» » Elmar Vəliyevin "bilet biznesi"... - ŞOK İTTİHAMLAR

Elmar Vəliyevin "bilet biznesi"... - ŞOK İTTİHAMLAR

Elmar Vəliyevin "bilet biznesi"... - ŞOK İTTİHAMLAR
















Redaksiyamıza yazan bir qrup gəncəli təhsil işçisi icra başçısı Elmar Vəliyevin əməllərindən giley etməkdədirlər. Onların DİA.AZ-a daxil olan müraciətini təqdim edirik:

"Kasıbçılıq içində çabalayan Gəncə şəhəri təhsil işçilərinin problemlərinin üzərinə daha bir problem də əlavə olundu.Gəncədə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən məcburən bu filarmoniyada keçirilən bütün konsertlərdə iştirak etmələrinə start verdi.

Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.Filarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar, çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır.

Biz dünən müəllimlərə məcburi qaydada satılan biletlərin birinin şəklini Sizə göndəririk. Biletin qiyməti, müğənninin Alim Qasımov olması və s. aydın görünür. Amma biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb. Ona görə ki, bu adamlar həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxartdıracaqlar.

Bundan başqa, hər həftə Kəpəz futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satırlar.Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və s. aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki,mən təhsil haqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?

Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə onda "kef " başlayır.Həmin şəxs ya vəzifəsini itirir,ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.Maşallah,Elmar müəllim leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə görə respublikada məşhurdur.

İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir.Bu gün 1200 nəfərdən çox tamaşaçı tutan filarmoniya artıq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib.Belə yerdə müəllimlər deyirlər, isinmədik istisinə,kor olduq tüstüsünə..

Bir sözlə, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar Vəliyevin əlindən cana yığılıb. Camaat bilmir boğazının dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin ciblərini doldursun. Məktəblərin bütün hamısına konsert bileti satdırır. Məktəblərə konsert bileti verir, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər uşaqdan pul yığsınlar. Müəllimlər də yazıqlar qalıblar pis vəziyyətdə. 50 manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə konsert olur. İndi gəl ay yazıq müəllim və valideyinlər ödə bu pulları. Bu nə qədər davam edəcək??? Camaat artıq bezib. Deyirlər ki, kaş bu filarmoniyanın üstünə göydən daş yağaydı. Bu konsert nəyimizə lazımdır? Filarmoniya olub kimlərinsə gəlir mənbəyi. Ölkədə iş yerləri yoxdur. Camaat bir təhər başını girələyir.

Hara baxır Təhsil naziri!? Burdan müraciət edirik Təhsil Naziri Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir? Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir Sizin? Bu biyabırçılığa son qoymaq lazımdır. Gah kukla teatırı, gah dram teatr, indi də ortaya filarmoniya çıxıb. Axı bu millət yazıqdır.

Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlət, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar hər evə gətirib məcburi şəkildə satsınlar. Bu sadaladığımız müəssisələrdə çalışanlar elə şəhər sakinləridir. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar. Belə çox getməz.Yetər artıq. Məktəblərdə şagirdlər üçün zorla forma satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək yalnız və yalnız pul yığırlar. Bunu görən yoxdurmu? Nə qədər belə hayasızlıq etmək olar?

İcra başçısının söyüşlərlə dolu hərəkətləri bütün iclaslarda adi hala çevrilib.Mətbuata yalnız martın 14-dəki iclasda olan faktların az bir hissəsi verilib. Lakin gəncəli məmurlar artıq Elmar Vəliyevin belə söyüşlərlə zəngin toplantılarına öyrəşiblər. Bu şəxs , demək olar ki, hər iclasda kimisə söyür. Ən çox sevdiyi xəbərdarlıq isə “Bu şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə? Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun”,- sözləridir. Əlbəttə, təhlükəlisi odur ki, bir gün hansısa təhqir edilənin əsəbi buna dözməyib, söyüşlə cavab verəcək və ya əl-qol atacaq. Bax, o zaman ölkədə əsl sensasiyalı xəbər yayılacaq. Ona görə də düşünürəm ki, hökumət, hətta bu söyüş dağarcığını himayə edən şəxs və ya şəxslər dərhal Elmar Vəliyevi tənbeh etməlidir.

Allah sənə rəhmət eləsin general Rasim Musayev. Nə yerin bilinir.... Kəllə ilə vurub bu söyüş dağarcığını nə yerə uzatmışdın...

Bu başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora ən azı iki saat gecikməsin. İştirakçıların xəstəsi var, yaşlısı var, qapılar bağlanır, iclas zalından çölə heç kim buraxılmır, iki saat keçəndən sonra başçı iclasın təşkilatçılarına söyə - söyə zala daxil olur. Başçını əsəbi görən Naqif Həmzəyev alnının tərini silə-silə, əlində su stəkanı onun qarşısına yüyürür. Görəsən, bir vaxtlar Məmməd Əmin Rəsulzadənin ünvanına təhqirlər yağdıran bu Naqif Həmzəyev ( Nuhun Hamza adlı facebook profilinin sahibi, https://www.facebook.com/nuhun.hun.7/about?lst=100004431069774%3A100000985989079%3A1526509699) Gəncədən millət vəkilidir, yoxsa başçının su süzəni?Bu deputat adını hörmətdən salan şəxs parlamentdə oturmalıdır,yoxsa Elmar Vəliyevin iclaslarını təşkil etməlidir???"

Qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət