» » Morqa çevrilən “Medi Style Hospital” - GİLEY

Morqa çevrilən “Medi Style Hospital” - GİLEY

Morqa çevrilən “Medi Style Hospital” - GİLEY
















25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlının “MediStyle Hospital”da əməliyyatdan sonra dünyasını dəyişməsi bu klinikada ilk ölüm hadisə deyilmiş.

AzEuroNews.com xəbər verir ki, ötən il Beyləqanın Mil qəsəbə sakini Əliyev Valeh Aslan oğlu klinika tərəfindən aldadıldığını iddia etmişdi.

► 2500 pul aldılar…

O, yeni doğulmuş nəvəsini əməliyyat etdirmək üçün sözügedən klinikaya aparıb. Lakin özəl klinikada olunan əməliyyat heç bir nəticə vermir və uşaq dünyasını dəyişir:

“Nəvəm Əliyev Ömər Taleh oğlu 19.11.2016-cı ildə doğulmuşdu. Uşağın beyninə maye yığıldığına görə həkimə müraciət etdik. Mərkəzi klinikadan nevrocərrah işləyən Vüqar adlı həkim bizə uşağın təcili əməliyat olunmasını dedi. Razılaşdıq.

Morqa çevrilən “Medi Style Hospital” - GİLEY

O uşaqda əmələ gələn problemin həmin əməliyyatla aradan qaldırılacağına zəmanət vermişdi. Amma əməliyyatın başqa xəstəxanada mümkünlüyünü də qeyd elədi. O bizə özünün də ikinci iş yeri kimi işlədiyi “Medi STYLE Hospital”ı məsləhət gördü.

Biz də razılaşıb həmin həkimə etibar elədik. Xəstəxanada əməliyyat üçün tələb olunan məbləği də bankdan kredit götürüb ödədim. Ümumilikdə, 2500 manat ödəniş etmişəm.

Ancaq əməliyyat heç bir nəticə vermədi və uşaq öldü. Bu barədə bir neçə orqana müraciət məktubu yazmışam. Amma heç bir nəticə əldə edə bilmirəm”.


Morqa çevrilən “Medi Style Hospital” - GİLEY









Qeyd edək ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib.

O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb.

► Klinikada nevropatoloq olmayıb

Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Mərhumun həkimi Ayaz Hümbətov əməliyyatdan əvvəl xəstənin bütün müayinələrinin aparıldığını, heç bir problem olmadığını bildirib.

Əməliyyatdan iki gün sonra Ə.Bayramlı ayağa qalxıb, gəzib. Əməliyyatın 4-cü günündə isə komaya düşüb:

“O, başında küt ağrıların olmasından şikayətlənib, həmin gün klinikada nevropatoloq olmayıb. Səhəri gün isə nevropatoloq gələnə qədər artıq vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib, sonra komaya düşüb.

Nevropatoloq müayinə edib, maqnit rezonans tomoqrafiyası (MRT) edilib. Ona beyin ocağında işemik insult diaqnozu qoyulub”.

Həkimin sözlərinə görə, Ə.Bayramlının ölüm səbəbinin əməliyyatla əlaqəsi yoxdur:

“Əməliyyatdan sonra tromb ağciyərə vura bilərdi, ancaq ciyərdə heç bir problem yox idi, həmçinin ona qarşı da lazımı müalicə aparılırdı.

Morqa çevrilən “Medi Style Hospital” - GİLEY








Tromblaşma beyində müşahidə edilib. Əziz Bayramlı özü də həkim idi, hansı iynə-dərmana ehtiyacı olduğunu yaxşı bilirdi”.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından da bildirilib ki, Ə.Bayramlının ölüm səbəbi keçirdiyi əməliyyatla birbaşa əlaqəli deyil. O, oynaq əməliyyatı olub, ölüm səbəbi isə beyin arteriyasında tromblaşmadır.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət