» » Söhrab Abbasov DÖVLƏTƏ qarşı - HƏBS OLUNUR? - VİDEO

Söhrab Abbasov DÖVLƏTƏ qarşı - HƏBS OLUNUR? - VİDEO

Söhrab Abbasov DÖVLƏTƏ qarşı  - HƏBS OLUNUR? -  VİDEO














İsmayıllı meşələri –hansı dolaylarda ağaclar daha çox məhv edilir

İsmayıllı rayonunda meşələr mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Redaksiyamıza daxil olan yeni məlumatlara görə, İsmayıllı rayonunun meşə massivlərində ağacların kütləvi şəkildə qırılması prosesi daha da sürətləndirilib.

Yaşıllıqlar məhv edilir

Yerli əhali isə son illər nadir və qiymətli ağac növlərinin sürətlə məhv edilməsində İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elnur Abdullayevi günahkar bilirlər. Gələn şikayətlərə görə, İsmayıllıda son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara, eləcə də ETSN-ə çoxsaylı müraciətlər ediblər, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Məlumata görə Elnur Abdullayevi rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinə müdir vəzifəsinə keçəndən sonra bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə İsmayıllı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. İsmayıllı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin iştirakı ilə bu ağaclardan mebel sənayesində istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonlarda fəaliyyət göstərən sexlərdən ibarətdir.

Dolaylarda vəziyyət

Azerinfo.az-ın çəkiliş qrupu rayonun meşə ərazilərdə qanunsuz ağac kəsimlərini lentə alıb. Videolardan da görəcəksiniz ki, qiymətli ağac növlərini, sağlam ağacları baltalayıb, nazirliyin möhürünü kötüyə vurular. Bir növ qırıntını qanuniləşdirib, özlərini sığortalayırlar. Çəkiliş olan yerlər İsmayilli rayon Qurban Əfəndi kəndi, Qalınçaq meşəbəyliyidir. Burada meşəbəyi Rais adlı şəxdir.

Ağacların qırılmasında gözətçilər də iştirak edir. 2a saylı dolayda (gözətçisi Elxan Xələfov), 2 saylı dolayda (Vusal adlı gozətci),24 saylı dolayda (Rəhimov Vusal adlı gozətçi) xeyli məhv olmuş yaşıllıqlar var.

Sadalananlarla bağlı ETSN-ə şikayət gedib, Amil adlı şəxs departamentdən yoxlama ilə gəlib.

2 saylı dolaya 6 kub, 14 saylı dolayda 3 kub, 4 sayl 17 kub kəsinti aşkarlanıb. Faktla bağlı cinayət işi açılmalı idi. Faktiki olaraq heç kim işdən belə azad olunmayıb. Halbuki öz evində, tarlasında buir ağac kəsəni ETSN 2 min çanat cərimələyir. Kublarla meşə sahəsi məhv olanda isə nazirlik kor olur. Niyə?

Qusardan İsmayıllıya

İsmayıllı meşələrinə divan tutanlar barədə yazılar dərc etsək də bütün bu özbaşınalıqlara rəğmən bu günə nazirlik hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, İsmayıllı meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir. Xatırladırıq ki, Elnur Abdullayevin uzun müddət həmin idarədə rəhbər vəzifədə qalması və meşələri talan etməsi bilavasitə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasovla bağlıdır.

Elnur Abdullayev əvvəllər Qusarda işləyib. Qusarda yerli məmurlar ona yaşıllığı məhv etməyə imkan vermədilər. Oradan işdən çıxıb bir müddət nazirlikdə işlədi. Sonra həmin vaxt İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru olan İlqar Qəribovu təftiş etməyə göndərildi. Xeyli qanunsuzluq aşkarladı və sabiq direktorun yerinə özü keçdi. Az keşmiş Qəribova rəhmət oxutdurdu.

Söhrab Abbasov Elnur Abdullayevə qəyyumluq etməsəydi İsmayıllı rayonunda uzun illər yaşıllığın məhvinə kimsə şərait yarada bilməzdi. Hazırda İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri tərəfindən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər qiymətli ağaclar kəsilərək İsmayıllı, Göyçay, Ağdaş, Ağsu, Kürdəmir rayonlarında mövcud olan mebel, parket və yeşik sexlərinə aparılır. Hətta qoruq ərazilərində də qiymətli ağaclar qırılaraq satılmaqdadır.

Ardı var


P.S. Heydər Əliyev-“Bəs o ağacları kəsənlər bu xalqa xəyanət etmiyibmi? onları cəzalandırmaq lazımdır”



Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət