» » Göyçay sakini icra başçısına qarşı... - İttihamlar səsləndirdi

Göyçay sakini icra başçısına qarşı... - İttihamlar səsləndirdi

Göyçay sakini icra başçısına qarşı... - İttihamlar səsləndirdi
















Göyçay rayon Z.Bünyatov küçəsi dalan 2 ev 6 sakini Əkbərov Zakir Nuru oğlu redaksiyamıza müraciət edib. Narazı vətəndaş yazır:

"Mən uzun müddətdir ki, işsizəm, heç bir yerdə işləmirəm. Baxmayaraq ki, bu barədə dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olub işlə təmin edilməyimə köməklik göstərməsini xahiş etmişəm.İcra başçısı hər dəfə "nəzərimdəsən" deyə-deyə məni başdan edir.Çıxılmaz durumda yaşayırıq.
Mehdi Səlimzadə rayonu bazar üsuli ilə qəddarcasına idarə edir.29 mart 2018-ci il tarixdə Göyçay şəhərində stadionda keçirilən tədbirdə insdentin baş verməsi məhz Mehdi Səlimzadənin səriştəsizliyinin nəticəsidir. Prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat konsert tədbirində rayon sakinlərini stadiona yığıb qapıları bağlayıblar..Tədbirdə ayaq üstə dayanmaqdan bezən insanlar oranı tərk etmək istəsələrdə qapı bağlı olduğundan çölə çıxa bilməyiblər.İcra başçısının qardaşı oğlu, şilləvuranı və icra hakimiyyətinin kadrlar şöbəsinin müdiri Səməd Cəbrayılov tədbiri tərk etmək kütləni açıq-aşkar söyüb təhqqir edib.Qəzəbli camaat qapını sındırıb stadionu tərk ediblər.
Qeyd edim ki, Mehdi Səlimzadə qardaşı oğlu Səmədə böyük bir imtiyaz verib deyə o rayon ərazisindəki şadlıq evlərindən, restoranlardan, çayxanalardan, ticarət mərkəzlərindən aylıq haqq yığır.Hətta icra başçısı bunun üçün qardaşı oğluna BWV markalı 23 AA 010 dövlət nömrə nişanlı xidməti avtomobilidə ayırmışdı.İnkasator və şilləvuran Səməd bu avtomobillə əminin pullarını obyektlərdən yığmaqla və yeni fəaliyyətə başlamış genişləndirmə məqsədi ilə tikintisi aparılan "Təzə Bazar"-ın işləri üçün istifadə edir.Təzə Bazar-ın fəaliyyətinin gücləsndirilməsi üçün görünməmiş hoqqabazlığa əl atmaq istəyirlər.Belə ki. Təzə Bazar-ın yerləşdiyi Göyçayın ən böyük küçəsinin iki xətti avtomobil yolunu bir xəttini bağlayıb çıxışını 7 nömrəli məktəbin qarşısından salmaq istəyirlər. Təzə Bazarın ərazisinin genişləndilməsi üçün hazırda qızğın işlər gedir.Hətta bazarın bütün görüntüsünü çöldən görünməsi üçün yolun kənarındakı uzun hasarları qanunsuz olaraq söküblər.Təzə Bazar-ın 4 aylıq fəaliyyətə başladığı bu az müddətdə sıxlığa görə avtomobil 3 piyadanın həyatına son qoyub. Artıq rayon sakinləri Mehdi Səlimzadənin bazar oyunlarından bezib.Bu adam uzun müddət Azərbaycanda bələdiyyələrlə iş mərkəzində rəis vəzifəsində işləyib ki, nəticədə bütün bələdiyyələrin işini yarıtmaz fəaliyyəti ilə iflic edib.Ümüd edirik ki. 11 aprel 2018-ci il prezident seçkilərindən sonra İlham Əliyev korrupsiyaya qurşanıb biznes qurmaqla məşğul olan Mehdi Səlimzadəni tezliklə yola salacaq".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət