundan Nəsimi rayon icra başçısı vəzifəsinə təyinat alan Asif Əsgərov özü ilə bərabər yeni qanunlarını da gətirib. Bu barədə Miq.az saytının verdiyi məlumata görə, vəzifə başına keçdiyi gündən Asif Əsgərov səlahiyyətlərindən istifadə edib qanunsuzluqlarını bir daha da genişləndirib.
Sayt iddia edir ki, Asif Əsgərov Səbail rayonunda olduğu kimi Nəsimi rayonunda da dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Məlumatlarda hətta icra başçısının hansı illərdə nə qədər vəsaiti mənimsədiyi də əks edilib. Bunlar aşağıdakılardı.
1. 2014-cü ildə Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350,000 min manat "Dizayn Construction” MMC-nin vasitəsilə "silinib”.

2. "Unikal Suppley” MMC-inin hesabına keçirilmiş 120 min manat da xüsusi geyim formaları, mal-materiallar və avtoehtiyat hissələrinin satın alınması adı ilə "itib”.
3. Səbail rayonunda həyata keçirilən söküntü işləri də əsasən "JEK”-lərin hesabına həyata keçirilib. Lakin bu məqsədlə ayrılan vəsait Qusar rayonunda qeydiyyatda olan hüquqi şəxsin rəhbərlik etdiyi "Dəzgah Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin vasitəsilə yoxa çıxıb.
Gəribədir ki, Asif Əsgərov Prezident İlham Əliyevin "hər bir məmur xalqın xidmətçisidir” sözlərini deyəsən eşitməyib, ya da ola bilsin ki, özünü eşitməməzliyi vurub. O da ola bilər ki, Asif Əsgərov məhz özünün "qaydalarıyla" xalqa xidmət edir

bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət