» » Fikrət Feyziyevin oğlanları avtoxuliqanlıq edir

Fikrət Feyziyevin oğlanları avtoxuliqanlıq edir

Fikrət Feyziyevin oğlanları avtoxuliqanlıq edir


«Clear» otelinin sahibinin övladları yüngül həyat tərzi keçirən qadınların hesabına əldə olunan vəsaitləri kef məclislərində xərcləyir Elvin və İslam Feyziyevlər bəzi müğənnilərin kliplərinin çəkilişi, albomlarının və solo konsertlərinin təşkilinə yüz minlər ayırıb İnsan alveri, qadın ticarəti ən ağır cinayət əməllərindən biri və bəlkə də elə birincisi hesab olunur. Lakin buna baxmayaraq, hazırda ölkəmizdə məhz bu cür əməllərə qol qoyan obyektlərin sayı heç də az deyil. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları «priton» - əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərlə bağlı mütəmadi müvafiq tədbirlər görsə də, hələ də sauna, hotel, gözəllik salonu adı altında öz iyrənc əməllərini gizlətməyə çalışan fahişəxanaların kökünü kəsmək mümkün olmayıb. Artıq çoxlarına bəllidir ki, Bakının Binəqədi rayonu ərazisində yerləşən «Clear» oteli də məhz bu cür obyektlərin sırasında qərarlaşıb. Beləliklə, adıçəkilən otelin sahiblərinin əslən Yardımlı rayonundan olan Fikrət və Fəxrəddin Feyziyev qardaşları olduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada bildirilir ki, əsasən otel sektoru ilə məşğul olan qardaşlara məxsus olan «Clear» otelində yüngül həyat tərzi keçirən qadınlar müştərilərə intim xidmət göstərir, eyni zamanda azyaşlı qızlar cinsi istismara məruz qalırlar. Qardaşlardan Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyevlərin yaşam tərzlərinə görə məmur övladlarından heç də geri qalmadıqlarını, hətta bəzi məqamlarda onları bir qədər də üstələdiklərini iddia edən mənbənin bildirdiyinə görə, lüks həyat yaşayan qardaşlar vaxtlarının böyük bir hissəsini istirahətdə, əyləncə məclislərində keçirlər: «Belə ki, atalarının «Clear» otelində yüngül həyat tərzi keçirən qadınların hesabına əldə etdiyi milyonları kef məclislərinə xərcləyən Elvin və İslam Feyziyevlər ən son model, bahalı avtomobillərdə – «Mercedes Galenvagen», «Rolls Royce», «Lexus 570» və «Mercedes S Klass»da gəzirlər. Onların maşınlarının nömrələri də kifayət qədər bahalıdır. Məsələn, «Clear»ın sahibinin övladlarının idarə etdiyi avtomobillərin üzərində 99 BB 005, 90 FX 090, 90 AD 090, 99 DD 005 və 10 OB 002 dövlət nömrə nişanı qeyd olunub. Hələ bu, harasıdır. Deyilənlərə görə, Fikrət Feyziyevin oğlanlarından birinin yaşı avtomobil idarə etməyə imkan verməsə də, o, atasının maddi imkanına, həmçinin əlaqələrinə arxalanaraq bahalı avtomobillərin sükanı arxasında əyləşərək şəhərdə avtoxuliqanlıq edir, sürətlə maşın sürür və bununla da digər sürücülərin, eyni zamanda piyadaların həyatını real təhlükə qarşısında qoyur. Məsələnin maraqlı tərəfi ondadır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nədənsə Elvin və İslam Feyziyevlərin əməllərini görməzdən gəlirlər». Bu arada, metal biznesinin əsas inhisarçılarından olan Fikrət Feyziyevin oğlanlarının əksər hallarda atalarına məxsus «İron» otelində göründüklərini deyən məlumatlı şəxsin sözlərinə görə, o, bir müddət əvvəl biznes şəbəkəsinə yeni obyekt əlavə edib: «Deyilənlərə görə, Yasamal rayonu, Z.Xəlilov küçəsi 43 ünvanında yerləşən «Darçın» restoranı da Fikrət Feyziyevə məxsusdur. Onun bu restoranın dizaynına, təmirinə və içindəki avadanlıqların alınmasına yarım milyondan çox vəsait sərf etdiyi bildirilir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Clear» və «İron» otellərinin sahibi Fikrət Feyziyev bu yaxınlarda oğlanlarını Türkiyəyə istirahətə göndərib. Deyilənlərə görə, o, bununla diqqəti övladlarından, onların əməllərindən yayındırmağa çalışır. Onu da qeyd edim ki, metal biznesinin əsas inhisarçılarından olan Fikrət Feyziyevin oğlu Elvin Feyziyev şou-biznesin tanınmış simaları ilə yaxın münasibətdədir və bəzi müğənnilərə külli miqdarda maliyyə yardımı edir. Belə ki, hazırda səhnədə «at oynadan» bir sıra müğənnilərin kliplərinin çəkilişi, albomlarının və solo konsertlərinin təşkili üçün Elvin Feyziyev onlara yüz minlərlə vəsait ayırıb. Heç şübhəsiz, bu pullar onun atası Fikrət Feyziyevə məxsus olan «Clear» otelində yüngül həyat tərzi keçirən qadınların hesabına əldə olunub». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com
bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət