» » Aydəm İsmayılov: Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır

Aydəm İsmayılov: Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır

Aydəm İsmayılov: Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır
Ulu Öndər Heydər Əliyevin müstəqillik, tarixi yaddaşı unutmamaq, vətən amalı, həmrəylik, azərbaycançılıq kimi müqəddəs ideyalar aşılayan siyasət məktəbi yeni formasiyada fəaliyyət göstərəcək milli siyasətçilərimiz üçün örnəkdir.
Azərbaycanın tarixində hələ indiyə qədər gəncler, ictimai-siyasi həyatda bu dərəcədə fəal olmayıblar. Azərbaycan gəncliyinin sözü gedən fəallığı ilk növbədə ictimai-siyasi vəziyyətin sabit və inkişafa doğru olmasından irəli gəlir. Dövlətin də bu istiqamətdə fəal olaraq, təşəbbüsü əlində saxlayaraq qanunlar və dövlət proqramlarını həyata keçirməsi gənclərin fəallığında müəyyən rol oynayır. Bir çox ölkələrdə istər postsovet, istərsə də Avropa ölkələrində gənclərə aid olan, gəncləri ayrıca sosial qrup kimi qəbul edib onların cəmiyyətdə yerini və vəzifələrini teyin edən qanun yoxdur. Azərbaycan müstəqil, demokratik dövlət kimi iki onilliyə yaxınlaşan tarix keşiyində “Gənclər siyasəti” haqqında qanun qəbul edib və bu il daha da təkmilləşdirərək yenidən qəbul edib. Göstərilən Dövlet Proqramları və Qanun gənclərin fəal olmasına şərait yaradan amillərdən biridir.

Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki, ölkədə həm Gənclər və İdman Nazirliyi, həmçinin də Gənclər Fondu var. Bu dövlətin gənclərə qayğısının bariz nümunəsidir".
əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla və yeni formada davam etdirilir. Bu isə onu deməyə əsas verir ki, ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədirlər və ölkə rəhbərinin qayğısı ilə tam əhatə olunublar.
Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.
Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində böyük uğurlar qaznılmışdır. Respublikanın gənclər təşkilatları BMT-nin, YUNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər.
Tam əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.
Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.
Aydəm İsmayılov Fəlsəfə Elmlər Namizədi
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mədəniyyət