» » İlham Əliyev Xaçmazdadır — YENİLƏNİB

İlham Əliyev Xaçmazdadır — YENİLƏNİB

İlham Əliyev Xaçmazdadır — YENİLƏNİB














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

***

Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisə barədə məlumat verib.

Azərbaycan prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

İlham Əliyev Xaçmazdadır — YENİLƏNİB
İlham Əliyev Xaçmazdadır — YENİLƏNİB
İlham Əliyev Xaçmazdadır — YENİLƏNİB
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət