» » Generaldan əxlaqsızlıq yuvasını sökün əmri – ÖZƏL

Generaldan əxlaqsızlıq yuvasını sökün əmri – ÖZƏL

Generaldan əxlaqsızlıq yuvasını sökün əmri – ÖZƏL


Elçin Quliyev Dövlət Sərhəd Xidmətinə məxsus ərazidə tikilmiş «Cahargah» hotelini yerlə-yeksan etdirəcək Bundan bərk narahat olan iş adamı Kənan Əhmədov və dostu Samir adlı şəxs çıxış yolu axtarırlar Paytaxtın Hövsan-Türkan şossesində yerləşən «Cahargah» hoteli (hazırda adı «Sultan Beach») ilə bağlı qalmaqal hər keçən gün daha da böyüməkdədir. Məsələdən xəbəri olmayan oxucularımız üçün bildirmək istəyirik ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyektin sahibi həkim-uroloq Kənan Əhmədovdur. Bu şəxs eyni zamanda Azərbaycanın əsas taxta idxalçılarından biri hesab edilir. Belə ki, bizdə olan məlumatlara görə, onun Rusiyada böyük meşə massivləri var və həmin meşələrdə qırılan ağaclar emaldan keçirilərək taxta şəkilində vaqonlarla Azərbaycana daşınır. Biznesmen həmin taxtaları Dərnəgüldə, «Çingizxan» restoranının yaxınlığındakı özünə məxsus bazarda satışa çıxarır. Gəlirli biznes sahələrinə sahib olan Kənan Əhmədovun ən yağlı obyekti sözsüz ki, «Cahargah» hotelidir. Çünki çoxlarının da bildiyi kimi, bu hotel neçə illərdir ki, çirkin işlərə xidmət edir və indiyə qədər burada yüzlərlə gənc qızın cinsi istismarı həyata keçirilib. Özü də bütün bu işlər Türkan sakinlərinin gözü qarşısında cərəyan edib. Kənd camaatı dəfələrlə iş adamına qanunsuz əməllərinə son qoyması barədə xəbərdarlıq etsə də, Əhmədov buna əməl etməyib. Hətta pul onun gözünü elə tutub ki, iş adamı Dövlət Sərhəd Xidmətinə məxsus torpaq sahəsini zəbt edərək burada hamam-sauna tikdirib, həmçinin çimərlik sahəsi yaradıb. Xatırladaq ki, gundelik-baku.com-un əməkdaşları bu məsələ ilə bağlı bir neçə gün əvvəl məqalə hazırlamış və Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyevə müraciət etmişdilər. Cənab general sağ olsun, müraciətimizə müsbət reaksiya verib və qeyd olunan əraziyə öz nümayəndələrini göndərib. Gundelik-baku.com-a verilən son məlumatlara görə, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşları «Cahargah» hotelinin yanında tikilən hamam-saunanın, eləcə də çimərlik sahəsinin onlara məxsus ərazidə salınmasını müəyyənləşdiriblər. Və əldə olunan zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib. Bizə verilən informasiyaya görə, general Elçin Quliyev xidmətə məxsus torpaq sahəsində tikilən hamam-saunanın və çimərlik sahəsinin sökülməsi barədə konkret tapşırıqlar verib. Araşdırmalar nəticəsində öyrəndik ki, sözügedən ərazini ələ keçirməsində Kənan Əhmədova Türkan bələdiyyəsinin rəhbər şəxsləri yaxından köməklik göstəriblər. Yəqin ki, bu işdə bələdiyyənin sədri də məsuliyyətə cəlb ediləcək. Biz öz növbəmizdə cənab general Elçin Quliyevin bu addımını alşıqla qarşılayır, ona çox sağ ol deyirik. Bu gün belə əxlaqsızlıq yuvalarının açıq-aşkar şəkildə fəaliyyət göstərməsi hər şeydən əvvəl bizim milli-mənəvi dəyərlərimizə ağır zərbə vurur. Daxili işlər naziri cənab Ramil Usubovun insan alverinə, qadın ticarətinə qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir vaxtda Kənan Əhmədov priton saxlamaqla gəlir əldə etməyə çalışır. Bu yolverilməz hadisədir. Bu arada, onu da diqqətinizə çatdırmaq istəyirik ki, iş adamı hoteli tikdirərkən tikinti qanunlarını alt-üst edib. Məlumata görə, «Cahargah» hotelinin üzərindən yüksək gərginlik elektrik xətti keçir. Bu isə o deməkdir ki, obyektdə hər an təhlükəli vəziyyət yarana bilər. Başqa bir informasiyaya görə, Kənan Əhmədov hamam-saunanı inşa edərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikintini dayandırıblar. Amma sonradan iş adamı hansısa yollarla tikintini davam etdirməyi bacarıb. Ümid edirik ki, nazirliyin yetkili şəxsləri heç bir sənədi olmayan hamam-sauna ilə bağlı tədbir görəcəklər. Əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, bu məsələnin gundelik-baku.com vasitəsilə mətbuatda ictimailəşməsindən sonra Kənan Əhmədov, həmçinin hoteli icarəyə götürən Samir adlı şəxs bərk narahat olmağa başlayıblar. Bu narahatçılığın nəticəsini onlar aşkar şəkildə hiss etdirirlər. Belə ki, dünən redaksiyamıza zəng açan və özünü Fəqan kimi təqdim edən şəxs bizə «anlaşma» təklif edib. Amma biz bu adama demək istəyirik ki, bizi başqaları ilə səhv salmasın. Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən hotel bağlanana və sökülənə kimi biz faktları yazmağa davam edəcəyik. Xəzər Rayon Polis İdarəsinin çox hörmətli rəisi Azər Muradovun da bu işdə qəti mövqe nümayiş etdirəcəyinə inanırıq. Qarşı tərəfi də dinləyə bilərik. (ARDI VAR) Gundelik-baku.com

bizimhedef.info
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət