» » İsmayıl Vəliyev özünü bəlaya salıb - İDDİA

İsmayıl Vəliyev özünü bəlaya salıb - İDDİA

İsmayıl Vəliyev özünü bəlaya salıb - İDDİA
















Neftçalada icra başçısıyla bələdiyyə sədrinin müharibəsi başlayıb. AzEuroNews.com–a verilən məlumata görə icra başçısı İsmayıl Vəliyev özünü bəlaya salıb.

İcra başçısının 2015-ci ildə bələdiyyə seçkilərində sədr vəzifəsini Neftçalanın maliyyə idarəsinin rəisi Rəşid Manafovun xahişi ilə bacısı oğlu Aydın Aslanova verməsi başına iş açıb.

A.Aslanov bələdiyyə sədri olandan bir müddət icra başçısı İ.Vəliyevlə mehriban işləyiblər. Amma bir il olar ki, bələdiyyə sədri icra başçısına “meydan oxuyur”.

Buna səbəb bələdiyyə sədrinin icra başçısı haqda faktları mətbuata sızdırmasıdır. Ondan sonra icra başçısı bununla da geri çəkilməyə məcbur olmuşdı.

Məlumata görə, son aylarda nə baş veribsə icra başçısı bələdiyyə üzvlərinə göstəriş verərək A.Aslanovun sədrlikdən uzaqlaşdırılmasını tapşırıb.

Bu il mayın 12-də bələdiyyə üzvləri yığışaraq iclas keçirib bələdiyyə sədrinə etmadsızlıq göstərib vəzifədən uzaqlaşdırıblar.

Bələdiyyə sədri A.Aslanov öz növbəsində sədrlikdən çıxarılsa da, bələdiyyənin möhrünü və ştampını təhvil vermir.

Onun dayısı olan maliyyə rəisi Rəşid Manafov guya heç nədən xəbərsiz kimi neytral mövqe tutub. Əslində, iddialara görə, bələdiyyə sədrini icra başçısının üstünə qaldıran elə maliyyə rəisidir.

Çünki R.Manafov İ.Vəliyev icra başçısı təyin ediləndən özünü rayonun sahibi kimi hiss etməyə başlayıb. İdarə müssisə rəhbərləri Rəşid Manafovun vasitəsi ilə İsmayıl Vəliyevə yaxınlaşıblar.

Əsasən büdcədən maliyyələşən təşkilat rəhbərləri. Rəşid Manafov İsmayıl Vəliyevin vaxtında çox böyük kapitala sahibi olub.

R.Manafov digər bacısı oğlu olan Cavad Mirzəyevi YAP-ın Neftçala təşkilatına işçi, Şahin Manafov adlı digər qohumunu Statistika İdarəsinə müdir vəzifəsinə, qardaşı Abhüseyin Manafov isə Neftçala polis şöbəsində zabit kimi işləyir. Deyilənə görə, onun uzun illərdir balıqçılarla yaxşı əlaqələri var. Ona görə də R.Manafovun arzuları böyüyüb və artıq İ.Vəliyevi özünə ortaq etmək istəmir.

Odur ki, bacısı oğlu A.Aslanovu İ.Vəliyevlə müharibəyə istiqamətləndirib. Qeyd edək ki, icra başçısı fövqəladə hallar naziri Kamaləddin Heydərova yaxın adamdır.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət